Futzal üzrə yüksək liqada əsas mərhələ bu gün başa çatır. 28-ci tur çərçivəsində iki oyun keçiriləcək. “Olimpik Star”da baş tutacaq turun açılış oyunu prinsipialdı. “Araz” aprelin 30-da kubokun 1/4 final mərhələsində uduzduğu “Ekol”dan qisasını almağa çalışacaq. Ümumiyyətlə, bu komandalar 15-16 gün ərzində 4, hətta 5 dəfə üz-üzə gələ bilər. Düzdü, “Ekol”un 3-cü yeri tutmaq şansı nəzəri cəhətdən də olsa, mümkündü. Ancaq bu gün “Neftçi”nin oynamadan 3 xal qazanacağını, “Xəzər Cənub”un isə “Liman”la görüşün aşkar favoriti olduğunu nəzərə alsaq, “şirkət təmsilçisi” böyük ehtimalla 4-cü yeri tərk etməyəcək. Bu isə pley-offda məhz “Araz” – “Ekol” duellərinin baş tutacağı anlamına gəlir. Yarımfinal qarşılaşmaları mayın 8-i və 11-də keçiriləcək. Bu iki oyunda cütün qalibi müəyyənləşməsə (reqlamentə görə yarımfinal oyunlarında 2 qələbə qazanacaq komandalar finalda, məğlublar isə üçüncü yer uğrunda oyunda qarşılaşacaqlar), üçüncü play-off görüşləri mayın 14-nə təyin olunacaq. Final və üçüncü yer uğrunda oyun isə mayın 17-də keçiriləcək.
Araz – Ekol
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, İsgəndər Əliyev.
4 may. Olimpik Star. Saat 14.30
Xəzər Cənub – Liman
Hakimlər: Rahin Heybətov, Elvin Ağayev, Vüsal Balaşov.
4 may. Olimpik Star. Saat 16.30
1. Araz 23 17 4 2 182-50 55
2. Neftçi 23 16 1 6 146-67 49
3. Xəzər Cənub 23 15 3 5 210-69 48
4. Ekol 23 15 3 5 221-61 48
5. Yasamal MFK 23 6 1 16 95-122 19
6. Liman 23 3 0 20 71-330 9
7. Yasamal İSK 24 3 0 21 73-299 9
Bombaridlər: Namiq Məmmədkərimov (Ekol) – 74, Hadi Rizvan (Xəzər Cənub) – 70, Xətai Bağırov (Araz) – 40.