Sizin reklam burada

Milli üzvü Finlandiya çemionu oldu

Title
Milli üzvü Finlandiya çemionu oldu
Finlandiyanın qadınlar arasında voleybol çempionatı başa çatıb. Yığmamızın üzvü Kristina Yaqubovanın formasını geydiyi "LP Viesti" həlledici mərhələdə HPK ilə qarşılaşıb. Rəqibini hər üç oyunda məğlub edən (3:2, 3:2, 3:1) toppaylayıcımızın komandası sevinən tərəf olub. Son görüşdə xal qazanmayan Yaqubova ilk iki görüşdə komandasının hesabına uyğun olaraq 2 və 1 xal yazdırıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.