Sizin reklam burada

“Səbail” Avroliqanın qapısını araladı

Baxış Sayı:580

“Səbail” Avroliqanın qapısını araladı
Sənan Qurbanov: “Çempionatı 4-cü yerdə bitirməyimiz uğursuzluqdu, ancaq ən əsası mənim vicdanım təmizdi”
103 Səbail - Qəbələ 2:1 (2:1)
1. Aleksandr Rıbka - 5,5
(25. Elxan Əhmədov, 32) – 4,5
13. Şəhriyar Rəhimov - 5,5
32. Elvin Yunuszadə - 5,5
99. Maudo Jarjue - 5,5
7. Fəhmin Muradbəyli - 6,0
5. Vüqar Bəybalayev - 5,0
14. Rahid Əmirquliyev (k) - 5,5
10. Ağabala Ramazanov - 5,5
(11. Ruslan Qurbanov, 76) – qiymətsiz
8. Yevgeni Koçuk - 5,5
28. Kevin Kubemba - 5,5
21. Oke Akpoveta - 4,5
(27. Emil Martinov, 86) – qiymətsiz
Ehtiyat oyunçular
50. Fərhad Vəliyev
4. Enrike Perilyo
9. İmanol İriberri
17. Elçin Rəhimli
18. Aqşin Qurbanlı
19. Ruslan Hacıyev
20. Eltun Yaqublu
26. Kamal Qurbanov
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Fəhmin Muradbəyli

1. Anar Nəzirov - 4,5
34. Ürfan Abbasov – 4,0
27. Bəhlul Mustafazadə - 5,0
3. Voislav Stankoviç – 4,5
2. Amin Seydiyev – 4,5
(11. Asif Məmmədov, 79) - qiymətsiz
88. Sabien Lilay – 4,5
14. Cavid Hüseynov (k) – 5,0
28. Stiven Jozef-Monroz – 5,0
17. Ceyms Adeniyi – 5,0
9. Davit Volkov - 4,0
(21. Lalavele Atakora, 46) – 4,5
10. Rauf Əliyev – 5,5
(18. İlqar Qurbanov, 88) - qiymətsiz
Ehtiyat oyunçular
35. Murad Popov
5. Rasim Ramaldanov
6. Rüstəm Nuruyev
7. Roman Hüseynov
8. Qismət Alıyev
33. Vüsal Məsimov
77. Samir Qurbanov
98. Rövlan Muradov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Rauf Əliyev
Qollar: F.Muradbəyli, 20 (1:0, Ş.Rəhimov). A.Ramazanov, 25 (2:0, Y.Koçuk). B.Mustafazadə, 41 (2:1, R.Əliyev).
Vərəqələr: C.Hüseynov, 43 (qeyri-idman hərəkəti). L.Atakora, 69 (qeyri-idman hərəkəti). A.Ramazanov, 74 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 78 (qeyri-idman hərəkəti). O.Akpoveta, 83 (qeyri-idman hərəkəti). E.Əhmədov, 84 (oyunun bərpasını ləngitmək) - sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
27 aprel. Bakı. ASCO Arena. 500 tamaşaçı (3200 yerlik).
Birinci hissəyə 5, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Turun mərkəzi qarşılaşmasında üçüncülük uğrunda mübarizə aparan komandalar üz-üzə gəlirdi. "Səbail" qalib gəlməklə "bürünc"ü böyük ölçüdə özü üçün təmin edəcəkdi. Bundan başqa, "dənizçilər" cari mövsüm "Qəbələ"ni uda bilmədiyi üçün meydana xüsusi motivasiya ilə çıxmışdı. "Qırmızı-qaralar" isə qalib gəlməklə Hacıyevin komandasını turnir cədvəlində qabaqlamaq, bürünc medal yolunda üstünlük qazanmaq istəyirdi. Son oyunlarda uğurlu nəticələri sıralayan şimallılar seriyanım ömrünü uzatmaq niyyətində idi.
