Sizin reklam burada

Vurğun Hüseynov Samir Abasovu “Zirə”nin əsas “silah”ı sayır

Title
Vurğun Hüseynov Samir Abasovu “Zirə”nin əsas “silah”ı sayır
“Çalışacağıq fanatlarımıza olan borcumuzu qaytaraq”

26-cı turun ən böyük sensasiyası, heç şübhəsiz, “Sumqayıt”ın səfərdə çempionluq uğrunda mübarizə aparan “Neftçi”ni məğlub etməsi oldu. “Kimyaçılar” “ağ-qaralar”ın üzərində qazanılan qələbənin sevincini doyunca yaşamamış artıq sabah daha önəmli, bəlkə də mövsümdə ən vacib oyunlarına çıxacaqlar. Söhbət ölkə kubokunun yarımfinalı çərçivəsində “Zirə” ilə keçiriləcək cavab görüşündən gedir. İlk görüşdə qolsuz heç-heçə qeydə alındığından Bakıətrafı qəsəbədə Naxçıvana yollanacaq komandanın adı məlum olacaq. Həlledici görüş ərəfəsində “ağ-göylər”in düşərgəsində nələrin yaşandığını, ab-havanın necə olduğunu bilmək üçün kapitan Vurğun Hüseynovu aradıq. Təcrübəli müdafiəçi ilə söhbətə “Neftçi” ilə oyundan başladıq.
- Cari mövsümdə “Sumqayıt” sanki “Neftçi”nin qəniminə çevrilib. Kapitanı olduğunuz komanda “ağ-qaralar”ı ölkə kubokundan uzaqlaşdırmaq azmış kimi, çempionluq yolunda da ağır zərbə vurdu...
- Düzdü, “Neftçi”ni kubokdan kənarlaşdırdıq və yarımfinala yüksəldik. Ancaq premyer-liqada paytaxt klubuna ağır zərbə vurduğumuzu söyləmək bir qədər düzgün çıxmır. Çünki “ağ-qaralar” bizdən əvvəlki matçlarda da xal və ya xallar itirmişdi. “Neftçi”ni çempionluqdan məhz “Sumqayıt”ın məhrum etdiyini düşünmək düz deyil. Bir də hələ bu haqda danışmaq bir qədər tezdi. Qarşıda iki tur var.
- Baş məşqçiniz Ayxan Abbasov “Zirə” ilə matçı düşünərək “Neftçi” ilə görüşdə əsasən ehtiyat qüvvəyə meydana çıxmaq şansı yaratmışdı. Səmimi de, qarşılaşmadan öncə 3 xal qazanacağınıza inanırdın?
- Qarşıda bizi “Zirə” ilə daha əhəmiyyətli matç gözlədiyindən meydana optimal heyətlə çıxmamışdıq. Ancaq “Neftçi”nin də itkilərinin olduğunu bilirdik. Onu da başa düşürdük ki, həm bizim, həm də onlar üçün ağır oyun olacaq. Çempionluğa iddialı komanda ilə səfər oyununda heç-heçə də qənaətbəxş nəticə sayıldığından, açığı, meydana bir xal üçün çıxmışdıq. Ancaq 90 dəqiqə boyunca daha çox mübarizə aparan tərəf biz olduq, uşaqlar sona qədər əzmkarlıq nümayiş etdirdilər. Və bunun da bəhrəsi kimi 3 xal qazandıq. Ən əsası, istər hesabda geri olarkən, istərsə də rəqib “status-kvo”nu bərpa edərkən komanda olaraq xarakter nümayiş etdirdik və azarkeşlərimizə sevinc gətirən qələbə topunu vurmağı bacardıq.
- Özün də qeyd etdin ki, mayın 1-də sizi daha ağır, taleyüklü oyun gözləyir. İlk görüşdə “Sumqayıt” meydana itkilərlə çıxmışdı. Buna baxmayaraq, ilk oyunda nə siz, nə də “Zirə” qol vura bildi. Necə düşünürsən, “Kapital Bank Arena”da qeydə alınan qolsuz ”sülh” cavab görüşündə işinizə yarayacaq?
(yazı tam halda qəzetin çap variantında)
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.