“Desinlər, biz hakim yetişdiririk, bizə futbol lazım deyil”
Rəqibin vurduğu qol zamanı düşündüm ki, hakim oyundankənar vəziyyət qeydə aldı. Matçdan sonra uşaqlar bir daha kadrlara baxıblar. Bilmirəm, bu biabırçılığı necə adlandıraq. Həmişə deyirik ki, hakimlər öz işlərini görsünlər, biz də sakit olaq. Səhvlər olur, bunu başa düşürük. Ancaq bu cür hərəkət başadüşülən deyil. Sanki 90-cı illərə qayıdırıq. Yəqin ki, “Şəmkir”in vurduğu qol yadınızdadı. Ya desinlər, biz hakim yetişdiririk, bizə futbol lazım deyil, ya da...
Elşad Əhmədov, “Sabah”ın baş məşqçisi