İlk dəfə cari mövsümdə premyer-liqada baş məşqçi kimi iş başında olan hər iki komandanın baş məşqçisi üçün medalçı olmağın, Avroliqaya vəsiqə əldə etməyin nə qədər önəmli olduğunu hər kəs yaxşı anlayır. Bu hədəf baxımından "ASCO Arena"da qeydə alınacaq nəticə böyük əhəmiyyət daşıyırdı. Hər iki tərəfdə itkilər var idi. "Qəbələ"də Elvin Camalov cəza, Dmitri Bezotosnı isə zədə səbəbindən matçı buraxırdı. "Səbail"də isə Tome Kitanovski ötən tur qırmızı vərəqə almışdısa, Maykl Essyen həftəiçi məşqdə zədələnmişdi.
Əsas hadisələr ilk yarıda cərəyan etdi. “Səbail”in 6 dəqiqəyə sığan iki qolu, Rıbkanın zədələnməsi, “Qəbələ”nin fərqi azaltması... Bəlkə də 7-ci dəqiqədə Stivenin hava ötürməsindən sonra Raufun başla zərbəsini qapıçı əla reaksiya ilə dəf etməsəydi, fərqli ssenarinin şahidi olacaqdıq. Az sonra Rıbka Əliyevin yerlə vuruşunu da zərərsizləşdirməkdə çətinlik çəkmədi. Ancaq “dənizçilər” yavaş-yavaş təzyiqi artırdı. Öncə Voislav həlledici müdaxilə ilə yadda qaldısa, daha sonra Kubemba Muradbəylinin ötürməsini dəqiq tamamlaya bilmədi. Hər halda, 20-ci dəqiqədə hesab açıldı. Şəhriyar cinahdan asma etdi, Ürfanı qabaqlayan Fəhmin dəqiq zərbəylə toru silkələdi. “Qırmızı-qaralar” qolun şokundan ayılmamış ikinci dəfə meydanın mərkəzinə dəvət olundu. Qonaqların 3-4 futbolçusu cərimə meydançası daxilində nə Koçukdan, nə də Kubembadan topu ala bildi. Nəticədə Yevgeni Ağabalanı zərbə mövqeyinə çıxardı və sonuncu sərrast vuruşla hesab arasındakı fərqi artırdı. Hər şeyin “dənizçilər” üçün yaxşı getdiyi bir vaxtda Rıbka zədələndi. İlk tibbi yardım yetərli olmadı və ukraynalı qapıçı meydanı xərəkdə tərk etməli oldu. Fasiləyə qədər Qurbanovun komandası buraxılan qollardan birinin əvəzini çıxa bildi. Cərimə zərbəsi zamanı “ev tapşırığı”nı uğurla yerinə yetirən “qırmızı-qaralar” Bəhlulun qolu ilə ümidləndi.
Ancaq ikinci yarıda “Qəbələ”nin məğlubiyyətdən xilas olmaq cəhdləri faydasız oldu. Baxmayaraq ki, üstün tərəf məhz şimallılar idi. Hissənin əvvəllərində Jozef-Monroz qeyri-dəqiq zərbəylə yadda qaldısa, 67-ci dəqiqədə Raufun başla vuruşu təhlükəli alındı. Daha sonra hücuma qoşulan Seydiyevin də zərbəsi “status-kvo”nun bərpa olunması üçün yetərli olmadı. Ümumiyyətlə, son dəqiqələrdə qonaqlar tam qüvvə ilə irəli atıldı. Lakin “Səbail”in inamlı müdafiəsi, eləcə də “Qəbələ”nin irəli xətt oyunçularının son nöqtəni qoya bilməməsi fonunda matçda başqa qol olmadı. Beləliklə, “dənizçilər” Avroliqanın qapısını araladı, “bürünc”ə doğru önəmli addım atdı. “Qırmızı-qaralar” isə üçüncülük şansını möcüzəyə saxlamaqla yanaşı, artıq daha çox kubok haqda düşünməlidi.
FARİZ

