Sizin reklam burada

İsmayıllıda mükafatçılar müəyyənləşib

Title
İsmayıllıda mükafatçılar müəyyənləşib
Aprelin 18-19-da İsmayıllı rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” keçirilib. Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbinin idman zalında təşkil olunan yarışda 12 məktəbdən 105 şagird iştirak edib. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə pley-off mərhələsinin qarşılaşmaları və final oyunu keçirilib. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunan turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunub. İlk üç yeri tutan komandalar diplomlar və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. E.Məmmədov adına İsmayıllı şəhər 3 saylı məktəb-liseyin komandası 3-cü, Topçu kənd tam orta məktəbin təmsilçiləri 2-ci yeri tutub. Turnirin qalibi isə A.Aslanov adına 2 saylı tam orta məktəbin komandası olub. Ən yaxşı oyunçu A.Aslanov adına 2 saylı tam orta məktəbin şagirdi Səbinə Mursalzadə seçilib. Qeyd edək ki, layihənin əsas məqsədi gələcəkdə qızlar futzal liqasının, eləcə də qadınlardan ibarət yığmanın yaradılmasıdı. “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran, Qax və Gəncədə təşkil olunub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.