Birinci divizionda 23-cü tur təxirəsalma ilə yadda qalmışdı. Artıq güclü yağış səbəbindən baş tutmayan “Zaqatala” – “Qarabağ-2” qarşılaşmasının günü bəllidi. Bölgə təmsilçiləri aprelin 30-da, saat 15.00-da üz-üzə gələcəklər. Buna qədər isə “Zaqatala”nı cümə günü lider MOİK-lə çətin səfər, “Qarabağ-2”ni “Qaradağ Lökbatan”la ev oyunu gözləyir. Tur penalti bolluğu ilə yadda qalıb. Belə ki, 6 oyunda qapılara 6 penalti təyin olunub. Ancaq onların dördündən yararlanmaq mümkün olub. “Ağsu”ya sürpriz şəkildə yenilən “Qaradağ Lökbatan”ın kapitanı Aqşin Muxtaroğlu və “Neftçi-2”dən Elnur Süleymanov qapıçı ilə dueldən qalib ayrıla bilməyib. Hərçənd “ağ-qaralar”ın elə MOİK-lə oyunda het-trik edən forvardı təkrar cəhddə topu tora qovuşdurub.
Turun oyunlarının protokollarını nəzərinizə çatdırırıq.
23-cü tur
155. Keşlə-2 – Zirə-2 3:1 (2:0)
Keşlə-2: 56. Əkbər Vəliyev, 24. Fuad Bayramov (75. Ceyhun Nuriyev, 81), 66. Murad Qayalı, 78. Elmir Rəhimzadə (k) (79. Valeh Seyidov, 81), 77. Oleq Hüseynov, 34. Qədir Bayramlı, 98. Asif Vəliyev, 91. Nurlan Quliyev (10. Ruslan Nəsirli, 58), 60. Təbriz Xubanov, 99. Elvin Pənahov (72. Əsəd Məsimov, 85), 40. Ülvi İbrahimov.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 39. Kamran Əliyev, 44. Vüqar Həsənov, 55. Emil Əliyev, 85. Mahir İbrahimov, 92. Əli Əlizadə, 95. Cavid Əliyev.
Baş məşqçi: Rüstəm Əliyev.
Zirə-2: 72. Uğur İbrahimov, 97. Tapdıq Əhmədov (k) (70. İlqar Nuruşov, 89), 22. Milad Bayramov (92. Pərvin Kərimli, 37/66. Ağarəhim Kərimov, 65), 21. Əziz İsmayılov, 57. Kənan Zülfüqarov, 47. Əmrah Bayramov, 79. Vüsal Buludlu, 19. Nurlan Rzazadə (4. Müşfiq İlyasov, 27), 50. Məhərrəm Həsənov, 74. Rahid Ağazadə (54. Hüseyn Əhmədov, 46), 64. Kənan Cəfərov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 29. Zahir Xanhüseynli, 44. Qabil Sabirli, 55. İlyas İlyasov, 80. Oqtay Quliyev.
Baş məşqçi: Kamen Vasilyev.
Qollar: Ü.İbrahimov, 28 (1:0). Q.Bayramlı, 44 (2:0). M.İlyasov, 46 (2:1). N.Quliyev, 55-p. (3:1).
Vərəqələr: Ə.Bayramov, 18. Ü.İbrahimov, 50. H.Əhmədov, 54. A.Vəliyev, 60. E.Pənahov, 65. M.Qayalı, 73. M.İlyasov, 73 - sarı.
Hakimlər: KAMAL UMUDLU, Zöhrab Abbasov, Elman Kərimov, Əliyar Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Ələddin Ələkbərov.
16 aprel. Bakı. ASK Arena. 60 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
156. Turan Tovuz - Şüvəlan 0:1 (0:0)
Turan Tovuz: 77. Mehman Hacıyev (k) (1. Elxan Qasımov, 82), 2. Sənan Qocayev, 5. Vəzir Musayev, 14. Eltay Tağıyev, 11. Coşqun Süleymanov (19. Şahin Quluzadə, 64), 21. İbrahim Qədiyev, 7. Ravil Yusifli, 4. Yunis Muxtarlı (9. İlkin Sadıqov, 84), 22. Misir Rüstəmov (10. Məzahir Əhmədov, 46), 6. Rəşad Tağıyev (16. Muxtar Cəfərov, 69), 20. Elçin Qasımov.