Gözdən qaçmadı
* Hava işıqlı olsa da, “ASCO Arena”da projektorlar oyunun əvvəllərindən işləyirdi. Halbuki buna ikinci yarıda ehtiyac yarandı.
* Oyundan-oyuna “Səbail” azarkeşlərinin sayının artdığını hiss etmək çətin deyil. Görünür, komandanın bürünc medala, başa sözlə, Avroliqaya yaxınlaşması bu məqama təsirsiz ötüşməyib. Yeri gəlmişkən, “dənizçilər”in fanatları oyunun gedişində “Avropa bizi gözləyir” şüarını da səsləndirdilər.
* Rauf Əliyev əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasına gəlmədi. Hücumçu komandaların meydana daxil olduğu girişdə əvvəlcə oturaraq, daha sonra isə ayaqüstə matçı izlədi.

Reaksiyalar
Sənan Qurbanov: “Hər iki komanda üçün vacib oyun idi. Çərşənbə axşamı kubok oyununa çıxmışdıq, üstəlik, lazımi qədər rotasiya edə bilmədik. Psixoloji olaraq futbolçularda bir az yorğunluq var idi. Çalışırdıq ki, bunu aradan qaldıraq. Bununla belə, ikinci hissədə üstün tərəf biz idik. Əlverişli qol imkanlarımız oldu. Futboldu, fürsətləri dəyərləndirə bilmədik. Uduzulası oyun deyildi. Xüsusən ikinci yarını nəzərə alanda belə demək mümkündü. Artıq bu qarşılaşma geridə qaldı. Qarşıda kubokun yarımfinalının cavab matçı var. Həmin görüşə çox ciddi hazırlaşmalıyıq ki, o da əldən çıxmasın... “Bürünc”ü qazanmağımız artıq möcüzəyə bağlıdı. Peşəkarıq, işimizi sona qədər davam etdirməliyik. Nələrin baş verəcəyi haqda düşünməməliyik. İşimizə peşəkar yanaşmalıyıq. Çempionatda iki oyunumuz qalıb. Maksimum çalışmalıyıq ki, ən yaxşısını edək. Ondan sonra nəticə necə olsaqsa, barışacağıq. Paltardəyişmə otağında da uşaqlara sözümü dedim. Futbolçuların psixoloji vəziyyətini qaydaya salmalıyıq. Çünki mübarizə davam edir, qarşıda “Qarabağ”la çox çətin oyunumuz var. Əlbəttə, çətin olacaq, ancaq uşaqları həmin matça kökləməyə çalışacağıq. Təbii, çempionatı 4-cü yerdə bitirməyimiz həm mənim, həm də komandamın adına uğursuzluqdu. Ancaq ən əsası mənim vicdanım təmizdi. İşimi daim maksimum dərəcədə görməyə çalışmışam və görürəm də. Lakin bu faktdı ki, “Qəbələ” üçün 4-cü yer uğursuzluqdu”.
Aftandil Hacıyev: “Həqiqətən də mövsümün ən vacib qələbələrindən birini qazandıq. Oyundan öncə gərginlik var idi. Bu hər iki komandanın futbolçularında hiss olunurdu. Uşaqlar təmkinli davrandı, sona qədər uğurlu hesabı qoruyub saxladılar. Azarkeşlərimizə də “çox sağ ol” deyirəm. Turdan-tura saylarının artdığını hiss edirik. İnanılmaz dəstəklərini də görürük. Üzücü xəbər o oldu ki, Rıbka ciddi zədə alıb. Dizindəki problemin nə olduğunu dəqiq bilmirik. Müayinədən sonra bəlli olacaq... Elxan gənc qapıçıdı. “Çərçivə qoruyucusu” üçün 26 yaşa gənc demək olar. Onlar yaşa dolduqca təcrübəli hesab olunurlar. Gənc olmasa belə, təcrübəsi kifayət qədər deyil. Hətta digər komandalarda təcrübəli qapıçıları da görürük ki, kobud səhvlərə yol verirlər. Elxan bu gün əlindən gələni etdi, ondan razı qaldım. Baxmayaraq ki, səhvləri var idi. İstədiyimiz nəticəni əldə etməyimiz üçün Elxan da əlindən gələni etdi. Yeni qapıçı? Açığı, çempionatdan sonrakı planla bağlı rəhbərliklə söhbətimiz olmayıb. Həm transferlər, həm də başqa məsələlər ilə bağlı, əlbəttə, mövsüm başa çatandan sonra görüşümüz olacaq. Onda biləcəyik ki, necə davam edirik. Büdcəmizə uyğun hərəkət etməliyik. Odu ki, bütün bunlarla bağlı geniş məlumat verə bilməyəcəm. Düzdü, Rıbkanın zədəsi ciddi olsa, təkcə Elxanla qalırıq. Belədə bir yox, iki qapıçıya ehtiyac olacaq. Çünki 3-cü qolkiper kimi oynayan-məşqçi Fərhad Vəliyevdi. Hər halda, Rıbkanın mövsümü qapadığını düşünürəm. Çünki sona iki tur var və diz zədəsi belə qısa müddətdə aradan qalxan problem deyil. Ukraynalıların “soyqırımı”? Deməli, bizim çempionat Ukrayna premyer-liqasından daha sürətlidi, daha gərgin keçir, dözə bilmirlər (gülür)... Hələ ki “bürünc”ü təmin etdiyimizi demək olmaz. Çünki fərq 5 xala bərabərdı, “Qarabağ”la çətin oyunumuz var. “Qəbələ” evdə “Neftçi”ni məğlub edərsə, hər şey son tura qala bilər. Bu üzdən tam sevinə bilmirik. Emosiyalarımızı saxlamağa çalışırıq. Bu hələ son deyil... Ümumiyyətlə, Ruslan zədədən sonra əsas heyətdə yerini itirdi. İstər-istəməz futbolçu belədə tonusdan düşür. Çempionaıtn elə vaxtıdı ki, rotasiyalara əl ata bilmirik, “oturuşmuş” heyətə daha çox üstünlük veririk. Müsbət nəticə olanda isə heyəti dəyişməyə ehtiyac duymuruq. Odu ki, Qurbanov oyun təcrübəsindən əziyyət çəkir. Ruslana bir epizoddakı narazılığım top itkisi ilə bağlı deyildi. İrəlidə qalıb, geri qayıtmadı. Yeni oyuna daxil olmuşdu, hərəkətli olmasını istəyirdim. Belə oyunda sonradan şans qazanan futbolçu üçün də çətindi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR