Sizin reklam burada

“İslam müəllim fasilədə bizə dedi ki, top meydanı tərk edəndə tez verin ...”

Title
“İslam müəllim fasilədə bizə dedi ki, top meydanı tərk edəndə tez verin ...”
Son günlərin ən populyar uşağı “Futbol+”ə danışdı
“Kaş o uşaqda olan istəyin yarısı sizdə olaydı” – “Neftçi” – “Sumqayıt” qarşılaşmasından sonra sosial şəbəkələrdə az qala matçla bağlı hər statusun altında rast gəldiyimiz şərh idi. Bakılıların sumqayıtlılara uduzduğu görüşün sonlarına yaxın Mehdi Cənnətov vaxtı uzatmaq istədiyi anda əlindəki topu qaçaraq qapıçı meydançasının küncünə qoyan topdaşıyan uşaq nəzərdə tutulurdu.
Bir anda məşhurlaşan həmin uşağı tapmaq üçün ciddi səy göstərməyə ehtiyac qalmadı. Qısa araşdırmadan sonra adı Elşən, soyadı Atakişiyev olan gələcəyin futbolçusunun “Neftçi”nin U-11 komandasında futbolun sirlərinə yiyələndiyini öyrəndim. Məşqçisi də kim olsa, yaxşıdı?! Ömrünün yarısını “Neftçi”də keçirən İslam Kərimov. Odu ki, Elşəndən öncə zəng etdiyimiz məhz İslam bəy oldu. Uşaq haqda fikirlərini öyrənmək istəyirdik ki, zəngimizin səbəbini bilən kimi suala ehtiyac duymadan özü yetirməsi haqda məlumat verdi: “Elşən Atakişiyevdi, məndə oynayır. 11 yaşı var, olduqca istedadlı uşaqdı. Gələcəyinə böyük ümidlər bəsləyirik. 2017-ci ildə “”Sabahın ulduzları”nda ən yaxşı futbolçu adını qazanmışdı. Futbolda ilk addımlarını atandan yanımdadı. Ən yaxşı cəhəti odu ki, idmançı ailəsindəndi. Atasını tanımamış olmazsız. Eldar Atakişiyev – ağır çəkidə güləş üzrə dəfələrlə ölkə çempionu olub”.
Balaca Atakişiyev haqda müəyyən bilgi alandan sonra Kərimov telefonunu yetirməsinə ötürür və beləcə utancaq Elşənlə söhbətdə bizi maraqlandıran suallara cavab tapmağa çalışıram.
- Özün haqda nə danışa bilərsən?
- Adım Elşəndi, 11 yaşım var. 2008-ci ildə anadan olmuşam. Futbola 2017-ci ilin martında başlamışam. İlk vaxtlar “Amasiya”da oynayırdım. Ordakı məşqçim də İslam Kərimov idi. İslam müəllim sonradan məni “Neftçi”yə cəlb etdi. Bakıxanov qəsəbəsində yaşayıram və ordakı 107 saylı orta məktəbdə təhsil alıram.
- Dərslərini necə oxuyursan?
- Yaxşıdı, pis deyil.
- Hansı fənlərdən yaxşı qiymət alırsan?
- Riyaziyyat, rus dili və Azərbaycan dili – bunlar ən çox sevdiyim fənlərdi.
- Bəs ingilis dili?
- Belə də, o da yaxşıdı.
- İngilis dilini mütləq öyrənməlisən. İngilis dilini bilməsən, gələcəkdə səni “Real”a, “Yuventus”a götürməyəcəklər. İnanmırsansa, İslam müəllimdən soruş.
- Bilirəm. Çalışacam yaxşı oxuyum.
- Hansı mövqedə çıxış edirsən?
- Yarımmüdafiənin solunda.
- “Neftçi”dəki futbolçulardan kimi bəyənirsən?
- Qoran Paratskini.
- Paratskidə nə görmüsən?
- Çox qaçır. Həm də yaxşı zərbələri var.
- Bəs dünyada?
- Pol Poqbanı.
- Cinah yarımmüdafiəçisi ola-ola, dayaq yarımmüdafiəçilərinə rəğbət hardandı?
- Yarımmüdafiənin mərkəzi yaxşıdı. Sadəcə, sürətim var deyə, İslam müəllim məni “sol”da oynadır.
- Dünyada hansı kluba azarkeşlik edirsən?
- “Mançester Yunayted”ə.
- Futbola hardan maraq yaranıb səndə?
- Atam birinci güləşə yazdırmışdı məni. Amma mən futbolçu olmaq istəyirdim. Atamdan xahiş etdim ki, futbola qoysun məni, çünki futbolçu olmaq istəyirəm.
- Qohumlardan kimsə futbolla məşğul olur?
- Atam peşəkar güləşçi olub, amma mən futbolçu olacam.
- Onu bilirəm. Bəs futbolla?
- Atamın dostu var, “Qarabağ”da oynayıb.
- Kimdi ki?
- Atamın dostu.
- Adı nədi?
- (fikirləşir) Adı yadımdan çıxıb.
- Bilirsən, sənə niyə zəng etmişəm?
(yazı tam halda qəzetin çap variantında)
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.