23-cü turun rəqəmli tablosu: 22 sarı, 2 qırmızı, 2 penalti
Premyer-liqanın 23-cü turunda hakimlərin işi heç də asan olmadı. Ədalət təmsilçiləri 4 oyunda 22 sarı vərəqə göstərdilər, 2 futbolçunu meydandan kənarlaşdırdılar və 2 penalti təyin etdilər. Ancaq insafən, ciddi, nəticəyə təsir edən səhv olmadı.
İNQİLAB MƏMMƏDOV, Neftçi – Zirə
Düzdü, oyunda gərginlik həddən artıq yüksək idi. Hətta qarşılaşmadan sonra iki komandanın futbolçuları arasında münaqişə də yaşandı. Lakin bunu hakimliklə əlaqələndirmək yanlış olar. Əksinə, İnqilab Məmmədov oyunu yetərincə yaxşı idarə etdi. Xüsusilə də vərəqələri vaxtında göstərdi. “Qırmızı”lar da haqlı idi. İlkin Muradov 90-cı dəqiqədə topu bilərəkdən Daboya vurmaq istədi ki, idmançıya yaraşmayan hərəkəti gözdən qaçırmayan referi ikinci xəbərdarlıqdan sonra onu meydandan qovdu. Matçı ehtiyat oyunçular skamyasından izləyən Orxan Sadıqlı isə final fitindən sonrakı münaqişədə “fəal”lardan idi. Videotəkrardan da görünür ki, Dabonun yaxasından yapışan qapıçı rəqibi söyür. Köməkçisinin müdaxiləsindən sonra Məmmədov “Zirə”liyə haqlı olaraq “qırmızı” göstərir. Penalti də haqlı idi. Mamadu Mboc yıxıldığı vəziyyətdə olsa da, topun qarşısını əllə kəsdiyinə görə hakim haqlı olaraq “Neftçi”nin qapısına penalti təyin etdi. Bununla belə, hakimin kiçik səhvləri də var idi. Bir epizodda “Neftçi” ək-hücuma çıxarkən top İnqilabın ayağına dəydi və beləliklə, həmlə yarımçıq qaldı. 9-cu dəqiqədə top İlkin Qırtımovdan meydanı tərk etsə də, hakim “Neftçi”nin kornerini vermədi və qapıçı vuruşuna işarə etdi. 31-ci dəqiqədə Baqali Dabo - Bəxtiyar Həsənalızadə cütlüyünün növbəti ikili mübarizəsində hücumçu rəqib müdafiəçiyə qarşı kobud oynasa da, hakim davam işarəsi verdi. Oyunda vurulan sonuncu qol epizodunu da mübahisəli saymaq olar. Hər halda, ofsayd şübhəsi var. Videoda Dabonun çiyninin və başının İlkin Qırtımovdan öndə olduğu görünür.
ORXAN MƏMMƏDOV, Sumqayıt – Keşlə
Orxan Məmmədov Sumqayıtda ən yaxşı oyunlarından birini idarə etdi. Mümkün qədər ikili mübarizələrə imkan verən referi vərəqələrdən az istifadə etməyə çalışırdı. Hərçənd oyunun sonlarında Slavik Alxasovla Xəyal Nəcəfovun mübahisəsinə “sarı” ilə aydınlıq gətirmək olardı. Sabiq FİFA referisinin köməkçiləri də ideal idi. Hər halda, oyundankənar vəziyyətdən vurulan 3 qolun qeydə alınmamasında yan xətt hakimlərinin əməyi qeyd olunmalıdı. Bir sözlə, briqada autsayderlərin duelində işinin öhdəsindən gəlməyi bacardı.
RƏHİM HƏSƏNOV, Sabah – Səbail
FİFA referisi qarşılaşmanı normal idarə etdi. Yalnız iki epizodla bağlı Rəhim Həsənova irad bildirmək olar. Onun “Səbail”in qapısına təyin etdiyi penaltini müzakirə etmək niyyətimiz yoxdu. Həqiqətən Elvin Yunuszadə Rəşad Eyubova qarşı kobud oynamışdı. Sadəcə, Marko Deviç “nöqtə”dən zərbə vurmamış Vanderson Silva artıq cərimə meydançasına daxil olmuşdu. Nəticədə braziliyalı hamını qabaqlayaraq qapıçının dəf etdiyi topu təkrar vuruşla tora qovuşdurdu. Bundan başqa, Cavid İmamverdiyevin qolunda da ofsaydda olub-olmadığı mübahisəlidi.
SƏBUHİ BAYRAMOV, Qəbələ – Qarabağ
Gənc hakim oyunun öhdəsindən gəlməyi bacardı. Düzdü, qəbələlilər iki epizodla bağlı etirazını bildirdi. Ancaq həm ilk qoldan əvvəl qayda pozuntusu, həm də matçın sonlarında penalti tələbi yersizdi. “Qarabağ”ın hesabı açdığı vəziyyətdə Mahir Mədətov Voislav Stankoviçlə hava mübarizəsində qaydanı pozmamışdı. 85-ci dəqiqədəki epizoda gəlincə, top həqiqətən cərimə meydançasında Maksim Medvedevin qoluna dəydi. Ancaq müdafiəçi bilərəkdən əllə oynamdı. Daha doğrusu, Maksim təhlükəni uzaqlaşdırmaq istəyərkən top qısa məsafədə olan rəqib oyunçunun ayağına, daha sonra onun qoluna tuş gəldi. Həmin anda qapıya birbaşa təhlükə də yox idi.
MİRAĞA