Sizin reklam burada

Qəlyan çəkdi və utanmadı

Title
Qəlyan çəkdi və utanmadı
Azərbaycan Futzal Federasiyası yığma üzvü, EKOL-un oyunçusu Ramiz Çovdarova qəlyan çəkdiyi vəziyyətdə şəklini sosial şəbəkədə paylaşdığına görə xəbardarlıq edəcək. Bu haqda peport.az saytına federasiyanın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib. Qurumun rəsmisi bildirib ki, belə şəkilləri ictimailəşdirməsinin etiketə uyğun olmadığını 29 yaşlı hücumçunun diqqətinə çatdıracaqlar. O, fotonun millinin toplanışı vaxtı çəkilmədiyini də əlavə edib: "Sosial şəbəkə profili şəxsidi, dəyişib-dəyişməyəcəyi öz işidi. Həm də bu foto millinin toplanışı, oyunu ərəfəsində çəkilməyib. Toplanış zamanı futzalçılar gündəlik rejimə ciddi əməl edirlər".
EKOL-un rəisi Məzahir İsgəndərov isə deyib ki, qəlyanla foto Çovdarov "Araz"da çıxış etdiyi vaxt çəkilib: "Bu şəkil sosial şəbəkəyə 2017-ci ildə qoyulub. Həmin vaxt isə o, bizim komandada olmayıb. Çovdarov təxminən 4-5 ay əvvəl EKOL-a keçib. Onu köhnə şəklinə görə cəzalandıra bilmərik. Bizim üçün futzalçının hazırkı vəziyyəti və həyat tərzi maraqlıdı".
İsgəndərov belə halları yaxşı qarşılamadıqlarını və iclaslarda bu yöndə danışdıqlarını əlavə edib. Öz növbəsində Çovdarov da adı çəkilən sayta açıqlamasında bunları deyib: "Qəlyan çəkən deyiləm, kimdənsə də qorxmuram. Sadəcə, şəkil olsun deyə sosial şəbəkəyə qoymuşam. Qorxsaydım, heç o şəkli paylaşmazdım. Məni tanıyan hər kəs bilir ki, qəlyan çəkmirəm".
Futzalçı birmənalı qarşılanmadığını gördükdən sonra profil fotosunu yeniləyib. Lakin o, qəlyanla şəklini başqa şəkilləri arasında saxlayıb. Qeyd edək ki, Ramiz Çovdarov qəlyanla forosunu fevralın 27-də sosial şəbəkədə profil şəkli edib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.