UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında Feyr-pley və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) növbəti iclası keçirilib. Komitənin sədri, İsveçrə Futbol Assosiasiyasının prezidenti Peter Gillieron iştirak etmədiyinə görə budəfəki iclasa AFFA-nın baş katibi, sədr müavini Elxan Məmmədov sədrlik edib.