Sizin reklam burada

Ramil Quliyev Boltu “qaralayıb”

Title
Ramil Quliyev Boltu “qaralayıb”
“Onun uğurlarını təkrarlaya bilərəm”
Türkiyə yığmasının şərəfini qoruyan Ramil Quliyev növbəti dəfə iddialı açıqlama ilə diqqəti çəkib. “Brilyiant Liqa”, dünya çempionatı və Olimpiada ilə bağlı hədəflərindən danışan atlet yamaykalı Useyn Boltun rekordunu təzələmək niyyətində olduğunu gizlətməyib: "200 metrə qaçışda rekord qırmağa çalışacam. Çünki fərdi mübarizədə daha yaxşı nəticə göstərmək mümkündü. Ümumilikdə mövsüm ərzində 15-17 yarışa qatılmağı planlaşdırırıq. Hər il mübarizə getdikcə çətinləşir. Amma hər şey özümdən asılıdı. Useyn Bolt mümkünsüz görünən nəticələrə imza atıb. Lakin onun uğurlarını təkrarlaya bilərəm. Yenə dünya çempionu olmağa çalışacam. Əsas hədəf isə Olimpidadı. Adətən, Asiyada yaxşı çıxış edirəm. Gələn il Tokioda da uğurlu çıxışa inanıram. Öncə Dohada təşkil olunacaq “Brilyant Liqa”da mübarizə aparacam. Bu il dünya çempionatı da keçiriləcək. Zədə, xəstəlik olmasa, yüksək nəticələrə ümid etmək olar".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.