Sizin reklam burada

Region Liqasında yarımfinalların vaxtı və yeri məlum oldu

Title
Region Liqasında yarımfinalların vaxtı və yeri məlum oldu
Final qarşılaşması “ASCO Arena”da keçiriləcək
Region Liqası həlledici mərhələyə yaxınlaşıb. İkinci pley-off matçlarından sonra yarımfinala vəsiqə qazanan komandaların hansılar olduğunu ötən saylarımızın birində xəbər vermişdik. Bir daha xatırladaq ki, xoşbəxt “dördlük”də liqanın debatüntı “FC Baku”, ötən mövsümün çempionu “Uğur”, Naxçıvan Muxtar Respublikasının daxili çempionatının qızıl mükafatçısı “Araz Naxçıvan” və ölkənin ən köklü klublarından biri sayılan “Şahdağ” yer alıb. Onu da qeyd edək ki, “dördlər finalı” yolunda debütant “Füzuli”ni, sumqayıtlılar “Energetik”i, Qusar təmsilçisi isə “Şirvan”ı mübarizədən kənarlaşdırıb.
Ötən gün Region Liqası üzrə İşçi Qrupun toplantısı keçirilib. Görüşdə yarımfinal və final qarşılaşmasının vaxtı ilə yanaşı, oyunların baş tutacağı məkanlar barədə müzakirələr aparılıb. İşçi Qrupun üzvü, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevdən aldığımız bigiyə görə, yarımfinal görüşləri aprelin 22-də baş tutacaq. Əvvəlcədən xəbər verdiyimiz kimi, “FC Baku” – “Şahdağ”ın oyunu neytral meydanda, Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. “Uğur” – “Araz Naxçıvan” matçı isə paytaxtdakı arenaların birində baş tutacaq. Finalın hansı tarixdə keçiriləcəyi hələ məlum olmasa da, Vəliyev liqanın həlledici qarşılaşmasının böyük ehtimalla aprelin 26-da Bayıldakı “ASCO Arena” da təşkil olunacağını bildirdi.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.