Sizin reklam burada

SOCAR Azərbaycan “Qran-pri”si: 74 ölkə, 85 min tamaşaçı

Title
SOCAR Azərbaycan “Qran-pri”si: 74 ölkə, 85 min tamaşaçı
“Formula One” şirkəti SOCAR Azərbaycan “Qran-pri”si ilə bağlı maraqlı statistika və faktları açıqlayıb. “Mersedes”in pilotu Valteri Bottasın qalib gəldiyi yarışda diqqəti çəkən olaylarla tanış olmağa dəyər.
* “Mersedes” pilotları mövsümün əvvəlində ardıcıl 4 yarışda ilk iki yeri tutmaqla 1992-də bu göstərici üzrə 3 yarışlıq uğura sahib “Uilyams”a məxsus rekordu yeniləyib.
* Son 16 analoji yarışın hamısında ilk pilləyə “Mersedes”in pilotlarından biri çıxıb. Bu, bir komandanın hər iki pilotunun birlikdə fasiləsiz yiyələndiyi ən uzunmüddətli qələbə silsiləsidi.
* “Ferrari”nin pilotu Sebastyan Fettel indiyədək Bakıda baş tutan bütün “Formula-1” yarışlarını ilk “4-lük”də bitirib. O, bu yarışların heç birində ilk “2-lik”də yer ala bilməyib.
* “Reysinq Poynt”ın pilotu Serxio Peres bu günədək Bakıda keçirilən 4 yarışdan 3-də ilk “6-lığ”a düşüb.
* “Maklaren”in pilotu Karlos Sayns son üç Azərbaycan “Qran-pri”sini ilk “8-lik”də başa vurub.
* Ötənilki Azərbaycan “Qran-pri”sindən sonra keçirilən yarışlar ərzində “Maklaren”in hər iki pilotu ilk dəfə bu yarışda sona qədər mübarizə apararaq xala yiyələnib.
* Builki Azərbaycan “Qran-pri”si “Reysinq Poynt”ın pilotu Lens Strollun cari mövsümdə sıralanma turunun 1-ci mərhələsindən keçə bilmədən yarışı ilk “10-luq”da bitirərək, xala yiyələndiyi ikinci yarışdı.
* “Uilyams” pilotlarından hər ikisi cari mövsümdəki yarışlarda asonadək mübarizə aparmaqla rekord göstəriciyə imza atıblar. Komandanın pilotları bu yarışlarda ardıcıl olaraq sonuncu 2 yerə yiyələniblər. Bu da rekord göstəricidi.
* “Alfa Romeo”nun pilotu Kimi Raykkonen indiyədək Bakıda baş tutan bütün yarışlarda ən güclü üç komandanın təmsilçiləri xaricində xala yiyələnən yeganə pilotdu.
* “Haas”ın pilotu Roman Qrojan indiyədək Bakıda keçirilən bütün yarışları uğurla başa vursa da, xala yiyələnə bilməyib. “Toro Rosso”nun pilotu Daniil Kvyat Bakıda baş tutan 4 “Qran-pri”dən heç birini başa vura bilməyib.
* “Formula-1” üzrə SOCAR Azərbaycan “Qran-pri”sini, həmçinin həftəsonunda “Baku Crystal Hall”da dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərini ümumilikdə 85 min tamaşaçı canlı izləyib. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yaydığı məlumata görə, bu il ötənilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 faiz təşkil edib. Yarışı izləmək üçün 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Hollandiya və Gürcüstan xüsusilə fərqlənib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.