Sizin reklam burada

“Səbail” gürcünü göndərdi, ukraynalı mövsümü başa vurdu

Title
“Səbail” gürcünü göndərdi, ukraynalı mövsümü başa vurdu
"Səbail"də gözlənilən ayrılıq baş verib. Hələ qışda komandadan ayrılması gündəmə gələn, ancaq özünə klub tapmadığına görə əvəzedici komandada çıxış edən Tamazi Tsetxladze ilə müqaviləyə, nəhayət, mövsüm başa çatmamış xitam verilib. Bu haqda klub rəsmi saytı vasitəsi ilə məlumat yayıb. 23 yaşlı gürcüstanlı futbolçunun müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. Klub futbolçunun transfer vərəqəsini özünə verib. Qeyd edək ki, Tamazi Tsetsxaladze "Səbail"ə 2017-ci ilin yayında "Qardabani"dən keçmişdi.
Avroliqanın bir addımlığında olan “Səbail” daha bir ciddi itki ilə üzləşib. Paytaxt klubu Aleksandr Rıbkanı itirib. 26-cı turda “Qəbələ” ilə matçda xəsarət alan qapıçının zədəsi ciddidi. Klubdan verilən açıqlamada bildirilib ki, ukraynalı qolkiper mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.