Sizin reklam burada

“Neftçi” azarkeşlərinin Bordini görən gözü yoxdu

Title
“Neftçi” azarkeşlərinin Bordini görən gözü yoxdu
“Rədd ol, mafioz, rədd ol!”
“Neftçi” heç kimin gözləmədiyi halda “Sumqayıt”a boyun əyməklə çempionluq mübarizəsindəki duruma böyük ölçüdə aydınlıq gətirmiş oldu. Məlum yenilgi stadiona toplaşan azarkeşlərin ciddi narazılığına və qəzəbinə səbəb olmuşdu, bu öz yerində.
Görünür, qəzəbi arenanın daxilində tənqid və təhqirdolu şüarlar səsləndirməklə soyutmaq mümkün olmayıb. Hər halda, matç başa çatandan sonra “feysbuk”da yazılanlar kifayət qədər diqqətçəkən idi. “Neftçi”nin səhifəsində admin hər dəfə “Sumqayıt”la oyunla bağlı status paylaşdıqca, izləyicilərin, yəni azarkeşlərin başlarına “cin vururdu”. Hamı narazıdı. Rəhbərlikdən, baş məşqçidən və futbolçulardan. Ən böyük narazılıq dalğası isə “Neftçi”nin italyan çalışdırıcısı Roberto Bordindəndi. Yazılan 500-dən artıq şərhin arasından ən maraqlıları və nisbətən etik çərçivəyə sığanları seçib sizə təqdim edirik.
Shamil Memmedov: “Tüpürüm Bordinin taktikasına. Çempionluğu öz əllərimizlə verdik “Qarabağ”a”.
Sadiq Dadasov: “Getdi, öldü ümidlər. Avroliqada birinci mərhələdən sonra yenə öləcək. Baş məşqçi, əşi”.
Faiq Allahverdiyev: “Bordin istefa verib getsin”.
Rasim Memmedov: “Neftçi”dən hamı çıxıb getməlidi birmənalı”.
Vaqif Agayev: “Öz meydanında 7-ci pillənin komandasına məğlub olan komandanın çempionluqdan danışmağa haqqı yoxdu”.
Heyder Melikov: “Rədd olsun rəhbərlik. Bordin də rədd olsun, Dabodan başqa bütün legionerlər də”.
Zaur Mutallimov: “Kül sizin başınıza. Bu qədər yaxın olan vaxt…Bu qədər asandırmı çıxıb getmək?”
Ilgar Gasimov: “Bordin heç kimə lazım olmayan biri idi. Belə müdafiə ilə...”.
Rəşad A-li :“Bordin, İSTEFA”! Çempionluğu da qazana bilmədin”.
Revan Hesenov: “Bordin istefa ve gətirdiklərin də arxanca!”
Ferid Nesibov: “Oyundaydım, stadiondakı azarkeşlər, ağsaqqallar pis olmuşdular, qanları qaraydı. Sizin üçün çəkdiyim əziyyət haramınız olsun”.
Nizami Dadawov: ”Əgər vaxtında bir az xal yığmasaydı, bu il 4-cü olacaqdıq. Tərlanın 3-cü yerə cıxmasını bəyənmirdilər, halbuki həmin məşqçi komandanı aşağıdan yuxarı qaldırdı. Amma bu, 23 tur lider olasan, sona 2 tur qalmış yenə zəif rəqibə uduzasan. “Qəbələ”yə uduzsaydı, yenə deyərdik ki, səfər oyunudu, güclüdü”.
Suleyman Suleymanli: “Bordin kişi, bax Samirə, Ayxana, gör 100-200 minlik oyunçularla nələr gətirdi sənin başına. Ad gününüz mübarək, Emin,Mirabdulla!”
Orxan Aliyev: “Ay qardaşlar, mən ilk 2-3 turdan sonra yazmışdım axı, mərc etmək istəyən varsa, mərc edək ki, çempion “Qarabağ”dı, biz də ikinci. Bordin məşqçidi? Bu insanın taktika savadı yoxdu, əvəzetmələri özünü doğrultmur, oyunçu secimi zəifdi. Rəhbərlik özünü biabır etmək istəmirsə, rədd etsinlər bunu”.
