Qızıl medal haqda sual azarkeşləri qarşı-qarşıya qoydu
“Neftçi” futbol oynayanda “Qarabağ” qənddandan qənd oğurlayırdı”
Mövsüm sona yaxınlaşdıqca həyəcan da artır. Çünki çempionatla bağlı ən əsas suala aydınlıq gəlməyib. Söhbət qızıl medalların kimə qismət olacağından gedir. Məlum olduğu kimi, hazırda eyni xala malik “Neftçi” ilə “Qarabağ” şərlikli liderliyini sürdürür. Bu gedişlə sona qədər intriqanın davam edəcəyi real görünür. Maraqlıdı ki, son turda məhz bu rəqiblər qarşı-qarşıya gələcək. Həmin oyuna qədər komandalar arasındakı xal fərqi 3-dən çox olmasa, hər şey mayın 11-də, “Bakcell Arena”dakı dueldə bəlli olacaq. Bir sözlə, əzəli rəqiblərin cari mövsümdə mübarizəsi olduqca gərgin alındı və bütün bunlar çempionluq uğrunda gedən rəqabətə əlavə rəng qatdı. Özü də son illərdə ilk dəfə bunun baş verməsi premyer-liqaya marağı artırıb. Halbuki son illərdə bu ərəfədə çempionluqla bağlı suala böyük ölçüdə aydınlıq gəlirdi.
Artıq xeyli müddətdi ki, kimin çempion olacağı ilə bağlı müzakirələr səngimək bilmir. Əksinə, finişə yaxınlaşdıqca bu yöndə aparılan fikir mübadiləsi daha da qızışır. Bəzən müzakirlər mübahisələrə səbəb olur. Xüsusən bu komandalara könül verənlərin qarşılıqlı “atışması” maraq doğurur. Təbii ki, etik çərçivədə. Odu ki, tez-tez sosial şəbəkələrə baş çəkib, çempionata rəng qatan, hər kəsin diqqətini özünə cəlb etməyi bacaran mübarizə ilə bağlı fikirləri gözdən keçiririk.
Görünür, PFL-in özü üçün də bu cür qızğın mübarizənin getməsi arzuolunan haldı. Bunu da anlamaq mümkündü. Çünki bu durumda çempionata maraq artır, azarkeşlərin diqqəti bu yarışa yönəlir. Üstəlik, bu, qarşıdakı avrokubok mövsümü üçün də müsbət məqamdı. Təşkilatçı qurumun “feysbuk” səhifəsində premyer-liqanın turnir cədvəlinin şəkli yerləşdirilib və “Neftçi”, yoxsa “Qarabağ” sualı verilib. Hər iki klubun azarkeşləri isə şərh bölməsində öz komandasının şanslı olduğunu qeyd edib. Maraqlı rəylərin bəzilərini diqqətinizə çatdıraq. Etikadan kənar ifadələri isə qəzet səhifəsinə çıxara bilməzdik. Bu üzdən həmin məqamı nəzərə alaraq, “Neftçi”, yoxsa “Qarabağ” sualına verilən maraqlı cavabları seçdik.
Vüsal İsmayıl: “Neftçi”! Atınızı kişnədə-kişnədə çempion olacağıq!
Gushnar Kerimov: “Qarabağ” artıq düz-əməlli oyun göstərə bilmir, elə eyni stildə oynayır, yenilik yoxdu. Get qabağa, at arxaya, özün özünlə oyna, rəqib səhv eləsə, imkan tapa bilsən, vur qapıya, vura bilsən. Amma nəbadə topu itirəsən. Bu oyun deyil.
Emin Seydov: Bakının yeganə sahibi NEFTÇİ...
Sahil İbrahim: Liqa başlayandan bəri birincilik üzü görməyibsiz, görməyəcəksiz də! NEFTÇİ çempion!!!
Nahid Seyidov: Əzəldən necə olubsa, indi də elə, yəni “Neftçi”.
Behruz Murad: 9-a doğru! Forza Neftçi!
Gushnar Kerimov: “Neftçi” futbol oynayanda “Qarabağ” qənddandan qənd oğurlayırdı.
Mmdv Svln: 11 mayda qırğın olacaq!
Sayavus Aliyev: Finala qədər QARABAĞ “Neftçi”dən ən azı 4-5 xal qabaqda olacaq, inşallah.
Ucal Sadigli: “Neftçi”, yoxsa “Qarabağ”? “Qarabağ”!
Ulvi S Mammadov: Əlbəttə, QARABAĞ! Azərbaycanda çempionluğa layiq yeganə komanda.
Ziya Mikayilov: “Səbail” “Neftçi”ni büdrədəcək...
Kamran Aliyev: Hakimbağ!
FARİZ hazırladı

Son xəbərlər

"Barselona" uduzdu, "Bavariya" və "Napoli"dən darmadağın

“Napoli” ona görə növbəti cəhdə əl atmayacaq

Dünya çempionatını buraxa bilər

Emin Mahmudov: "Böyük məbləğdə mükafat almamışıq" - VİDEO

“Mançester Siti”də yeni müqavilə

“Neftçi”yə lazım olmadı, 6 ölkədən təklif aldı – AÇIQLAMA

Klopp niyə qayğılıdı?

“Milan”ın oyunçusu üçün il erkən sona çatdı

“Turan Tovuz” bu problemə çarə tapa bilmir - AÇIQLAMA

Yanvarda iş yerini tərk edəcək

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Yığmamız məğlub oldu

"İki oyundan maksimum xal toplamaq istəyirik" - Joze Alesio

"Fərdi səhvlərdən qollar buraxdıq" - Zaur Hacıyev

A seriyasının tarixinə düşdü

Regekampfın “şəxsi işi”nə yazılan məğlubiyyət - KÖŞƏ

A seriyasında istefa

Boksçumuz Avropa çempionu oldu

"Kəpəz"in əziyyəti boşa getdi, hər şeyə sıfırdan başlayır - RƏSMİ AÇIQLAMA

“Qarabağ”ı Yunanıstanda dəstəkləyən olacaq? - AÇIQLAMA

“Qəbələ” mübarizəni dayandırdı - YENİLƏNİB

"Olimpiakos"un sirrini Qurban Qurbanova ötürüblər

“Neftçi-2” və “Səbail-2”dən qələbə - YENİLƏNİB

Millinin baş məşqçisi bəlli oldu

Spalletti İrandakı hadisələrə biganə qalmadı

“AFFA nümayəndəsi tez gəldiyindən məşqçilərin oranı tərk etməsində problem yaranıb"

Millinin baş məşqçisi ilə yollar ayrıldı - RƏSMİ

De Byazinin Azərbaycan millisindəki taleyi bəlli oldu

Rəşad Sadıqov onları bağışladı

UEFA "Olimpiakos" - "Qarabağ" matçında bunun olmasını tələb etdi

Azərbaycan klubuna qarşı təxribatın qarşısı alındı - RƏSMİ AÇIQLAMA

UEFA açıqladı: "Qarabağ" bu göstəricidə Avropa Liqasının ən yaxşı klubudu!

"Qarabağ" Yunanıstanda buranı özünə məskən seçdi

Lajenin yerini Amorim tuta bilər

“Fənərbaxça”nın rəsmiləri bir neçə futbolçumuzla maraqlandı” - MÜSAHİBƏ

Tiranada uğur qazanan taekvondoçularımız Bakıya qayıtdı

Rəhbərlik Rövşən Hüseynli – Alesio qalmaqalı ilə bağlı iclas keçirib - AÇIQLAMA

Mertens son 16 ildə belə uğursuzluq yaşamamışdı

Polşalılar Bakıya 15 futzalçı ilə gəlir

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Könül Mehtiyevaya UEFA-dan təyinat

Çeferin yenə namizəd olacaq

"Qarabağ" üçün bosniyalı hakim

UEFA-dan hakimlərimizə təyinat

"Qarabağ" beynəlxalq turnirdə çıxış edəcək

Bütün xəbərlər