Sizin reklam burada

“Qəbələ” dördüncü dəfə çempiona bata bilmədi

Baxış Sayı:528

“Qəbələ” dördüncü dəfə çempiona bata bilmədi
92. Qəbələ - Qarabağ 1:2 (1:1)
22. Dmitri Bezotosnı – 5,0
34. Urfan Abbasov – 4,5
3. Voislav Stankoviç – 4,5
27. Bəhlul Mustafazadə - 5,0
2. Amin Seydiyev – 5,0
14. Cavid Hüseynov (k) – 5,0
(21. Atakora Lalavele, 86) – qiymətsiz
4. Elvin Camalov – 5,0
28. Stiven-Jozef Monroz – 5,0
17. Ceyms Adeniyi – 4,5
9. Davit Volkov – 5,0
10. Rauf Əliyev – 5,5
Ehtiyat oyunçular
1. Anar Nəzirov
35. Murad Popov
5. Rasim Ramaldanov
18. İlqar Qurbanov
11. Asif Məmmədov
88. Sabien Lilay
8. Qismət Alıyev
7. Roman Hüseynov
98. Rövlan Muradov
6. Rüstəm Nuruyev
77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov
Komandanın ən yaxşısı: Rauf Əliyev

13. Vaqner da Silva – 5,5
77. Vild-Donald Gerye - 5,5
55. Bədavi Hüseynov – 5.5
14. Rəşad Sadıqov (k) – 5,5
5. Maksim Medvedev - 5,5
20. Riçard Almeyda – 5,0
8. Miçel – 5,0
17. Abdulla Zubir – 6,0
19. Filip Ozobiç – 5,5
(6. Simeon Slavçev, 87) – qiymətsiz
10. Dani Kintana – 5,0
(9. Araz Abdullayev, 79) – qiymətsiz
11. Mahir Mədətov – 5,5
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
94. Nicat Mehbalıyev
4. Rahil Məmmədov
30. Abbas Hüseynov
7. İnnosent Emeqara
99. Reynaldo
2. Qara Qarayev
18. İsmayıl İbrahimli
21. Hacıağa Hacılı
Baş məşqçi: Qurban Qurbanov.
Komandanın ən yaxşısı: Abdulla Zubir
Qollar: V-D.Gerye, 3 (0:1, M.Mədətov). R.Əliyev, 23 (1:1). A.Abdullayev, 83 (1:2, A.Zubir).
Vərəqələr: D.Volkov, 24 (qeyri-idman hərəkəti). V.Stankoviç, 26 (qeyri-idman hərəkəti). B.Hüseynov, 58 (qeyri-idman hərəkəti). R.Əliyev, 75 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu (hamısı Bakı).
Hakim-inspektor: Şahin Cəfərov (Bakı).
AFFA nümayəndəsi: Şaiq Həmidov (Bakı).
7 aprel. Qəbələ. Şəhər stadionu. 1600 tamaşaçı (4500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 2dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
İlk üç dövrədə “Qəbələ”ni məğlub etməyi bacaran “Qarabağ”ın bu dəfə də səfərdən əlidolu dönəcəyinə inananların sayı yetərincə çox idi. Hətta mərc kontorları belə “köhlən atlar”ın qələbəsinə daha az əmsal vermişdilər. Oyunun ilk dəqiqələri də gümanları yanıltmadı. Artıq 3-cü dəqiqədə Gerye meydan sahiblərini cəzalandırdı. Kintananın kornerdən qapı önünə asmasını müdafiəçilər istənilən kimi uzaqlaşdıra bilmədilər. Geri dönən topu Almeyda Mahirə ötürdü. O isə öz növbəsində başla Geryeni “gördü”. Qaradərili müdafiəçi yaxın məsafədən qapını dəqiq nişan almaqda çətinlik çəkmədi.
Erkən qol sanki “köhlən atlar”ı arxayınlaşdırdı. Hücuma o qədər diqqət ayırmayan Qurban Qurbanovun yetirmələri daha çox top saxlamağa, oyuna nəzarət etməyə üstünlük verirdi. Bundan yararlanan “qırmızı-qaralar” tədricən oyunu bərabərləşdirməyə nail oldu. 15-ci dəqiqədə artıq Jozef-Monroz ağdamlıların azarkeşlərini həyəcanlandırdı. Hollandiyalı futbolçu sağ cinahdan sürətlə cərimə meydançasına daxil olub iti bucaq altında “çərçivə”ni nişan alsa da, Vaqner barmaqlarının ucu ilə topu kornerə çıxarmağı bacardı. 23-cü dəqiqədə isə hesabda tarazlıq yarandı. Almeydanın səhvindən sonra meydanın mərkəzində topu ələ keçirən Sənan Qurbanovun komandası rəqibi əks-hücumda yaxaladı. Məsuliyyəti üzərinə götürən Monroz iki müdafiəçidən sıyrılıb cərimə meydançasının mərkəzindən zərbə vurmaq istəsə də, top Rəşad Sadıqova dəyərək geri qayıtdı və nəzarətsiz qalan Raufun qarşısına düşdü. Forvard şanısını qaçırmadı və mövsümdə 3-cü qolunu vurdu. İlk yarının qalan dəqiqələrində hər iki komandanın fərqlənmək üçün imkanları olsa da, tablodakı hesab dəyişmədi.
Fasilədən sonra qonaqların daha fəal olacağını gözləmək olardı. Hər halda, çempionluq yolunda ağdamlıların əsas rəqibi “Neftçi”nin bir gün öncə qələbə qazanması qonaqları yalnız 3 xal üçün mübarizə aparmağa məcbur edirdi. Lakin gözlənilənlərin əksinə, 5 dəqiqə aralığında şimallılar üç real qol şansını boşa verdi. Öncə Adeniyinin qapıya paralel ötürməsinə Volkov vaxtında ayaq qoya bilmədi. Ardınca Monrozun yenə iti bucaq altından zərbəsi cüzi fərqlə qapının üstündən keçdi. Raufun qapıya paralel ötürməsinin isə qapı xəttini keçməməsi möcüzə oldu. Vaqner yaxın küncü boş qoyduğundan forvard hiyləgər zərbə ilə toru silkələmək istədi. Ancaq “mərmi” dirəyə sürtünərək qapı xəttini keçmədi. Təəssüf ki, həmin an meydan sahiblərindən sahibsiz qalan topa toxunan da olmadı.
Ardıcıl üç təhlükəli hücumdan sonra sanki ağdamlılar qələbə üçün meydanda daha çox qaçmağın, irəli getməyin vacib olduğunu anladılar. Təşəbbüsü ələ keçirən qonaqlar ardıcıl təhlükəli həmlələr edir, Bezotosnını darıxmağa qoymurdular. Ukraynalı qolkper iki dəfə Zubirin, bir dəfə isə Kintananın qüvvətli zərbəsini zərərsizləşdirməklə yadda qaldı. Meydan sahiblərindən Volkov və Əliyev komanda yoldaşlarını irəli səsləməklə diqqəti çəkdi. “Qırmızı-qaralar”ın müdafiəçilərinin yorulduğunu hiss edən Qurban bəy meydana Arazın timsalında “yeni qan” buraxmağı lazım bildi ki, o da baş məşqçinin etimadını artıqlaması ilə doğrultdu. Məhz Araz Zubirin ideal ara ötürməsindən sonra Bezotosnı ilə üzbəüzə çıxıb topu qapıçının ayaqları arasından tora göndərdi. Qalan dəqiqələrdə “Qəbələ”nin həvəsdən düşdüyü açıq-aşkar hiss olunurdu. “Qarabağ” isə növbəti qələbəsini qazanmaqla “Neftçi”nin uzaqlaşmasına imkan vermədi.
RƏŞAD

Gözdən qaçmadı
* Aprel döyüşlərində şəhid olan qəbələli leytenant Sahil Şirinovun ölümünün ildönümü olduğundan qəbələli fanatlar tribunadan onun böyük şəklini asmışdılar.
* “Qarabağ Ordu” və “İmarət” fanklublarının üzvləri “köhlən atlar”ı dəstəkləmək üçün təxminən 60 nəfərlik heyətlə Qəbələyə təşrif buyurmuşdular.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR