Əmir Ağayev (Sumqayıt)
Ayxan Abbasovun güvənmədiyi futbolçulardan sayılan Əmir “Neftçi” ilə qarşılaşmanın qəhrəmanı oldu. O, gərgin və dramatik alınan matçı yüksək səviyyədə keçirdi. Əmir əvvəlcə “status-kvo”nu bərpa etdi, daha sonra komandasını hesabda önə keçirən qolun məhsuldar ötürməsini verdi. Bir sözlə, “Neftçi”nin müdafiəsi onun qarşısını almaqda aciz görünürdü. Beləliklə, Ağayev “kimyaçılar”ın gözlənilməz və vacib qələbəsində əsas pay sahibi oldu. Çox güman, yarımmüdafiəçi bu oyunu ilə baş məşqçisini də “ovsunlaya” bilib.