Sizin reklam burada

AFFA 60 jurnalisti finala biletlə sevindirəcək

Title
AFFA 60 jurnalisti finala biletlə sevindirəcək
35 yerli media nümayəndəsi UEFA-dan qeydiyyatdan keçib
Avropa Liqasının Bakıda keçiriləcək finalına bir ay qaldı. Rusiya mətbuatına müsahibə verən AFFA-nın baş katibi Elxan Məmmədov satışa çıxarılan biletlərdən 15 mininin azərbaycanlı azarkeşlər üçün nəzərdə tutulduğunu bildirib. Finala vəsiqə qazanacaq komandaların hər birinin fanatlarına isə 10 min yer ayrılıb. Bəs görəsən, AFFA yerli idman mediasına bilet verməyi planlaşdırırmı?
Bu sualı assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq. Onun məsələyə reaksiyası belə oldu: “Bildiyiniz kimi, bir neçə ay öncə Avropa Liqasının finalı ilə bağlı media nümayəndələri arasında intellektual yarış təşkil olunmuşdu. Həmin yarışa qatılanların hamısına 2 bilet veriləcək ki, onların da sayı 60 nəfərdi. Bu haqda əvvəlcədən məlumat vermişdik. Bundan başqa, UEFA-dan rəsmi qeydiyyatdan keçən mətbuat nümayəndələrimiz var. Məndə olan məlumata görə, bir neçə gün öncəyə qədər onların sayı 35 idi. Əlavə kimlərəsə bilet vermək nəzərdə tutulmayıb. Hansı meyarlara görə seçim etməliyik? Çox maraqlıdı ki, millinin rəsmi görüşlərində daim 200-dən çox media nümayəndəsi akkreditasiyadan keçdiyi halda, bu dəfə UEFA-ya müraciət edən jurnalistlərimizin sayı azdı. Bəziləri deyir ki, ortada ingilis dili maneəsi var. Ancaq bu məqam çətinlik yaratmamalıdı. Şox bəsit qeydiyyat qaydası var. Kim istəsə, qitə futbol qurumunun xətti ilə akkreditasiya əldə edə bilər”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.