• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Səfər qolları həlledici oldu

Ölkə futbolu

3-05-2019, 12:0

Səfər qolları həlledici oldu
"Sumqayıt" tarixində ilk dəfə finalda!
Dünən ölkə kubokunun finalına adlayan komandaların adına aydınlıq gəldi. Öncə onu qeyd edək ki, ilk oyunlarda qapılara cəmi 1 qol vurulmuşdusa, cavab görüşləri məhsuldar alındı. Belə ki, iki qarşılaşmada qapılara ümumilikdə 9 qol vuruldu. Cütlərin taleyini isə səfər qolları həll etdi.
Cari mövsüm çempionatdakı bütün qarşılaşmalarda "Qarabağ"a uduzan "Qəbələ" yarımfinalın ilk görüşündə 1 cavabsız qolla qalib gəlmişdi. Bəziləri "köhlən atlar"ın bu məğlubiyyətin əvəzini artıqlamasıyla çıxacağını, ötən mövsümdən fərqli finala vəsiqə qazanacağını düşünürdü. Əslində Qurban Qurbanovun yetirmələri buna yaxın idi. İlk yarıda Miçelin mükəmməl qolu ilə hesabı açan ağdamlılar ikinci yarının əvvəllərində Kintana ilə fərqi artırdı. Lakin Volkovun qolu məhz "qırmızı-qaralar"ı finala daşıdı. Bununla da bölgə təmsilçisi uğurlu seriyasını davam etdirdi. Belə ki, "Qəbələ" ardıcıl 3-cü dəfə finalda oynayacaq. Şimallılar həm də ümumilikdə 4-cü dəfə yarımfinal səddini uğurla dəf etdi. "Qırmızı-qaralar" son 3 "futbol ili" ilə yanaşı, 2013/14 mövsümündə də bunu bacarmışdı. Lakin komanda indiyə qədər heç vaxt kuboku başı üzərinə qaldırmayıb. İndiyədək kuboku "Neftçi", "Qarabağ" və "Keşlə"yə "güzəştə gedən" qəbələlilər uğursuz sindromu yeni rəqib - "Sumqayıt" ilə dueldə qırmaq niyyətindədi. Bu baş verərsə, komanda ilk titulunu qazanacaq. Qurban Qurbanovun yetirmələri isə ardıcıl ikinci mövsümdə, ümumilikdə 6-cı dəfə yarımfinal səddində "ilişdi". Ötən "futbol ili"ndə komanda 1/4 finalda mübarizəni dayandırmışdı. Bundan başqa, "köhlən atlar" 1993/94, 1996/97, 2003/04, 2011/12 və 2012/13 mövsümündə də finalın biraddımlığında dayanıb.
İlk oyunda qolsuz "sülh"ə razılaşan "Sumqayıt"la "Zirə" bu dəfə də heç-heçə etdilər. Lakin budəfəki bərabərlik "kimyaçılar"ı finala çıxardı. Oyun yetərincə dramatik alındı. İlk yarıda Babayinin het-trikindən sonra "qartallar"ın işinin bitdiyini düşünürdük. Ancaq ikinci yarıda Samir Abasovun komandası buraxılan qolların hamısının əvəzini çıxdı. Bununla belə, geridönüşü sona çatdırmaq - qələbə qolunu vurmaq üçün yetərli vaxt qalmamışdı. Qollu heç-heçə isə məhz Ayxan Abbasovun yetirmələrini həlledici matça daşıdı. Beləliklə, "gənclik şəhəri" təmsilçisi tarixində ilk dəfə final oynayacaq. Sonuncu dəfə kubokda belə hesabın nə zaman qeydə alındığını xatırlamaq isə çətindi.
Sonda onu da bildirək ki, "Qəbələ" ilə "Sumqayıt" arasındakı final matçı mayın 19-da saat 16.00-da Naxçıvanda baş tutacaq. Həm Sənan Qurbanov, həm də Ayxan Abbasov ilk dəfə baş məşqçi kimi final həyəcanı yaşayacaq. "Qəbələ" isə ikinci dəfə həlledici matç üçün Muxtar Respublikaya yollanacaq. İki il öncə "qırmızı-qaralar"ın Naxçıvan səfəri uğurlu alınmamış, onlar “Qarabağ"a uduzmuşdu.
Ölkə kuboku
yarımfinal, cavab oyunları
1 may
Qarabağ - Qəbələ 2:1
(ilk oyun - 0:1)
Zirə - Sumqayıt 3:3
(ilk oyun - 0:0)
FARİZ

Oxunub: 856
Paylaş:
Digər xəbərlər

KUBOK

6-02-2021, 10:0

Yalnız “Qarabağ” yarımfinala yaxın görünür

Ölkə futbolu

26-04-2019, 15:0

İlk duellər suallara cavab vermədi

Premyer-liqa

27-02-2018, 00:0

“Qarabağ” yenə fərqi artırdı

Premyer-liqa

17-04-2018, 15:0

“Qarabağ” növbəti “qızıl”ı bu həftə təmin edə bilər!

