Sizin reklam burada

Çempion Lökbatanda, “bürünc”ün sahibi “Zaqatala”da müəyyənləşə bilər

Title
Çempion Lökbatanda, “bürünc”ün sahibi “Zaqatala”da müəyyənləşə bilər
Bu gün birinci divizionda 25-ci turun oyunları keçiriləcək. Premyer-liqada olduğu kimi, “birincilər”in yarışında da sonuncudan əvvəlki tur bir günə sığacaq. Amma bu dəfə oyunların hamısı eyni saatda başlamayacaq. Tura saat 14.00-da Tovuzda start veriləcək. Qalan oyunlar isə bir saat sonra start götürəcək. “Qaradağ Lökbatan” – MOİK qarşılaşmasını “CBC Sport” canlı yayınlayacaq. Daha bir prinsipial dueli – “Zaqatala” – “Neftçi-2” matçını isə PFL-in rəsmi saytından izləmək mümkündü. MOİK Lökbatanda qələbə qazansa, son turun nəticəsindən asılı olmayaraq, çempionluğu təmin edəcək. Oyunu gənc Rəşad Əhmədov idarə edəcək. Halbuki FİFA referisi Əliyar Ağayev də diviziona ezam edilib. O, formal xarakter daşıyan “Kəpəz” – “Ağsu” oyununda fit çalacaq. Bürünc medal uğrunda həlledici ola biləcək “Zaqatala” – “Neftçi-2” qarşılaşması isə Namiq Bəkirova həvalə olunub. “Neftçi-2” səfərdən 3 xalla dönə bilsə, sonuncu tur əhəmiyyətini itirəcək. Əks halda, “Zaqatala” 3-cü yerə yüksələcək.
Birinci divizion
2-ci dövrə, 25-ci tur
4 may
Turan Tovuz – Səbail-2
Hakimlər: RAUF ALLAHVERDİYEV, Teymur Teymurov, Elmin Süleymanov, Zeynal Zeynalov.
Hakim-inspektor: Kərim Ağayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz. Şəhər stadionu. Saat 14.00

Keşlə-2– Şüvəlan
Hakimlər: ELÇİN MƏSİYEV, Müslüm Əliyev, Zöhrab Abbasov, Vüqar Həsənli.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Bakı. ASK Arena. Saat 15.00

Zirə-2 - Sumqayıt-2
Hakimlər: KAMAL UMUDLU, Elxan Əsgərzadə, Ruslan Quliyev, İnqilab Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Şüvəlan. AZAL Arena. Saat 15.00

Kəpəz – Ağsu
Hakimlər: ƏLİYAR AĞAYEV, Akif Əmirəli, Cavanşir Yusifov, Xəlil Xəlilov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Gəncə. Şəhər stadionu. Saat 15.00

Sabah-2 – Qarabağ-2
Hakimlər: FƏRİD HACIYEV, Mübariz Haşımov, Pərvin Talıbov, Səbuhi Bayramov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə. Qəsəbə stadionu. Saat 15.00

Qaradağ Lökbatan – MOİK
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Vüqar Bayramov, Səbuhi Soltanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Zöhrab Qədyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu. Saat 15.00

Zaqatala – Neftçi-2
Hakimlər: NAMİQ BƏKİROV, Səbuhi Əmrahov, Taleh Məmmədov, Qəzənfər Məmmədov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Zaqatala. Şəhər stadionu. Saat 15.00
1. MOİK 24 19 2 3 48-21 59
2. Sumqayıt-2 24 18 2 4 64-25 56
3. Neftçi-2 24 15 3 6 46-26 48
4. Zaqatala 24 13 6 5 47-26 45
5. Qarabağ-2 24 12 3 9 45-33 39
6. Sabah-2 24 11 5 8 27-18 38
7. Şüvəlan 24 10 7 7 29-24 37
8. Keşlə-2 24 11 3 10 37-29 36
9. Qaradağ Lökbatan 24 9 3 12 23-33 30
10. Səbail-2 24 7 2 15 32-54 23
11. Kəpəz 24 4 7 13 15-34 19
12. Ağsu 24 4 5 15 20-54 17
13. Turan Tovuz 24 5 1 18 23-49 16
14. Zirə-2 24 5 1 18 20-50 16
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 21, Cavad Kazımov (Zaqatala) - 19, Elnur Süleymanov (Neftçi-2) - 13, İbrahim Əliyev (Sumqayıt-2) - 11.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.