“Futbol+” kollektivi Əflatun Amaşova son sözünü çatdırdı
Ya haqqımızı bərpa edin, ya da etiraz aksiyalarına başlayırıq!
“Futbol+” oxucusuna bəllidi ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu aprelin 1-dən qəzetimizə maliyyə yardımını dayandırıb. Məhz bu üzdən aprelin 1-dən qəzetin dövriliyini azaltmaqla yanaşı, satış qiymətini də 60 qəpiyə qaldırmışıq. Bu qərarı vermək bizim üçün nə qədər çətin olsa da, ayaqda qalmaq və itkinin cüzi bir hissəsini kompensasiya etmək üçün qiymət artımına getməyə məcbur idik. Eyni zamanda ədalətsizliyin aradan qaldırılmasl istiqamətində fəaliyyətimizi də davam etdiririk. KİVDF-nin ofisi qarşısındakı piketdən, qəzetin nümayəndələrinin Prezident Administrasiyasında qəbul olunmasından da xəbərdarsız. Hələlik dövlət yetkililərindən ağlabatan cavab almasaq da, ölkəmizin idman həyatı üçün həssas xarakterli indiki dönəmdə gözləmə mövqeyi tutmağa qərar vermişdik. Dünən isə kollektiv şəkildə Mətbuat Şurasının (MŞ) ofisinə yollandıq. Təbii ki, qəzetin taleyi ilə bağlı bu qurumdan ciddi gözləntilərimiz yoxdu. Sadəcə, niyyətimiz ölkədə medianın durumu ilə bağlı məsələlərin tənzimləyicisi rolunu boynuna götürən qurumun rəhbəri, millət vəkili Əflatun Amaşova real durumu anlatmaq, mövqeyimizin iqtidarın media siyasətinin yönəldilməsində əsas şəxs sayılan Əli Həsənova çatdırılmasında onun vasitəçi rolundan yararlanmaq idi. Xoş təsadüfdən dünən o həm də 62 yaşını tamamlayırdı. Təbrikdən sonra “Futbol+” ətrafında yaranmış durum və vəziyyətdən çıxış yollarını müzakirə etdik. MŞ sədrinin nəzərinə çatdırıldı ki, qəzetin fəaliyyətinin maliyyələşdirilməsində ciddi problemlər yaşanır və kollektiv üzvləri KİVDF-nin ədalətsiz qərarı ilə əsla barışmayacaq. Yaxın iki-üç gün ərzində vəziyyətin dəyişməsi, ədalətsizliyin aradan qaldırılması yolunda heç bir addım atılmayacağı təqdirdə “Futbol+”çilər istənilən etiraz aksiyasına baş vurmağı düşünür. Açıq deyirik ki, bizim üçün güzəşt limiti tükənib və bundan sonra yaşanacaq olaylara görə bütün məsuliyyət KİVDF-nin üzərinə düşür. Qarşıdakı həftədə Prezident Administrasiyasının, Milli Məclisin, ABŞ-ın ölkəmizdəki səfirliyinin qarşısında etiraz aksiyaları keçirmək, hamılıqla aclıq aksiyasına başlamaq, ən nəhayət, kollektiv üzvlərinin kütləvi şəkildə Azərbaycan vətəndaşlığından imtinası ilə bağlı planlar üzərində iş gedir. Əflatun bəylə dünənki görüşdə hədəfimiz bütün bunlardan dövlətin ali kürsülərində əyləşənləri xəbərdar etmək idi. Kimlərsə haqqımıza girməklə bizi dövlətə asi etmək, Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyev cənablarının imicini zədələmək istəyirlər. Biz ötən müddətdə ədalətsizliyin aradan qaldırılması, ayrı-seçkiliyə son qoyulması, məsuliyyətsiz qərar verənlərin məsuliyyətini anlaması, 22 illik tarixə malik qəzetin haqq etdiyi münasibəti görməsi üçün çox çalışdıq, dəfələrlə müvafiq qurumlara müraciətlər ünvanladıq. Ancaq belə görünür ki, kimlərsə zarafat etdiyimizi, susmaqla ədalətsizliyə baş əyəcəyimizi düşünürlər. Bir daha bəyan edirik ki, “Futbol+”in haqqının yeyilməsinə imkan verməyəcəyik. Gec-tez ədalət zəfər çalacaq!
MAHİR
P.S. Daha keyfiyyətli qəzet çıxarmaq yolunda işimizə mane olan, bizi küçələri dolaşmağa məcbur edən adamların siz oxucular ilə yanaşı, həm də Allahın qəzəbinə düçar olmasını da ürəkdən arzulayırıq.

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər