İkisi “Qarabağ” dedi, biri ehtiyatlı danışdı
Yunis Hüseynov: “İstəyirəm “Neftçi” çempion olsun, ancaq “Qarabağ”ın şansını daha yüksək qiymətləndirirəm”
Aslan Kərimov: “Qarabağ”ın oyununda rəngarənglik də artıb”
Ağasəlim Mircavadov: “Şanslar 50-nin 50-yə nisbətindədi”

Artıq neçə illərdi ki, futbol ictimaiyyəti, azarkeşlər premyer-liqada çempionluq yolunda belə gərgin mübarizəyə şahidlik etmirdilər. Mövsümün sonuna 5 tur qalmasına baxmayaraq, hələ də bilinmir ki, qızıl medallar kimə qismət olacaq. “Neftçi” ilə “Qarabağ” arasında türklər demişkən, “qıran-qırana” mübarizə gedir. İndi hamını bir sual düşündürür: mayın 11-də qızıl medalları boynundan hansı klubun futbolçuları asacaq, hansı “cəbhə”nin azarkeşləri komandasına Çempionlar Liqasında azarkeşlik edəcək? Bu sual ətrafında qızğın mübahisələr getdiyi vaxtda mütəxəssis rəyini bilmək də maraqlı olardı. Bu üzdən onlarla danışmağı lazım bildik.
Öncə “Neftçi”nin veteranı Yunis Hüseynovla əlaqə saxladıq: “Çox maraqlı, iki komanda arasında yaşanan gərgin mübarizəyə şahidlik edirik. Əslində mən istərdim ki, çempion “Neftçi” olsun. Çünki 15 il o komandanın şərəfini qorumuşam, 9 il kapitan sarğısını qolumda gəzdirmişəm. Yunis Hüseynovu da futbolsevərlərə tanıtdıran və sevdirən məhz “Neftçi” olub. Ancaq istək, arzu başqa, real durum başqadı. Bir dəfə bu haqda saytların birinə açıqlama vermişdim. Ancaq bəziləri fikirlərimi düzgün başa düşməmişdi. “Qarabağ” artıq neçə illərdi ardıcıl çempion olur. Qurban Qurbanovun sərəncamında oturuşmuş, bir-birini çox gözəl başa düşən heyət var. Çempionluq yolunda da təcrübələri əsas rəqibləri ilə müqayisədə daha çoxdu. Bundan əlavə ağdamlıların üzərində təzyiq də yoxdu. Mövsümün sonunda qızıl medallara sahib çıxmasalar, heç kim buna görə onları qınamayacaq. “Neftçi”də isə durum fərqlidi. Komanda xeyli vaxtdı çempion ola bilmir. Hazırda bunun üçün real zəmin var. Lakin məsələ ondadı ki, bu məqam özü “Neftçi”yə əlavə problem yaradır. “Qarabağ”la qarşılaşmaya qədər komanda hansısa oyunda xal itirsə, futbolçularda belə fikir yaranacaq ki, artıq çempionluq əldən getdi. Ona görə də hər görüşə bakılılar təzyiq altında çıxmağa məcburdular. İndi əsas odu ki, heç nəyi düşünmədən hər oyuna istəkli çıxıb qələbə qazanmaq lazımdı. Söylədikılərimi ümumiləşdirsək, belə deyərdim: istəyirəm “Neftçi” çempion olsun, ancaq “Qarabağ”ın şansını daha yüksək qiymətləndirirəm”.
“Qarabağ”ın veteranı Aslan Kərimov birmənalı şəkildə sabiq komandasının mövsümün sonunda qızl medallara sahib çıxacağını bildirdi və dediklərini də əsaslandırmağa çalışdı: “Əslində mən hələ mövsümün əvvəlində “Qarabağ”ın çempion olacağını vurğulamışdım. Ancaq komandanın avrokuboklarda mübarizə aparması bir qədər premyer-liqadakı şıxışına təsir göstərdi. Qış fasiləsindən sonra da “Qarabağ”ın oyununda bir qədər eniş yaşandığını da gördük. Qurban Qurbanovun yetirmələri qalib gəldikləri görüşlərdə də bir o qədər yaxşı təsir bağışlamırdılar. Ağdam təmsilçisinin oyun sistemi hamıya bəllidi. Onlar topu özlərində daha çox saxlamağa üstünlük verirlər. Ancaq üçüncü dövrədə bu da “Qarabağ”da istənilən səviyyədə alınmırdı. Son qarşılaşmalarda isə fərqli komanda gördük. İstər “Sumqayıt”, istərsə də “Qəbələ” ilə oyunda meydanda daha sürətli və daha istəkli kollektiv var idi. “Qarabağ”ın oyununda rəngarənglik də artıb. Əvvəlki görüşlərdə əks-hücuma çıxan zaman da futbolçular topu özündə çox saxlayır, rəqibə geri çəkilməyə imkan verirdi. Lakin son iki görüşdə kəskin əks-hücumlara da şahidlik etdik. Bundan başqa, Qurban bəyin komandası heyət baxımından da “Neftçi”dən üstündü. Ehtiyat oyunçular skamyası ağdamlılarda daha geniş olduğundan, Qurban bəy hər an meydana oyunun taleyini həll edə biləcək futbolçu buraxa bilər. Məncə, “Qarabağ” mövsümü çempion kimi başa vuracaq”.
Vaxtilə hər iki komandanın “sükanı arxasında” olmuş Ağasəlim Mircavadov isə bir qədər ehtiyatlı açıqlama ilə yadda qaldı: “İndiki durumda nəsə demək, hansısa komandanın çempionluq şanslarını daha yüksək qiymətləndirmək mümkün deyil. Onlar bir-biri ilə qarşılaşana qədər daha 4 oyun keçirməlidilər. Bu qarşılaşmalarda isə hər şey ola bilər. Bu gün premyer-liqada istənilən komanda sürpriz etməyə qadirdi. Ona görə də ola bilsin, qarşıdakı turlarda həm “Neftçi”, həm də “Qarabağ” xal itirsin. Xal itkisi çempionluq yolunda ağır zərbə ola bilər. Fikrimcə, şanslar 50-nin 50-yədi”.
RƏŞAD

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər