Ölkə kubokunun final görüşünün püşkatma mərasimi keçirilib. PFL-də reallaşan püşkatmadan sonra “Qəbələ” nominal meydan sahibi elan olunub. “Sumqayıt”ı idman direktoru Zamiq Hüseynov, “qırmızı-qaralar”ı isə klubun meneceri Səbuhi Səfiyarlı təmsil edib. Qeyd edək ki, final oyunu mayın 19-da Naxçıvanda keçiriləcək.