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 3. Ramin Süleymanov, 8. Seymur Tağıyev, 15. Elvin Adışirinli, 17. Əli Bağırov, 71. Elvin İsmayılov.
Baş məşqçi: Nizami Sadıqov.
Şüvəlan: 13.Əmrah Zülfüqarlı, 3. Nodar Məmmədov (k), 8. Fərid Səmədzadə, 11. Tural Qürbətov (4. Akif Tağıyev, 79), 10. Məmməd Quliyev, 21. Murtazəli Abakarov (23. Seyxan Fərəcov, 68), 98. Əzəmət Ələkbərli, 99. Səid İbadov, 22. Kamran Əliyev (27. Elvin Bahadırov, 46), 38. Arsen Ağcabəyov, 5. Hüseyn Əliyev.
Ehtiyat oyunçular: 45. İmran Məhərrəmov, 9. Azər İsmayılov, 17. Rəhman Musayev, 55. Murad Hüseynov, 77. Kənan Mirzəliyev, 91. Murad İsmayılzadə.
Baş məşqçi: Adil Şükürov.
Qol: M.Quliyev, 71-p.
Vərəqələr: Y.Muxtarlı, 10. E.Tağıyev, 21. Ə.Ələkbərli, 24. T.Qürbətov, 30. C.Süleymanov, 59. İ.Qədiyev, 72. E.Bahadırov, 76. M.Cəfərov, 82. Ş.Quluzadə, 86 - sarı. E.Tağıyev, 70 - qırmızı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Səbuhi Əmrahov, Taleh Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ruhulla Kərimov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
16 aprel. Tovuz. Şəhər stadionu. 200 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissədə 4 dəqiqə əlavə olunub.
157. Sabah-2 (Bakı) - Səbail-2 4:1 (1:0)
Sabah-2: 96. Əmirhüseyn Nəcəfi, 6. Vadim Abdullayev (k) (43. Vüsal Qəmbərov, 86), 88. Elçin Əsədov, 16. Kənan Həsənov, 23. Tacir Əlizadə (24. Samir Məmmədov, 73), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov (28. Nemət Musayev, 90+2), 45. Tolqar Yaqubov, 42. Rza Biqdelo (97. Emil Qasımov, 57), 40. Tural Nəsirov (72. Ayxan Quluzadə, 46).
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 26. Kamran Qürbətov, 31. Sultan Mustafayev, 36. Nazim Rəhimov, 85. Əlirza Müştəbazadə.
Baş məşqçi: Vasif Haqverdiyev.
Səbail-2: 44. Musa İsmayılov, 3. Tamazi Tsetsxladze, 17. Elçin Rəhimli (40. Ramil Orucov, 77), 15. Aslan Hüseynov (k), 22. Təyyar Məmmədov (70. Urfan İsmayılov, 70), 19. Ruslan Hacıyev (62. Əsədulla Heydərov, 90+2), 64. Sərxan Əhmədli, 66. Xəzər Mahmudov, 80. Fərid Mahmudov (81. Raul Həsənzadə, 80), 90. Xəlil Bəşirov, 42. Xəyal Bədirov (96. Murad Məmmədov, 54).
Ehtiyat oyunçu: 36. Hikmət Verdiyev.
Baş məşqçi: Siyasət Əsgərov.
Qollar: T.Əlizadə, 4 (1:0). T.Əlizadə, 55 (2:0). A.Quluzadə, 73 (3:0). A.Quluzadə, 75 (4:0). X.Bəşirov, 85 (4:1).
Vərəqə: R.Həsənzadə, 84 - sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Vüqar Bayramov, Səbuhi Soltanov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
16 aprel. Binə. Qəsəbə stadionu. 50 tamaşaçı.
