Həftəsonu futzal üzrə birinci liqada 26-cı turun oyunları keçirilib. “Olimpik Star”da baş tutan turun açılış matçında “Metropoliten” ADBTİA ilə qarşılaşıb. Oyunun birinci hissəsi gərginliyi ilə yadda qalıb. “Metropoliten”in qoluna “idmançı tələbələr” 10-cu dəqiqədə cavab verib. Bununla belə, ikinci hissədə rəqibə şans verməyən ADBTİA daha 5 qol vuraraq fərqli qələbə qazanıb. “Baku Fans” – “Green Log” oyunu da maraqlı keçib. Bu dəfə də komandalar fasiləyə 1:1 hesablı bərabərliklə yollanıb. İkinci hissədə isə “Green Log” 2 qol vurub və qələbəni təmin edib. Günə turnir cədvəlinin son pilləsində məskunlaşan “Sovetski” və orta pillələrdə mövqe tutan “Zəngilan”ın dueli ilə yekun vurulub. Geniş heyətə malik “Zəngilan” minimal hesabla olsa da, üstünlük əldə edərək növbəti qələbəsini hesabına yazdırıb.
Turun ikinci oyun günündə 3 görüş keçirilib. Belə ki, “Abşeron” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə “Baku Fire” ilə duel baş tutmayıb. Oyunun nəticəsi ilə bağlı qərarı İntizam Komitəsi verəcək. Belədə günün ilk oyununda “Füzuli”, ardınca isə “Standard” böyükhesablı qələbə qazanıb. Tura “Yasamal MFK–2” – AZMİU dueli ilə yekun vurulub. Oyunda “tələbələr” sevinən tərəf olub. Bu turda oynamadan 3 xalı U-19 qazanıb.
Metropoliten – ADBTİA 1:6
Baku Fans – Green Log 1:3
Sovetski – Zəngilan 3:4
Ulduz – Füzuli 1:9
Çinar Cəbrayıl – Standard 2:12
Yasamal MFK-2 – AZMİU 2:4
Baku Fire – Abşeron (oyun baş tutmayıb)
Sabunçu – U-19 -:+
1. Baku Fire 25 24 1 0 191-42 73
2. Standard 26 24 0 2 233-70 72
3. ADBTİA 26 23 1 2 218-34 70
4. Green Log 26 17 2 7 142-80 53
5. AZMİU 26 16 2 8 140-82 50
6. Zəngilan 26 14 3 9 123-92 45
7. Baku Fans 25 14 2 9 117-83 44
8. U-19 25 13 2 10 167-66 41
9. Yasamal MFK-2 26 11 2 13 127-133 35
10. Metropoliten 26 11 2 13 128-169 35
11. Füzuli 26 7 3 16 82-161 24
12. Ulduz 26 5 1 20 109-165 16
13. Çinar Cəbrayıl 26 4 2 20 78-201 14
14. Abşeron 25 4 1 20 82-224 13
15. Sabunçu 26 3 2 21 48-195 11
16. Sovetski 26 2 2 22 65-235 8
Bombardirlər: Emin Cəbrayılov (ADBTİA) – 66, Balazair Əsədullayev (Metropoliten) – 60, Samir Həsənov (Standard) – 55.