“Qarabağ”la “Neftçi”nin çempionluq uğrunda mübarizəsi təkcə premyer-liqanı əhatə etmir. Belə ki, klubların U-13 komandaları da ən dəyərli medal uğrunda yarışır. Pley-off oyunlarından sonra “Neftçi”ylə “Qarabağ”ın 13 yaşa qədər olan yeniyetmə futbolçuları finala yüksəlib ki, həlledici qarşılaşmada kimin üzünün güləcəyini zaman göstərəcək.
“Qarabağ”lıların məlum nəticələrindən əsas komandanın üzvləri də xəbərdardı. Belə ki, son vaxtlar əsas heyətdən kənarda qalan Şahruddin Məhəmmədəliyev nümunəvi addımla diqqəti çəkib. “Milliləşdirilmiş” futbolçu 3 dəst əlcək alaraq U-13-dəki həmamplualarına bağışlayıb. Şahruddinin bu hərəkəti düşərgədə böyük sevinclə qarşılanıb. İndi gələcəyin futbolçuları həmin əlcəkləri göz bəbəyi kimi qoruyur, final oyununda gözlənilməz hədiyyənin köməyi sayəsində qələbə qazanacaqlarına ümid edirlər.
HƏBİB