Sizin reklam burada

Gecikmiş qəhrəmanlıq...

Baxış Sayı:1 770

Gecikmiş qəhrəmanlıq...
106. Qəbələ - Neftçi (Bakı) 1:3 (0:1)
1. Anar Nəzirov - 4,5
8. Qismət Alıyev - 4,0
27. Bəhlul Mustafazadə - 4,0
(5. Rasim Ramaldanov, 51) - 4,0
3. Voislav Stankoviç - 4,0
2. Amin Seydiyev - 4,0
88. Sabien Lilay - 4,5
11. Asif Məmmədov (k) - 4,0
(14. Cavid Hüseynov, 46) - 4,5
18. İlqar Qurbanov - 4,0
(10. Rauf Əliyev, 46) - 5,0
21. Lalavele Atakora - 5,5
9. Davit Volkov - 4,5
28. Stiven Jozef-Monroz - 4,5
Ehtiyat oyunçular
35. Murad Popov
4. Elvin Camalov
6. Rüstəm Nuruyev
7. Roman Hüseynov
33. Vüsal Məsimov
34. Ürfan Abbasov
77. Samir Qurbanov
98. Rövlan Muradov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Lalavele Atakora

1. Səlahət Ağayev - 5,5
18. Tural Axundov - 5,5
3. Mamadu Mboc - 5,5
5. Anton Krivotsyuk - 5,5
26. Ömər Buludov - 5,5
93. Soni Mustivar - 6,0
36. Mamadu Kane - 5,0
9. Baqali Dabo - 6,5
(33. Turan Vəlizadə, 90+1) - qiymətsiz
8. Emin Mahmudov (k) - 6,0
7. Namiq Ələsgərov - 5,5
(16. Canluka Sansone, 75) - 5,0
22. Mirabdulla Abbasov - 5,0
(70. Əli Şirinov, 90+1) - qiymətsiz
Ehtiyat oyunçular
30. Aqil Məmmədov
12. Kamran İbrahimov
4. Petru Raku
6. Qoran Paratski
15. Ruslan Abışov
17. Rəhman Hacıyev
21. Məhəmməd Mirzəbəyov
Baş məşqçi: Roberto Bordin
Komandanın ən yaxşısı: Baqali Dabo
Qollar: M.Mboc, 25 (0:1, E.Mahmudov). B.Dabo, 71 (0:2). R.Əliyev, 84 (1:2, S.Jozef-Monroz). B.Dabo, 90-p. (1:3).
Vərəqələr: A.Seydiyev, 8 (qeyri-idman hərəkəti). R.Ramaldanov, 57 (qeyri-idman hərəkəti). E.Mahmudov, 59 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 68 (qeyri-idman hərəkəti). V.Stankoviç, 90+2 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov (hamısı Bakı).
Hakim-inspektor: Asim Xudiyev (Bakı).
AFFA nümayəndəsi: Elbrus Abbasov (Ağdam).
5 may. Qəbələ. Şəhər stadionu. 800 tamaşaçı (4500 yerlik).
Yalnız ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Şimala doğru irəlilədikcə hava soyuyurdu. Artıq İsmayıllıda yağış damcıları bizi aparan avtomobilin şüşələrini döyəcləməyə başladı. Ancaq Qəbələdə əsl futbol havası idi. Yağış yağmır, günəş gah buludun arxasında gizlənir, gah da özünü göstərirdi...
Hər iki komanda möcüzə axtarışında idi. Özü də taleyi təkcə öz əllərində olmayan komandalar qarşılaşırdı. İstər "Neftçi", istərsə də "Qəbələ" ilk növbədə qalib gəlməli, üzərinə düşən vəzifəni yerinə yetirməli idi. Bundan sonra Bakıdan gələcək xoş xəbərə ümid etmək olardı. Belə ki, "Neftçi" "Qarabağ"ın xal itirməsini arzulayırdısa, "Qəbələ" əksini istəyirdi. Hər iki komandanın heyətində itkilər var idi. "Qəbələ"də Dmitri Bezotosnı və Ceyms Adeniyi zədəliydisə, "Neftçi"dən Vangelis Platellas və Kiril Petrov oyunu eyni səbəbdən buraxırdı.
"Neftçi"nin ilk dəqiqələrdən irəli atılacağı gözlənilən idi. Bordinin komandası ən azı öz üzərinə düşən işi görməliydi. İlk dəqiqələrdən topa daha çox nəzarət edən və rəqib qapısına "yüklənən" tərəf "ağ-qaralar" idi. 24-cü dəqiqədə Namiqin təhlükəli zərbəsini Anar dəf etməyi bacardı. Lakin az sonra flaqman arayışında olduğu qolu vurdu. Kornerdən Mahmudovun asmasını Mboc dəqiq baş zərbəsi ilə tamamladı. Ancaq "Neftçi" qolun sevincini doya-doya yaşaya bilmədi. Belə ki, diktor paralel keçən matçda "Qarabağ"ın hesabı açdığını elan etdi... Ümumilikdə qarşılaşmanın tempi o qədər də yüksək deyildi. Yarım saatın tamamında Namiq yaxın məsafədən əla fürsəti qaçırmaqla ona fərqlənmək imkanı yaradan Mirabdullanın zəhmətini yerə vurdu. Ardınca isə Mustivar ələ düşən imkanı dəyərləndirə bilmədi. Matçın əvvəllərində Lalavele ilə yaddaqalan epizod yaradan "Qəbələ"nin ilk real qol vəziyyətini 44-cü dəqiqəyə təsadüf etdi. Jozef-Monroz Səlahətlə üzbəüz qaldı, topu qapıçının yanından "çərçivə"yə ünvanlasa da, zərbəsi qeyri-dəqiq alındı.
İkinci hissə haqda nə demək olar? Komandalar meydana çıxanda "Qəbələ"nin heyətində iki dəyişiklik olduğunu gördük. Qurbanov Asiflə İlqarı uyğun olaraq Cavid və Raufla əvəzləmişdi. Dəyişikliklər özünü dərhal hiss etdirdi. İkinci yarıya fəal başlayan "qırmızı-qaralar" hissənin əvvəlində "status-kvo"nu bərpa etməyə yaxın idi. Ancaq rəqib müdafiəçilər Lalavelenin və Stivenin zərbəsindən sonra topun qarşısını kəsə bildilər. 54-cü dəqiqədə Səlahət Atakoranın təhlükəli zərbəsini zərərsizləşdirdi. Bir epiozdda isə Rauf başla fərqlənə bilərdi. Lakin hücumçunun yaxın məsafədən başla vuruşunda dəqiqlik çatmadı. Bir sözlə, qəbələlilər həmlələrini uğurlu sonluqla yekunlaşdırmağı bacarmadılar. "Neftçi" isə 71-ci dəqiqədə yenidən rəqibini meydanın mərkəzinə dəvət etdi. Dabo qapıçını da aldatdıqdan sonra topu tora qovuşdurdu. Ancaq bu da qarşılaşmadakı sonuncu qol olmadı. Belə ki, tərəflər hərəyə bir dəfə fərqləndilər. "Qəbələ"dən Rauf 84-cü dəqiqədə komandasını ümidləndirən qola imza atdı. Lakin Qurbanovun yetirmələrinin bundan artığına gücü çatmadı. Əksinə, son dəqiqələrdə qonaqlar penalti vurmaq hüququ qazandı. Cərimə meydançasında Ramaldanov Eminə qarşı kobud oynadı. Penaltini yerinə yetirmək üçün nöqtəyə ənənəvi olaraq Emin yox, Baqali yaxınlaşdı. Bu, Dabonun bombardirlik yarışındakı mübarizəsinə görə idi. Forvard qapıçı ilə dueldən qalib ayrıldı.
Beləliklə, bu nəticəyə təkcə "Qəbələ" yox, "Neftçi" də sevinmədi. Çünki "ağ-qaralar"ın qızıl medal arzusu rəsmən bitmişdi. Hər nə qədər cari mövsüm çempionluq yarışına rəng qatsa da, fakt budu ki, flaqman "futbol ili"ni titulsuz başa vurdu. Bu isə, heç şübhəsiz, uğursuzluqdu və bunda payı olan hər kəs məsuliyyət daşıyır. Ən əsas da Roberto Bordin...
FARİZ

Gözdən qaçmadı
* Stadionun tablosu işləmirdi.
* U-21-in baş məşqçisi Milan Obradoviç də matçı canlı izləyirdi.
* Ciddi yoxlamadan keçən "Neftçi" azarkeşləri yalnız 13-cü dəqiqədə dəstəyə başladılar. Amma onların hamısı tribunada yerini tutanda artıq qarşılaşmanın 25 dəqiqəsi geridə qalmışdı.
* Bakıdakı oyunun nəticəsindən xəbər tutan və qızıl medalın əldən çıxdığını anlayan "Forza Neftçi" bu şüarı dəfələrlə səsləndirdi: "Oyunu satanlar, qumar oynayanlar, çempionluq getdi, halaldı qoyunlar".
* Dabo penaltini vurmağa hazırlaşanda "Forza Neftçi"nin üzvləri hamısı arxasını ona çevirdi.
* Yerli fanatların "Neftçi"nin "Qəbələ"yə 1:8 hesablı məğlubiyyəti xatırlatmasına qarşılıq olaraq "Forza"lılar söyüşlə cavab verdilər. Bundan sonra meydan sahiblərinin fəal azarkeşlərindən olan Elvin Əliyevi polislər tribunadan uzaqlaşdırdılar. Çox güman, səbəb rəqibi qıcıqlandırmaq idi.
* Miks-zonada olan həmkarımız Ruslan Mikayıllı yazılarının birində Bordinin taktikasını tənqid etdiyi üçün italiyalı mütəxəssisin aqressiv etirazına məruz qaldı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR