
Ölkə futbolu
620
23.04.2019, 13:45
Yığma U-21-lə yoldaşlıq oyunu keçirəcək
İyunun əvvəlində həm əsas yığma, həm də U-21 seçmə mərhələ oyununa çıxacaq. Nikola Yurçeviçin yetirmələri evdə Macarıstan və Slovakiya ilə, Milan Obradoviçin komandası isə səfərdə Lixtenşteynlə qarşılaşacaq. AFFA əsas yığma üçün iyunun əvvəlində sınaqçı-rəqib axtarırdı. Əldə etdiyimiz məlumata görə, axtarış bəhrə verməyib. Nəticədə qərara alınıb ki, yığma həmin vaxt toplanışda olan U-21-lə yoldaşlıq görüşü keçirsin.