Çimərlik futbolu yığmasının Bakıda seleksiya xarakterli təlim-məşq toplanışı başlayıb. Yığma hazırlıq çərçivəsində bu gün, həmçinn aprelin 18-i və 20-də Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydanında Ukrayna ilə yoxlama oyunu keçirəcək. Toplanışa dəvət alan futbolçuların siyahısı belədi: Vaqif Şirinbəyov, Elçin Qasımov, Rüfət Məmmədov, Comərd Baxşəliyev, Elgiz Kərəmli, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Elşad Manafov, İlkin Hacıyev, Rafiq Kərimov, Ruslan Poladov.