“Keşlə” son 5 oyundan dördünü ikinci hissədə uduzub
Tərlan Əhmədovun şübhəsində həqiqət payı var
“Qarabağ”a ağır məğlubiyyətdən sonra “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun dilinə gətirdikləri çoxlarının diqqətini çəkdi. Öncəki yenilgilərdən sonra psixoloji hazırlıqsızlığı ön plana çəkən təcrübəli çalışdırıcı bu dəfə günlərdi, həftələrdi içində gəzdirdiyi şübhəni hər kəsə çatdırdı. Sən demə, “Keşlə”nin futbolçuları qış fasiləsindən sonrakı görüşlərin ikinci hissəsində hansısa işlərlə məşğul olurlar.
Yox, Tərlan bəy bunu çılpaqlığı ilə söyləmədi. Hər halda, əlində konkret fakt yoxdu. Ona görə də kimisə nədəsə ittiham etmək cəsarətinə sahib deyil. Sadəcə, vaxtilə özü də top dalınca qaçdığı və 10 ilə yaxındı müxtəlif komandalarda məşqçi işlədiyi üçün futbolun incəliklərindən, başqa cür desək, hiyləgərliyindən xəbərdardı.
İndi bukmeker kontorları iştirakçılarına pul qazanmaq üçün hər cür şərait yaradıb. Oyundakı, hətta 45 dəqiqə ərzindəki aut, yaxud künc zərbəsinin sayını dəqiq tapan qoyduğu paranın bir neçə qat artığını əldə edə bilir. Bu mənada hissələr üzrə qol(lar) sayı üçün də mərcə girmək olur. Məsələn, “Keşlə” ilk yarıda qapısında top görməyəcək, fasilədən sonra rəqib filan qədər fərqlənəcək. Yaxud da ikinci 45 dəqiqədə filan qədər qol qeydə alınacaq. Qol sayını və hansı komandanın neçə dəfə fərqlənəcəyini düz tapanların kifayət qədər yaxşı vəsait əldə etmək şansı var.
Odu ki, Tərlan Əhmədovun şübhə dalğasına düşməsi boşuna deyil. Hətta klubun Müşahidə Şurasının rəhbəri Zaur Axundov da müsahibəsində eyni nöqtəyə vurmaqla baş məşqçi ilə həmfikir olduğunu gizlətmədi. Həqiqətənmi durum Əhmədovla Axundovun dediyi kimidi? Şübhələnməyə əsas varmı? Deyilənlər “sudan quru çıxmağa” hesablanıb, yoxsa futbolçular günah sahibidi? Qış fasiləsindən sonrakı 11 oyuna və rəqiblərin vurduqları qolların dəqiqələrinə nəzər salaq.
15-ci tur, Keşlə - Səbail 0:3 (14, 53, 60)
16- cı tur, Neftçi – Keşlə 2:0 (35, 68)
17-ci tur, Keşlə - Sumqayıt 2:1 (72)
18-ci tur, Qəbələ - Keşlə 0:0
19-cu tur, Keşlə - Qarabağ 0:1 (16)
20-ci tur, Keşlə - Sabah 3:0
21-ci tur, Zirə - Keşlə 2:0 (69, 79)
22-ci tur, Keşlə - Neftçi 0:1 (79)
23-cü tur, Sumqayıt – Keşlə 2:1 (4, 85)
24-cü tur, Keşlə - Qəbələ 1:2 (46, 65)
25- ci tur, Qarabağ – Keşlə 3:0 (18, 59, 75)
Rəqəmlərə diqqətlə nəzər salanda Əhmədovun iddiasında həqiqət payı görmək mümkündü. Qış fasiləsindən sonra 11 oyunun 2-də qələbə qazanıb, 1-də heç-heçə edən və 8-də uduzan “qırmızılar” rəqib qapılarına 7 dəfə yol tapıb, öz qapısından 17-ni buraxıb. Həmin 17 qoldan 5-i ilk hissəyə təsadüf edibsə, 12-si ikinci 45 dəqiqədə qeydə alınıb.
Xüsusən son turlardakı nəticələr açıq-aşkar diqqəti çəkir. “Zirə”ylə matçın ilk hissəsi qolsuz bəbarərliklə nəticələndiyi halda, rəqib fasilədən sonra keşləliləri 2 dəfə cəzalandırıb. “Neftçi”ylə qarşılaşmanın birinci 45 dəqiqəsində qol vurulmayıb, lakin sona yaxın Emin Mahmudov rəqibi cəzalandırıb. “Sumqayıt”la görüşün ilk hissəsinin yekununda da tərəflərdən heç biri üstün olmayıb – 1:1. Son dəqiqələrdə “kimyaçılar” lazım olan qolu vurub. Eyni ssenari “Qəbələ”ylə oyunda da davam edib. Komandalar fasiləyə yollananda tablodakı “0-lar” dəyişməz qalıb. Lakin ikinci 45 dəqiqədə bölgə təmsilçisi 2 qol vuraraq qalibiyyətə sevinib. Sonuncu turda, “Qarabağ”la dueldə bir qol ilk hissəyə təsadüf edibsə, daha 2 top fasilədən sonra vurulub.
Son 5 oyunda “Keşlə” qapısından 10 qol buraxıb ki, onlardan 8-i ikinci yarıda vurulub. Kimlərsə kontorlara pul qoyuluşu edir, “Keşlə”lilərin fasilədən sonra gücü tükənir, rəqib baş məşqçilər fasilədən sonra “qırmızılar”ın oyun üslubuna alternativ tapa bilir - əsl səbəb sadaladıqlarımızdan hansısa biridi, yoxsa tam başqa nəsə, bunu işin içində olanlar daha yaxşı bilər. Ümid edək ki, ən qısa zamanda qoxusu çıxacaq. Bizə isə Tərlan Əhmədova daha diqqətli və ayıq olmağı məsləhət görmək qalır. Komandanın içində naxələflər varsa, onları mən yox, məhz baş məşqçi müəyyənləşdirməlidi.
HƏBİB

Son xəbərlər

"Yuventus" futbolçusunu satdı

Super Liqada mövsümün püşkü atıldı

Premyer-liqa klubunda yeni müqavilə

Teymur Rəcəbov son görüşdə qələbə qazandı

"Çox çətin olacaq" - Qurban Qurbanov

"Trabzonspor" premyer-liqa klubundan futbolçu transfer etdi

“Neftçi”yə qarşı oynamaq mənim üçün asan deyildi" - Rəhman Hacıyev

"Marsel"in yeni baş məşqçisi məlum oldu

"Lex" "Qarabağ" kimi komandalardan qorxmamalıdı" - Jezniçak

Dadaşov "Vulverhempton"la məşqlərə başladı

"Burada yaxşı qollar vurmuşam" - Ağabala Ramazanov

"Qəbələ"nin rəqibi "Real Sosyedad"ın futbolçusunu heyətinə qatdı

"Barselona"növbəti transferini açıqladı

Elmar Baxşıyev “Fehervar”la bağlı ətraflı bilgiyə malik deyil - MÜSAHİBƏ

Kataloniyalılar La Liqaya ...itlə gəlir

Bu məqam "Qarabağ"ın oyununa gələn azarkeşlərin sayına təsir edə bilər? - AÇIQLAMA

Elnur Allahverdiyev: "Qarabağ”ın olduğu yerdə “Neftçi”nin ikinci pillədə qərarlaşması yaxşıdı” - MÜSAHİBƏ

"İndi daha güclüyük" - "Lex"in kapitanı

"Çempionlar Liqasında zəif məşqçi yoxdu" - "Lex"in baş məşqçisi

Ten Haq Ferqyusonun yolu ilə gedir

Tofiq Bəhramovun ruhu şad oldumu? - KÖŞƏ

"Zirə"də növbəti ayrılıq

Həvəskarlar arasında turnir keçirilir

"Neftçi" daha bir israilli futbolçunu transfer edir - İDDİA

Premyer-liqa klubu qazax və avstriyalı futbolçunu baxışa dəvət edib - ÖZƏL

"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Sumqayıt" yeni transferinin müqaviləsinin detallarını açıqladı

"İdman saytları olduqca fəaldırlar" - MEDİA-nın icraçı direktoru

Emil Balayevin Qazaxıstan macərası alınmadı

Daha bir rumın mütəxəssis Azərbaycana gəldi

AFFA "Zirə"nin şikayətini təmin etmədi

Çempionlar Liqasında Azərbaycan təmsilçisi bu klubla qarşılaşmayacaq

"Neftçi" gürcüstanlı müdafiəçinin müqaviləsinin detallarını açıqladı

Bu futbolçu "Sumqayıt"ın tarixinə düşdü

"Feyenoord"un sabiq üzvü Azərbaycan klubunun hədəfində

Millimiz Belarusda hazırlıq keçəcək

Azərbaycan klubu məşqə çıxan futbolçular üçün qurban kəsdi - VİDEO

"Qarabağ"ın oyununda anşlaq olacaq

"Kəpəz" Bakıda məsələlərə başladı

Gürcüstan millisinin üzvü rəsmən "Neftçi"də

Yığmalarımızın rəqibləri bilindi

Ceyhun Haşımov: “10 il əvvəl gənc hakimlərlə dil tapmaq daha asan idi” - LAYİHƏ

Yeni FIFA prezidenti bu tarixdə seçiləcək

Maldininin aqibəti müəyyənləşdi

"Sumqayıt" bu futbolçunu yola saldı, yerinə portuqaliyalı gətirir

Bütün xəbərlər