Sizin reklam burada

Yurçeviçə premyer-liqamız lazım deyil!

Title
Yurçeviçə premyer-liqamız lazım deyil!
Xorvat ölkəsində istirahət edir
Premyer-liqanın 4-cü dövrəsinin startında "Zirə" - "Səbail" oyununu izləyənlər arasında yığmanın baş məşqçisi Nikola Yurçeviç də var idi. Onu VİP-də görəndə xeyli sevinmişdik. Düşündük ki, artıq Slovakiya və Macarıstanla oyunlara qədər xorvat mütəxəssis premyer-liqa oyunlarını maksimum şəkildə izləyəcək. Hər halda, AFFA Avropa çempionatının final mərhələsini hədəf seçibsə və baş məşqçiyə köməkçiləri ilə birgə ilinə 1 milyon verirsə, deməli, mütəxəssis Bakıda "kök salmalıdı". Amma 23-cü turun oyunlarında yığmanın çalışdırıcısı gözümüzə dəymədi. Odu ki, onun Bakıda olub-olmadığını federasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan öyrəndik.
Məlum oldu ki, Yurçeviç vətəninə gedib və aprelin 20-də qayıdacaq. Bu isə o deməkdi ki, ötən tur da daxil olmaqla xorvatiyalı 3 turun oyunlarını izləməyəcək. Çempionatın həlledici mərhələsində belə yanaşma futbolumuza biganəlikdən, hörmətsizlikdən başqa bir şey deyil. Görünür, AFFA onun qarşısına "burda yaşamalısan" tələbini qoymayıb və ya müqaviləsinə belə bir bənd salmayıb. Əks halda, Yurçeviçin mövsümün həlledici hissəsində Zaqrebdə nə işi vardı? Məlum məsələdi ki, Slovakiya və Macarıstanla oyunlarda bizim turnir hədəfimiz bəlli olacaq. Bu matçlardan öncə baş məşqçinin vətəninə üz tutması isə heç bir məntiqə sığmır. Belə çıxır ki, Yurçeviçə premyer-liqamız lazım deyil!
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.