Elşən M-oof: “Biabırçılıqdı lap. “Sumqayıt”ın ikinci heyətinə məğlub olduz. Hamısı Bordinin günahlarıdı. Sən bilirsən ki, bu komanda müdafiədə zəif oynayır. Müdafiəçini çıxarıb, hücumçu salırsan. Bundan sonra müdafiədə üç futbolçu qalır. “3-lü” müdafiəyə keçən kimi uduzacağımızı hiss etmişdim”.
Ramin Ramin: “Hamı Bordinlə çempionatda məzələnir. Nə məşqçi idi ki? “Uypeşt”ə biabırçı məğlubiyyətdən sonra vidalaşmaq lazım idi onunla. Eksperimental heyətlə sonuncu yerdə gedən komandaya uduzan komandanın nə perspektivi ola bilər ki?! Tərlan üçüncü yerə gətirdi komandanı, 10 min maaş alırdı. Bu 50 min alır, üstəgəl, tör-töküntülərin də yığıb gətirib “Neftçi”yə. Bir dəfə yaxından oyunçuların hərəkətinə baxdım, çox əxlaqsız danışırdılar, özlərindən razı".
Elşən Məmmədov: “Təbrik edirəm. Bu heyət Bordinsiz də bu oyunu oynayardı, vallah. Əksinə, əvəzetmələri ilə mane olurdu qələbələrimizə. “Şerif” nə zibildi ki, onun məşqçisini bəh-bəhlə gətirdilər, guya çempion olmağa gəlib. Paratski hansı qanunsuz nigahın törəməsidi gəlib urcah olub “Neftçi”yə? Ruslana simpatiyam var, amma bu il oynamamalıydı kritik oyunlarda. Platellası əsas heyətə salmayan məşqçidən nə çempionluq gözləyirdik ki? Mirabdulla Sansonedən beşbaş üstün hüçumçudu. Niyə əsas heyətə salmadın? Ümumiyyətlə, 2-3 nəfəri çıxsaq, əla oyunçularımız var. Sadəcə, düzgün taktikayla oynada bilən məşqçi lazımdı”.
Azər Serxanov: “Bordini komandaya gətirən “Neftçi” rəhbərliyi və bu rəhbərliyi “Neftçi”yə təyin edənlər, siz hamınız “Neftçi”yə yad adamlarsız. İnşallah, tezliklə elə gün gəlsin ki, “Neftçi”nin kandarına da yaxın düşə bilməyəsiz”.
Tariyel Mamedli: “Neftci”nin cempion olmasını mən hamıdan cox istəyirdim. Lakin bu oyunla biz heç ikinci yerə də layiq deyilik. Hanı müdafiə xətti? Bu Rakunu kim alıbsa, başına dəysin. Hanı bizim ehtiyatdakı müdafiəçilərimiz? Bu qoca Sansoneni ve mini-futbol oynayan Platellası alanlar utanıb yerə girsinlər”.
Samir Quliyev: “Saldız bizi yenə it-qurdun dilinə. Mövsümboyu Bordini rədd etmək mutləq idi. Tərlan bu heyətlə çempion olardı, vallah”.
Heydər Rəsulzadə: “Roberto Bordin, rədd ol! Kamran Quliyev və Ceyhun Sultanov, pul gözünüzə görünmürsə, istefa verib, gedin. Büdcəni zibil edib zay legionerləri sırıdız “Neftçi”yə. Heyf bu il sizə ayrılan büdcədən, heyf. Dağıtdız sağa-sola”.
Cəfərqulu Süleymanov: “Bəlkə də ən çox maaş alan məşqçidi, haramı olsun aldıqları. Ona MFL-də belə, komanda tapşırmaq günahdı”.
Руфат Агаев: “Rədd ol, mafioz, rədd ol!”
ILqar Alixanli: “Lap bu heyətlə də çempion olmalı idilər. Sadəcə, baş məşqçi çobandı. Bir oyunda belə, məşqçi işi görünmədi. Tam əminliklə deyirəm ki, məşqçi Tərlan olsaydı, vaxtından əvvəl çempion idik”.
Mushvig Nabiyev: “Neftçi” onsuz da Bordinsiz də Avroliqaya vəsiqə qazanırdı, bu niyə gəlmişdi?”
HƏBİB hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.