Dünya futbolu

1-03-2022, 22:0

Səfər qolu qaydası İtaliyada da ləğv edildi

Aktual
Cəfərquliyev: "Hələ heç nə bitməyib"
"Bizə topu ələ keçirməyə imkan vermədilər" - Fredrik Qulbrandsen
Tahir Gözəl idman mediasını başına topladı
"Qarabağ"ı hesabdan silənlər az deyildi"
"İmişli" məğlubiyyətin günahını hakimdə gördü: "Haqqımızı yedilər"
"Mingəçevir" çempionata niyə uğursuz başladı? - Baş məşqçi səbəbi açıqladı
Son xəbərlər
  • Bu gün, 13:53
    “Arsenal” favoritdi, qalan komandalar 2-ci yer uğrunda oynayacaq
  • Bu gün, 13:20
    “Qalatasaray” ölümdən döndü
  • Bu gün, 12:50
    Favoritlərdən çətin qələbələr
  • Bu gün, 12:20
    Son finalçı yeni mövsümə heç-heçə ilə başladı
  • Bu gün, 11:51
    “Fənərbaxça” 11-ci oyunda da qalib gəldi!
  • Bu gün, 11:21
    Azər Məmmədov: “Bizdən böyük uğur gözləmək absurddu”
  • Bu gün, 10:50
    ”Sabah” “Kəpəz”ə, “Səbail” “Araz-Naxçıvan”a qarşı - YENİLƏNİR
  • Bu gün, 10:22
    Zirvə görüşü: “Neftçi” – “Zirə” - YENİLƏNİR
  • Dünən, 23:58
    “Sabah” futbolçusu ilə yollarını ayırdı
  • Dünən, 23:37
    "Komandada çox mövqe güclənməlidi" - Rəşad Sadıqov
  • Dünən, 23:06
    "Nəyisə əvvəldən qurban veririk ki, sonra yaxşı olsun" - Adrian Mutu
  • Dünən, 22:55
    Cəfərquliyev: "Hələ heç nə bitməyib"
  • Dünən, 21:53
    "Bizə topu ələ keçirməyə imkan vermədilər" - Fredrik Qulbrandsen
  • Dünən, 21:32
    Cəlal Hüseynov oynadı, "Arda" qalib gəldi
  • Dünən, 20:51
    "Nəyə görə qırmızı göstərdiyini başa düşmədim" - Mübariz Orucov
  • Dünən, 20:30
    Ayxan Abbasov komandasının zəif nöqtəsini açıqladı
  • Dünən, 20:09
    “Molde”nin üzgün futbolçusu su qabını təpiklədi
  • Dünən, 19:58
    Abdolbari Gözəl “Qarabağ”ı təbrik etdi
  • Dünən, 19:37
    "Zirə" - "Neftçi": START HEYƏTLƏRİ
  • Dünən, 19:16
    Tahir Gözəl idman mediasını başına topladı
  • Dünən, 18:55
    “Qarabağ” ilk dəfə qələbə ilə başladı - STATİSTİKA
  • Dünən, 18:34
    “Bavariya”dan “Barselona”ya keçə bilər
  • Dünən, 18:13
    Konfrans Liqasında turun ən yaxşı oyunçusu seçildi
  • Dünən, 17:52
    “Qarabağ”ın qələbəsi mövqeyimizi dəyişmədi
  • Dünən, 17:31
    Hidayət Heydərov "Böyük Dəbilqə" turnirinin beşqat qalibi oldu
  • Dünən, 17:10
    "Sumqayıt" - "Turan Tovuz": START HEYƏTLƏRİ
  • Dünən, 16:59
    "Qarabağ"ı hesabdan silənlər az deyildi"
  • Dünən, 16:38
    "İmişli" məğlubiyyətin günahını hakimdə gördü: "Haqqımızı yedilər"
  • Dünən, 16:17
    "Mingəçevir" çempionata niyə uğursuz başladı? - Baş məşqçi səbəbi açıqladı
  • Dünən, 15:56
    DÇ-2024: Azərbaycan - Qazaxıstan oyununa təyinatlar açıqlandı
  • Dünən, 15:35
    Bundesliqada top qovan iki azərbaycanlı yığmaya dəvət olunmur
  • Dünən, 15:04
    "Fikrimcə, oyunun ədalətli hesabı 1:0 yox, 3:0 idi"
  • Dünən, 14:43
    Avropa Liqasında turun ən yaxşı oyunçusu seçildi
  • Dünən, 14:12
    "Zaur Axundov Rumıniyadakı nəticəyə görə narazılığını bildirdi" - MÜSAHİBƏ
  • Dünən, 13:51
    Arda Gülər ''Real''da nə vaxt debüt edəcək?
Daha çox
Oxunub: 3 080
“İrəvan”ın prezidentindən şok ittihamlar: “Onları adam hesab etmirəm, dovşandılar”
Oxunub: 2 340
“Qarabağ” H qrupundan necə çıxa bilər?
Oxunub: 990
Samir Ələkbərov: “Xankəndində özüm komanda yaradacam, baş məşqçi də...” - AÇIQLAMA
Oxunub: 765
Bundesliqada top qovan iki azərbaycanlı yığmaya dəvət olunmur
Oxunub: 734
Region Liqası da ölkə futbolunun inkişafında tramplin rolunu oynamalıdı
Oxunub: 727
“Molde”nin üzgün futbolçusu su qabını təpiklədi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə