Sizin reklam burada

Birinci diviziondan neçə klub lisenziya üçün müraciət edib?

Baxış Sayı:520

Birinci diviziondan neçə klub lisenziya üçün müraciət edib?
Sərxan Hacıyev: “Mövsüm ərzində real və qaydasında sənəd təqdim edənlərin sayı çox azdı”
Mövsüm sona yaxınlaşdıqca birinci divizionla bağlı da müzakirələr artır. Söhbət təkcə hansı komandanın çempion olacağı ilə bağlı proqnozlardan getmir. Məlum olduğu kimi, bizdə heç də hər zaman birinci yeri tutan komanda elitaya yüksəlmir. Kim lisenziya tələblərinə cavab verirsə, o da güclülər dəstəsinə vəsiqə qazanır. Elə son illərdə elitaya yüksələn “Səbail” və “Sabah” da məhz dediyimiz “qrafik” üzrə hərəkət edib. Daha öncə isə “Kəpəz”, “Sumqayıt” nümunələri var. Doğrudu, bu, idman prinsiplərinin pozulmasıdı. Ancaq digər tərəfdən, hansısa klub şərtlərə cavab vermədiyi halda premyer-liqaya buraxılarsa, bu da Əsasnaməyə ziddi.
Bəs görəsən, bu mövsüm hansı komanda elitaya yüksəlmək sevincini yaşayacaq? Bunun üçün isə yuxarıda da qeyd etdiyimiz kimi, ilk növbədə həmin klub lisenziya şərtlərinə cavab verməlidi. Sənədlərin qəbul prosesi martın 31-də başa çatdı. Odu ki, AFFA-nın Lisenziya Qrupunun rəhbəri Sərxan Hacıyevlə danışmaq qərarına gəldik: “Hazırda lisenziya üçün müraciət göndərmiş bütün klubların - premyer-liqa və 1-ci divizion - sənədlərinin yoxlama proseduru gedir. Sənədlərin təqdim olunması ilə bağlı son tarixlər artıq bitib və sənəd qəbulu dayandırılıb. Hazırda ancaq yoxlama mərhələsidi. Bu mərhələ həssas olduğundan və tam məxfiliyin qorunmasına ehtiyac duyulduğundan prosedurla bağlı konkret məlumat verə bilmirik. Bu günə olan məlumata əsasən klubların göndərdiyi sənədlərdə hələlik ciddi nöqsanlar aşkar olunmayıb. Birinci divizion klublarının hamısı lisenziya mövsümü açıq elan olunandan sonra lisenziya üçün müraciət etmişdi. Lakin mövsüm ərzində real və qaydasında sənəd təqdim edən klubların sayı çox azdı. Məxfiliyin qorunmasını nəzərə alaraq, hazırda bu məsələ ilə bağlı əlavə məlumat verə bilmirik. Bildiyiniz kimi, mayın ilk 15 günlüyündə Lisenziyalaşdırma Komissiyasının iclası olacaq. Həmin toplantıda son qərar qəbul olunacaq. Məhz həmin iclas üçün müvafiq qaydada sənədlər hazırlanır”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR