Sizin reklam burada

Sübhan Əliyev səhv etdiklərini boynuna aldı

Baxış Sayı:406

Sübhan Əliyev səhv etdiklərini boynuna aldı
“Oyundan əvvəl eşitmişdik ki, “Qarabağ” “Zirə”yə mükafat söz verib”
“Neftçi”nin “Zirə”ylə oyununda meydandakı gərginlik tribunalara da sirayət etmişdi desək, yanılmarıq. Komandalarının xal itirmək təhlükəsini göz önünə alan meydan sahiblərinin azarkeşləri, xüsusən də “Forza Neftçi”nin üzvləri 90 dəqiqə susmaq bilmədilər. Sevimli futbolçularına dəstək verir, rəqib oyunçuları təzyiq altında saxlayırdılar. Ara-sıra çempionluq yolundakı əsas rəqibləri “Qarabağ”ı da “yada salırdılar” ki, bu da başadüşüləndi. Amma ikinci hissənin gedişində səsləndirilən şüarı nə başa düşmək mümkün idi, nə də qəbul etmək. Qulaq eşidə-eşidə, həm də olduqca gur səslə “Qarabağ”, ananı ...” deyən azarkeşlər təxminən 1 dəqiqəyə yaxın həmin söyüşü təkrarladılar. Halbuki həm stadionda, həm də mavi ekran qarşısında çox sayda xanım futbolsevər, hətta futbolçuların doğmaları oyuna baxırdı. Media sektorunda əyləşən iki xanımın hansı hisslər keçirdiyini isə biz daha yaxından gördük.
Əlbəttə, futboldu, əsəb də olar, atmaca da, hətta təhqir də. Amma 300-a yaxın azarkeşin birağızdan ana söyüşünü açıq şəkildə işlətməsi... “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyevin məsələ ilə bağlı qəzetimizə açıqlamasını dinləyək: “Hər cür iradınızla razıyam. Olmamalıydı, oldu. Açığı, həmin vaxt klubun mühafizə xidmətinin rəhbəri də bizə yaxınlaşıb stadionda qadınların olduğunu bildirdi. Gördüz ki, dərhal da yığışdırdıq. “Zirə”ylə oyunlarımız həmişə ağır olur. 82 yaşlı komanda 4 ilin komandasını çempionatda cəmi iki dəfə məğlub edə bilmişdi. Bu da istər-istəməz bizdə müəyyən qıcıq yaradırdı. Üstəlik, “Zirə”nin “Qarabağ”a kömək etdiyi deyilir. Hətta oyundan əvvəl eşitmişdik ki, “Qarabağ” “Zirə”yə mükafat söz verib. Yəni bizdən xal alsaydılar, “Qarabağ” futbolçulara “premiya” verəcəkdi. Bu da müəyyən mənada qıcıq yaratmışdı. Amma istənilən halda addımızı doğru hesab etmirəm. İnşallah, bir də təkrarlanmaz”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR