
MOİK "Zaqatala"nı yendi, çempionluğa bir addım qaldı
Dünən birinci divizionda 24-cü turun oyunları keçirilib. Heç-heçənin qeydə alınmadığı turun bütün görüşlərində 3 xala meydan sahibləri sevinib. Heç şübhəsiz, əsas maraq doğuran görüş MOİK-lə "Zaqatala"nın dueli idi. İlk yarısı 1:1 bitən oyunda "hərbçilər" qələbəni sona 7 dəqiqə qalmış təmin edib. Beləliklə, Azər Bağırovun komandası çempionluğu böyük ölçüdə təmin edib. Bunun üçün son iki turda bir qələbə və ya "Sumqayıt-2"nin bir dəfə büdrəməsi kifayət edəcək.
Liderdən cəmi 3 xal geri qalan "Sumqayıt-2"nin isə hələ ki belə niyyəti yoxdu. Əksinə, Elbrus Məmmədovun yetirmələri dünən qələbəni darmadağınla qazanıb. Maraqlıdı ki, Sumqayıtdakı oyunda da əsas hadisələr 83-cü dəqiqə və bundan sonraya təsadüf edib. Düzdü, Elbrus Məmmədovun komandası ona qədər də hesabda 2:1 üstün olub. Ancaq 83-də "Turan Tovuz" həm qapısından 3-cü qolu buraxıb, həm də azlıqda qalıb. Nəticədə "gənclik şəhəri" təmsilçisi daha 2 dəfə fərqlənərək, yekunda 5:1 hesablı qələbə qazanıb.
Bu nəticə daha bir oyunda - "Qarabağ-2" - "Qaradağ Lökbatan" matçında qeydə alınıb. Ağdamlılar rəqibini darmadağına məruz qoyub. Darmadağının əsasını əsas komandanın üzvü, Qurban Qurbanovun qış toplanışından etibarən cəzalandırıb əvəzedicilərə göndərdiyi Con Delarj qoyub. Yeri gəlmişkən, Qurbanovun oğlu Musa da "Qaradağ Lökbatan"ın qapısına yol tapıb. Bu qələbə turnir cədvəlində 5-ci yeri ələ keçirməyə imkan verib. Ağdamlılar "Zaqatala" ilə aprelin 30-dakı görüş ərəfəsində bu komandayla xal fərqini 3-ə endirib. Bu o deməkdi ki, əvvəlki turlardan təxirə salınan matçdan qalib ayrılmaqla, 4-cü yeri də ələ keçirmək mümkün olacaq. Mövsümü medalçı kimi bitirmək isə böyük ehtimalla nə "Qarabağ-2"yə, nə də "Zaqatala"ya nəsib olacaq. "Keşlə-2"ni minimal hesabla üstələməsinə rəğmən, qızıl və gümüş medal şansını praktiki olaraq itirən "Neftçi-2"yə 3-cü yer üçün son iki turda 1 xal kifayət edəcək.
"Səbail-2" "Kəpəz"i iki cavabsız qolla üstələyib ki, matçda son nöqtəni əsas komandanın kapitanı, bu mövsümü zədə və cəza səbəbindən boşa verən Eltun Yaqublu qoyub. O, penaltidən fərqlənib. "Şüvəlan" "Zirə-2"ni minimal hesabla məğlubiyyətə uğradıb. Turun sürprizi Ağsu da qeydə alınıb. "Sabah-2" ilk yarının ortalarında azlıqda qalmaqla yanaşı, penaltidən buraxdığı qolla hesabda geri düşüb. Düzdü, qonaqlar ikinci hissənin ortalarında bərabərliyi təmin edib. Ancaq "Ağsu" əsas vaxtın sonuncu dəqiqəsində vurduğu qolla bakılılara şok yaşadıb. "Ağsu" 3 xal sayəsində turnir cədvəlinin sonuncu pilləsindən də qurtularaq, 12-ci yerə yüksəlib.
Birinci divizion
2-ci dövrə, 24-cü tur
26 aprel
Neftçi-2 - Keşlə-2 1:0
Mirkamil Əliyev, 26.
MOİK - Zaqatala 2:1
Cavidan Rəhimli, 3. İbrahim Qədirzadə, 83 - Maqsud Ələkbərov, 37.
Qarabağ-2 - Qaradağ Lökbatan 5:1
Con Delarj, 2. Elvin Cəfərquliyev, 16. İsmayıl İbrahimli, 37. Musa Qurbanlı, 55. İlkin Abdullayev, 63-öz qapısına - Camal Camalov, 25.
Ağsu - Sabah-2 2:1
Qalib Əmrahov, 28-p. Elnur Səmədov, 90 - Emil Qasımov, 70.
Səbail-2 - Kəpəz 2:0
Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 86-p.
Sumqayıt-2 - Turan Tovuz 5:1
Elvin İsmayılov, 36-öz qapısına. Yusif Cəfərov, 44. Məhəmməd Alıyev, 83; 88. Ricat Qarayev, 90+4 - Ravil Yusifli, 53.
Şüvəlan - Zirə-2 1:0
Murad Hüseynov, 38.
1. MOİK 24 19 2 3 48-21 59
2. Sumqayıt-2 24 18 2 4 64-25 56
3. Neftçi-2 24 15 3 6 46-26 48
4. Zaqatala 23 12 6 5 40-25 42
5. Qarabağ-2 23 12 3 8 44-26 39
6. Sabah-2 24 11 5 8 27-18 38
7. Şüvəlan 24 10 7 7 29-24 37
8. Keşlə-2 24 11 3 10 37-29 36
9. Qaradağ Lökbatan 24 9 3 12 23-33 30
10. Səbail-2 24 7 2 15 32-54 23
11. Kəpəz 24 4 7 13 15-34 19
12. Ağsu 24 4 5 15 20-54 17
13. Turan Tovuz 24 5 1 18 23-49 16
14. Zirə-2 24 5 1 18 20-50 16
Bombardirlər: Raul Yaqubzadə (MOİK) - 21, Cavad Kazımov (Zaqatala) - 17, Elnur Süleymanov (Neftçi) - 13, İbrahim Əliyev (Sumqayıt-2) - 11.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə "Keşlə-2" ilə "Kəpəz"ə texniki məğlubiyyət (0:3) verilib.