
Dünən Binə stadionunda qızlar arasında Yüksək Liqada iştirak edən komandalar arasında təşkil olunan ölkə kubokunun final oyunu keçirilib. Həlledici görüşdə “Uğur” (Sumqayıt) və 8 saylı İOEUGİM (Bakı) qarşılaşıb. 2:1 hesabı ilə qələbə qazanan “Uğur” kubokun qalibi olub. Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın Qadın Liqaları şöbəsinin rəhbəri Emin Cəfərov, yığmanın sabiq üzvü Zaur Ramazanov və “Uğur”un rəhbəri Vasif Maşayev təqdim edib. 8 saylı İOEUGİM-in oyunçusu Həqiqət Qasımova “feyr-pley” mükafatına layiq görülüb. “Uğur”un üzvləri Aysun Əliyeva turnirin ən yaxşı futbolçusu, Aytac Şərifova isə ən yaxşı qapıçısı seçilib. Bombardir Vüsalə Seyfəddinova (Uğur) olub.