“Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər...
“Qəbələ” ilə səfər matçı həlledici olacaq
Premyer-liqanın 24-cü turuna qədər turnir cədvəlinə başçılıq edən “Neftçi” artıq sıralamada ikincidi. “Qarabağ” “Sabah”ı darmadağın (3:0) etdisə, “ağ-qaralar” “Səbail”in müqavimətini qıra bilmədi. Özü də Roberto Bordinin yetirmələri 81-ci dəqiqəyə kimi hesabda öndə idi. Lakin “dənizçilər”in 5 dəqiqəyə sığan iki qolu flaqmana şok yaşatdı. Düzdü, “Neftçi” son saniyələrdə vurduğu qolla məğlubiyyətdən xilas ola bildi. Ancaq xal itkisi uzun müddətdən sonra “ağ-qaralar”ı “taxtdan saldı”. Bunun sona 4 tur qalmış baş verməsi isə çempionluq haqda müzakirələrə ciddi təsir etdi. Təbii, liderliyin əldən verilməsi qızıl medal şansının da kifayət qədər azalması deməkdi. Bundan başqa, qarşıdakı turlarda “köhlən atlar”ı daha rahat qrafik gözləyir. Düzdü, futbolda hər şey ola bilər və bu idman növü dəfələlərlə proqnozları, statistikanın hökmünü alts-üst edib. Amma reallığı nəzərə alanda “Qarabağ” daha şanslı görünür. Onu da qeyd edək ki, vaxtilə bu komandalar arasında kifayət qədər xal fərqi var idi. Əksəriyyət həmin məsafənin “əriməsində” Bordinin səhvlərini həlledici sayır. Bəs görəsən, futbol ictimaiyyəti bütün bunlar haqda nə düşünür? Onlar hansı komandanı daha şanslı sayır? “Neftçi” üçün artıq “qatarın getdiyi” fikrində olan varmı? Yoxsa qızıl medalın taleyi məhz son turda – bu komandaların öz aralarındakı oyunda həll olunacaq?
Rəşad Ergün (komanda.az saytının baş redaktoru): “Futbolda heç vaxt yüzfaizlik proqnoz vermək olmur. Ona görə də "Neftçi" üçün qatar getdi" demək düz olmaz. Amma əlbəttə, "ağ-qaralar" işini çox çətinləşdirdi. Qalan turlara baxanda da "Neftçi"ni daha çətin oyunların gözlədiyi görünür. Elə növbəti turda "Sabah"la qarşılaşma var. "Qarabağ" isə autsayder "Keşlə"ni qəbul edəcək. "Neftçi" üçün son iki tur daha çətindi: "Qəbələ" ilə səfər oyunu və "Qarabağ"la görüş. İndi "ağ-qaralar"ın etməli olduğu bir şey var - son tura kimi xal itirməmək. Son turda "Qarabağ"ı məğlub edib, çempion olmaq mümkündü. Yəni hələ ki hər şey "Neftçi"nin öz əlindədi. "Qarabağ"ı uda biləcək, ya yox - bu artıq başqa mövzudu. Komandanın geri düşməsinin günahkarına gəlincə, Roberto Bordin yeni gələndə "Neftçi" Avroliqada "Uypeşt"ə biabırçı hesabla uduzub, mübarizəni dayandırmışdı. Onda heç kim Bordini günahlandırmadı, yeni idi, komandanı tanımırdı. Amma artıq bu komanda Bordinin öz komandasıdı, öz transferləridi. Deməli, bütün məsuliyyət də onun üzərindədi. "Neftçi" Qəbələ səfərində büdrəməsə, "Qarabağ"la çempionluq oyununa çıxa bilər. Yəqin çoxumuzun arzuladığı ssenari də budu - hər şeyə son turda aydınlıq gəlməsi”.
Saşa Yunisoğlu (sabiq yığma üzvü): “Düşünürəm ki, çempionluğun taleyi son turda bəlli olacaq. Çünki “Neftçi” yaxşı oyun sərgiləyir. O başqa məsələ ki, “Qarabağ” təcrübəlidi, neçə ildi ardıcıl çempion olurlar. Onlar hər addımı atanda nə istədiklərini, necə oynamalı olduqlarını bilirlər. Bunun da nəticəsi kimi 5 dəfə ardıcıl qızıl medallara yiyələniblər. Bu il isə sevindirici haldı ki, nəhayət, “Qarabağ”ın rəqibi var. Ona görə də cari mövsüm maraqlı keçir. Çox sevinirəm ki, “Qarabağ”ın rəqibi məhz “Neftçi”di. Çünki “Neftçi” ölkə futbolunun flaqmanıdı. Bu komanda ilə vaxtilə tarix yazmışıq. Ona görə də “Neftçi” adına çox sevinirəm. “Ağ-qaralar” yalnız əzmkarlıq və istək sayəsində çempion ola bilər. Meydanda da görünür ki, flaqman çox istəklidi. Bu onlara son oyunda da kömək edə bilər. Dünən (srağagün) biz çox gözəl bir oyunun şahidi olduq. “Səbail” – “Neftçi” qarşılaşmasını nəzərdə tuturam. Əvvəl “ağ-qaralar” hesabda önə keçdi, sonra “Səbail” vəziyyəti xeyrinə dəyişdi, son saniyələrdə yenidən hesab bərabərləşdi. “Səbail”i də təbrik etmək istəyirəm, çox gözəl oyun göstərdi və elə-belə komanda olmadığını sübut etdi. Bu xal itkisinə baxmayaraq, intriqanın son tura qədər daşınacağını düşünürəm. Razıyam, “Neftçi”nin çətin Qəbələ səfəri var. “Qəbələ” də sıradan bir rəqib deyil. Baxmayaraq ki, hazırda bu klubda bəzi proseslər gedir, Tale Heydərov da prezidentlik postundan ayrıldı. Lakin bütün bunlara baxmayaraq, “qırmızı-qaralar” da üçüncülük uğrunda mübarizə aparır. Bu şans üçün sona qədər vuruşacaqlar və “Neftçi”yə asan təslim olmayacaqlar. Ancaq flaqman çempion olmaq istəyirsə, “Qəbələ”ni məğlub etməlidi. Başqa variant yoxdu. Dediyim kimi, “Qarabağ” təcrübəli komandadı və son tura qədər xal itərəcəyinə inanmıram... Açığı, kənardan “Bordinin səhvləri olub” demək asandı. Məsələn, “Səbail”lə oyunda 5-ci müdafiəçini meydana buraxdı və düşündü ki, nəticəni qoruyub saxlasın. Ancaq oyun əldən getdi və hətta az qala uduzacaqdı. Qıraqdan nəsə demək çox asandı. Lakin biz komandadakı vəziyyəti və Bordinin nələr fikirləşdiyini dəqiq bilmirik. Təcrübəli məşqçidi, “Şerif”i bir neçə dəfə çempion edib. O, nə etdiyini yaxşı bilir. Ona görə də Bordinin işi haqda nəsə demək çətindi. Ümumiyyətlə, bu il kənardan görünən mənzərə budu ki, “Neftçi”də hamı öz işini yaxşı bilir və görür. Əlbəttə, o da qalib gəlmək istəyirdi. Ancaq səhv varsa, belə alındı və bu futboldu. Bu xal itkisinə baxmayaraq, yenə də hər şeyin son oyunda həll olunacağı fikrindəyəm. Bu, Azərbaycan futbolu və azarkeşləri üçün maraqlı bir məqamdı. Sanki “qızıl oyun” olacaq. Şəxsən mən həmin qarşılaşmanı səbirsizliklə gözləyirəm. Fikrimcə, 2 xallıq fərq hər şeyin həll olunması demək deyil”.
FARİZ

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər