Latviyada ölkə çempionatının 8-ci turunun rəmzi yığması açıqlanıb. “Dauqavpils”in azərbaycanlı hücumçusu Vüqar Əsgərov də rəmzi komandaya düşüb. O, hesabat turunun “Spartaks” ilə oyununda (4:1) dublla yadda qalmışdı.
Yeri gəlmişkən, Vüqar ardıcıl ikinci dəfə turun rəmzi komandasının heyətində yer alıb.