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
158. Qaradağ Lökbatan - Ağsu 1:2 (1:0)
Qaradağ Lökbatan: 1. Fazil Hüseynov, 19. Rüfət Məmmədov (7. Bəhruz Teymurov, 72), 8. Aqşin Muxtaroğlu (k), 27. Emin Mehtiyev, 21. Emin Mirzəliyev, 22. Elçin Əliyev, 5. Xəyal Əmirli, 16. Osman Soltanov (3. Gülalı Mehrəliyev, 62), 77. Tunar Mütəllimov (4. Saleh Ağamalıyev, 87), 11. Rövşən Şahmuradov, 14. Niyazi Qasımzadə (9. Camal Camalov, 84).
Ehtiyat oyunçular: 12. Sərxan Osmanov, 90. Anar Məhərrəmov, 6. İlkin Abdullayev, 10. Tofiq Mikayılov, 15. Elşad Manafov, 18. Rəşadət Quliyev
Baş məşqçi: Elçin Dərgahquluyev.
Ağsu: 1. Ramil Kərimov, 4. Elçin Həşimov, 19. Ramil Əliyev (k), 3. Fərrux Rəhimov, 2. Ruslan Mirzalıyev, 17. Rəsul İbrahimov, 14. Nicat Əhmədov (8. Pilağa Mehtiyev, 46), 20. Nahid Zülfüqarov, 9. Ceyhun Rəcəbli, 21. Vüsal Mustafayev, 10. Fərid Həsənzadə (5. Kənan Əşrəfli, 89).
Ehtiyat oyunçular: 22. Maşallah Məmmədov, 7. Elnur Səmədov, 11. Qalib Əmrahov.
Məşqçi: Arif Rizvanov.
Qollar: E.Mehtiyev, 19 (1:0). P.Mehtiyev, 53-p. (1:1). N.Zülfüqarov, 78 (1:2).
A.Muxtaroğlu 75-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Vərəqələr: E.Həşimov, 2. E.Mehtiyev, 27. V.Mustafayev, 29. X.Əmirli, 41. R.Kərimov, 65. G.Mehrəliyev, 71. R.Mirzalıyev, 73. R.Şahmuradov, 77 - sarı. X.Əmirli, 64 - qırmızı (ikinci sarı).
Hakimlər: NAMİQ BƏKİROV, Nahid Əliyev, Ruslan Quliyev, Vüqar Həsənli.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
16 aprel. Lökbatan. Olimpiya Kompleksinin stadionu. 100 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
159. Kəpəz (Gəncə) – Sumqayıt-2 1:3 (1:0)
Kəpəz: 22. Ruzi Abdullayev, 80. Tural Rzayev (23. Ziyabil Məmmədov, 75), 4. Qaraxan Əliyev, 14. Fərid Məmmədov (13. Şöhrət Quliyev, 66), 7. Əli Səmədov (k), 21. Elcan Rəhimov, 19. Eltac Mirzəyev (11. Elgün Orucov, 60), 10. Ruslan Süleymanov, 20. Kənan Allahverdiyev (9. Talıb Rzayev, 88), 18. Fərid Bayramov, 17. Nicat Verdiyev (3. İsmayıl Məmmədov, 90+3).
Ehtiyat oyunçular: 1. Novruz Rəhimov, 8. Dieqo Qusmao, 27. Oqtay Məmmədov.
Baş məşqçi: Etibar İbrahimov.
Sumqayıt-2: 36. Süleyman Süleymanov, 44. Qvanzav Maqomedov (90. Elvin Nəsibov, 56), 23. Fərid Kərimzadə (19. Məhəmməd Alıyev, 73), 72. Emin Zamanov (k), 24. Kamran Nəsirov, 25. Baxşəli Baxşəliyev, 71. Qara Qarayev (20. Rüfət Abdullazadə, 65), 33. Ricat Qarayev, 27. İsmayıl Babayev, 29. Ülvi Əliyev, 6. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 31. Əli Kərimov, 11. Atilla Yıldırım, 28. Yusif Cəfərov.
Baş məşqçi: Elbrus Məmmədov.
Qollar: F.Məmmədov, 12 (1:0). F.Bayramov, 55-öz qapısına (1:1). B.Baxşəliyev, 76 (1:2). İ.Babayev, 84 (1:3).
Vərəqələr: E.Zamanov, 11. T.Rzayev, 45. Ə.Kərimov, 76. E.Rəhimov, 81 - sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Müslüm Əliyev, Elmin Süleymanov, Rəşad Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
17 aprel. Gəncə. Şəhər stadionu. 50 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
161. Neftçi-2 (Bakı) - MOİK (Bakı) 4:1 (2:1)
Neftçi-2: 91. Elnur Hüseynov, 20. Elnur Süleymanov (k), 32. Mirkamil Əliyev (37. Vüsal Əsgərov, 46), 44. Ülvi İbazadə (46. Tural Məmmərzəyev, 72), 97. Muxtar Əliyev, 47. Əsgər Hüseynov (45. Hüseyn Hüseynzadə, 59), 65. Xəyal Tomarov, 72. Əli Ağazadə (56. Elton Əlibəyli, 46), 41. Seymur Əliyev, 75. Nihad Qurbanlı, 80. İsmayıl Zülfüqarlı (39. Əlibəy Məmmədli, 54).
Ehtiyat oyunçular: 53. Fərman Bayramov, 87. Elcan Hafizli.
Baş məşqçi: Mahmud Qurbanov.
MOİK: 1. İsmayıl Muradov, 17. Yamin Ağakərimzadə (10. Orxan Həsənov, 62), 38. Mübarək Şahquliyev (k), 9. Raul Yaqubzadə, 3. Nicat Əskərov, 98. Ümid Şükürlü (42. İbrahim Qədirzadə, 46), 20. Abbas Ağazadə (70. Ceyhun Muxtarlı, 62), 6. Faiq Hacıyev, 79. Əli Sadıxov, 33. Fərid Nadirov (99. Bahadur Həziyev, 35), 13. Rəvan Babazadə (88. Cavidan Rəhimli, 46).
Ehtiyat oyunçular: 94. Fərid Ağayev, 4. Əli Əliyev, 12. Yunis Abbaslı, 14. İlqar Ələkbərov, 19. Vüsal Nağıyev, 22. İlkin Həsənli, 77. Fuad Məmmədzadə.
Baş məşqçi: Azər Bağırov.
Qollar: E.Süleymanov, 9 (1:0). E.Süleymanov, 12 (2:0). R.Yaqubzadə, 45+1-p. (2:1). E.Süleymanov, 62 (3:1). Ə.Məmmədli, 85 (4:1).
E.Süleymanov 9-cu dəqiqədə penaltidən yararlana bilməyib.
Vərəqə: M.Əliyev, 25 - sarı.
Hakimlər: RAUF ALLAHVERDİYEV, Eyyub İbrahimov, Elxan Əsgərzadə, Fərid Hacıyev.
Hakim-inspektor: Fariz Yusifov
AFFA nümayəndəsi: Asif Əliyev.
17 aprel. Bakı. ASK Arena. 100 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
1. MOİK 23 18 2 3 46-20 56
2. Sumqayıt-2 23 17 2 4 59-24 53
3. Neftçi-2 23 14 3 6 45-26 45
4. Zaqatala 22 12 6 4 39-23 42
5. Sabah-2 23 11 5 7 26-16 38
6. Keşlə-2 23 11 3 9 37-28 36
7. Qarabağ-2 22 11 3 8 39-25 36
8. Şüvəlan 23 9 7 7 28-24 34
9. Qaradağ Lökbatan 23 9 3 11 22-28 30
10. Səbail-2 23 6 2 15 30-54 20
11. Kəpəz 23 4 7 12 15-32 19
12. Turan Tovuz 23 5 1 17 22-44 16
13. Zirə-2 23 5 1 17 20-49 16
14. Ağsu 23 3 5 15 18-53 14
Bombardirlər: Raul Yaqubzadə (MOİK) – 21, Cavad Kazımov (Zaqatala) – 17, Elnur Süleymanov (Neftçi) – 13, İbrahim Əliyev (Sumqayıt-2) – 11.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turlarda "Səbail-2"yə, 10-cu turda "Zirə-2"yə, 14-cü turda isə “Keşlə-2” ilə “Kəpəz”ə texniki məğlubiyyət (0:3) verilib.
MİRAĞA