AFFA-nın baş katibi Elxan Məmmədov “Sovetski sport”a geniş müsahibə verib. Yerli media ilə ünsiyyətə bir o qədər həvəs göstərməyən, daha doğrusu, adətən, futboldan yazan jurnalistləri “bizimkilər” və “özgələr” adlı iki qrupa bölən baş katibin ruslara və rusdillilərə aşırı sevgisi ilə işim yoxdu. Sevgi azaddı, istədiyini sevə, istəmədiyini lənətləyə bilərsən. Amma Elxan bəyə yerli mediaya da eyni dərəcədə hörmətli münasibət göstərməyi arzulayıb, başqa məqam üzərində dayanmaq istəyirəm.
Avroliqanın finalı ilə bağlı müxtəlif suallara cavab almaq istəyən həmkarımız, nəhayət, Məmmədovdan bunu da soruşur: “Kimi finalda görmək iqtisadi cəhətdən daha sərfəlidi”... Baş katib hansısa diplomatiyaya-filan əl atmadan kəsə cavab verir: “Əlbəttə, ingilisləri. Təkcə elə pivə ilə bütün xərclər qarşılanacaq”.
Elxan Məmmədovdan fərqli şəxsən mən “Arsenal”ı Bakıda görmək istəmirəm. Mayın 2-si və 9-da keçiriləcək oyunlarda “Valensiya”ya ürəkdən azarkeşlik edəcək və məhz bu komandanın finala çıxmasını arzulayacam. Əlbəttə, ingilislərə antipatiyam yoxdu, hətta bu ölkənin yığmasının böyük turnirlərdə dəfələrlə bəxtsizliklə üzləşməsini təəssüflə qarşılamışam, onların gözündən axan yaşlara acımışam. Ancaq baş katib kimi, mənim də kəsə dəlilim var: Henrix Mxitaryan!
Kimsə millətçiliyin dərin uçurumuna yuvarlandığımı düşünürsə, qoy düşünsün. Amma məni narahat edən, daha doğrusu, Henrik Bakıya qədəm qoyan kimi milli kimlik, qürur hissimizi ayaqlar altına atacaq məqamlar var.
Bildiyiniz kimi, Henrixin həm 2015-də, həm də ötən il Bakıya gəlmək imkanı olub. “Borussiya”nın oyunçusu kimi “Qəbələ”yə, “Arsenal”ın oyunçusu kimi “Qarabağ”a qarşı oynamaq üçün. Şükür Allaha, hər dəfə rəqib klubların rəhbərləri məntiqli düşünərək, ermənini bura gətirməyi lazım bilməyib. Bəli, Bakıya bu illərdə gəlib-gedən ermənilərin – elə idmançıların da – sayı-hesabı yoxdu. Onlar Bakı arenalarında hansısa simpatiya hiss etməsələr də, ədalət naminə deyək ki, başlarında telefon sındıran da olmayıb. Henrix Mxitaryan nümunəsi ilə fərqlidi və özünə hörmət edən ölkə, belə ölkənin futbol qurumu onu nəinki ərazisinə buraxmamalı, hətta hava limanından qovmalıdı. Həyatda elə məqamlar olur ki, orda artıq direktivlər, UEFA, FİFA qaydaları, şərtləri işləmir e... Hansısa futbol qurumunun qaydaları da işğal altında olan ərazilərə səndən icazəsiz baş çəkən şəxsləri “arzuolunmaz şəxs” sayan qanunvericiliyindən üstün tutula bilməz. Bəzən pivədən götürəcəyin pulu yox, gənc yaşında torpağa düşən, xalqına, dövlətinə qənim kəsilən güclərin şəhid etdiyi o yeniyetmə, bığ yeri yenicə tərləyən yeniyetmələri, onların ürəyində qalan arzularını düşünməli, torpağı suvaran qanın qoxusunu duymalı olursan. Bu mütrüf Mxitaryan isə...
(yazı tam halda qəzetin çap variantında)

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər