Sizin reklam burada

Essyenin ayağı "Səbail"ə düşmədi

Baxış Sayı:491

Essyenin ayağı "Səbail"ə düşmədi
91. Sabah (Bakı) - Səbail 3:1 (1:1)
30. Saşa Stamenkoviç - 5,5
17. Təmkin Xəlilzadə - 5,5
33. Eltun Turabov - 4,0
(77. Şakir Seyidov, 29) - 5,5
13. Filip İvanoviç - 6,0
15. Erik Ramos - 5,5
11. Elgün Nəbiyev - 5,5
6. Vadim Abdullayev - 5,5
25. Vanderson Silva - 6,5
(19. Məqsəd İsayev, 80) - qiymətsiz
7. Rəşad Eyubov - 6,0
(4. Tərzin Cahangirov, 90+4) - qiymətsiz
10. Cavid İmamverdiyev (k) - 6,0
9. Marko Deviç - 5,5
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
96. Əmirhüseyn Nəcəfi
12. Zahid Mərdanov
21. Novruz Məmmədov
27. Bəxtiyar Soltanov
88. Elçin Əsədov
97. Emil Qasımov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Vanderson Silva

1. Aleksandr Rıbka - 4,5
26. Kamal Qurbanov - 4,0
32. Elvin Yunuszadə - 4,0
4. Enrike Perilyo - 4,0
33. Tome Kitanovski - 4,0
(9. İmanol İriberri, 78) - qiymətsiz
27. Emil Martinov - 4,5
14. Rahid Əmirquliyev (k) - 5,5
28. Kevin Kubemba - 4,5
(21. Oke Akpoveta, 66) - 4,5
8. Yevgeni Koçuk - 4,5
(6. Maykl Essyen, 64) - 5,0
7. Fəhmin Muradbəyli - 4,5
10. Ağabala Ramazanov - 5,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
50. Fərhad Vəliyev
3. Tamazi Tsetsxladze
5. Vüqar Bəybalayev
18. Aqşin Qurbanlı
20. Eltun Yaqublu
77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Rahid Əmirquliyev
Qollar: E.Perilyo, 2 (0:1, Y.Koçuk). F.İvanoviç, 32 (1:1, V.Silva). C.İmamverdiyev, 66 (2:1, R.Eyubov). V.Silva, 69 (3:1).
M.Deviç 69-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: F.Muradbəyli, 82 (hakimin qərarına etiraz). E.Ramos, 85 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 87 (oyunun bərpasını ləngitmək). V.Abdullayev, 90+3 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Vüsal Əliyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
7 aprel. Masazır. Əlincə Arena. 600 tamaşaçı (13000 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
"Səbail" meydana çıxanda artıq "Qəbələ"nin uduzduğunu bilirdi. Bu üzdən Hacıyevin yetirmələri ən yaxın izləyicisi ilə aradakı xal fərqini artırmaq haqda düşünürdü. "Sabah" isə uzun fasilədən sonra qələbə qazanmaq niyyətindəydi. Hər iki komandanın heyətində itkilər var idi. Qonaqlardan Şəhriyar Rəhimov, meydan sahiblərindən isə Diniyevlər - Coşqunla Kərim vərəqə cəzalısı olduğuna görə matçı buraxırdı. "Dənizçilər"in protokolunda Ruslan Qurbanovla Maudo Jarjuenin olmaması da diqqətimizi çəkdi.
"Səbail" oyuna yaxşı başladı. Artıq 2-ci dəqiqədə Koçukun asmasından sonra Perilyo topu başla tora qovuşdurdu. Bundan sonra düşünmək olardı ki, matç gərgin mübarizə şəraitində keçəcək. Ancaq belə olmadı. Basqı edən tərəf meydan sahibləri olsa da, Əhmədovun komandası real qol vəziyyəti yaratmaqda çətinlik çəkirdi. 13-cü dəqiqədə isə az qala hesab arasındakı fərq artacaqdı. "Dənizçilər"in əks-hücumu zamanı Ağabala qapıya paralel ötürmə etdi, heç kimin mane olmadığı Fəhmin əla fürsəti qeyri-dəqiq zərbəylə tamamladı. 26-cı dəqiqədə "Səbail"in qapısı qarşısında ilk real qol vəziyyətinin şahidi olduq. Cavidin zərbəsindən sonra top cüzi fərqlə dirəyin yanından keçdi. Az sonra Əhmədov ilk əvəzetməni gerçəkləşdirdi və Turabovun yerinə Seyidovu döyüşə atdı. Bu dəyişiklik "tələbələr"ə düşərli oldu. Belə ki, 32-ci dəqiqədə Vanderson kornerdən topu qapı önünə havalandırdı, Filip “mərmi”ni başla tora sancdı. "Status-kvo" bərpa olunandan sonra meydan sahibləri xeyli fəallaşdı. 34-cü dəqiqədə isə "Sabah" hesabda önə keçə bilərdi. Ancaq Deviçin cərimə meydançasının həndəvərindən zərbəsindən sonra top qapının yanından keçdi. Çox keçmədən Rıbka Markonun başla vuruşunu da dəf etməli oldu. İlk yarının son dəqiqələrində "Səbail"i iki epziodda dirək qoldan xilas etdi. Əvvəlcə Cavidin, ardınca Filipin bəxti gətirmədi.
İkinci yarıya da "Sabah" fəal başladı. Əhmədovun yetirmələri ilk hissənin sonlarında olduğu kimi, rəqibi qapısına doğru sıxışdırmışdı. Düzdü, yaddaqalan epizodların sayı o qədər də çox deyildi. Ancaq matçda sürət yetərincə yüksək idi. İkinci hissənin ilk 20 dəqiqəsində qeyd ediləsi epizodlar bunlar idi: meydan sahiblərinin topun qapı xəttini keçməsiylə bağlı iddiasını hakimin qəbul etməməsi, Vandersonun Rıbka səddinə ilişməsi və Essyenin "Səbail"də debütünün reallaşması. Maykl Koçuku əvəzlədi və o qədər də pis təsir bağışlamadı. Hərçənd dünyaca məşhur futbolçunun ayağı komandasına düşərli olmadı. Yenicə meydana çıxmışdı ki, komandası qapısında qol gördü. Belə deyək, 4 dəqiqə ərzində "Sabah" "Səbail"in işini bitirdi. 66-cı dəqiqədə Eyubov Cavidə fərqlənmək imkanı yaratdı və sonuncu əla zərbəylə meydan sahiblərini hesabda önə çıxardı. Az sonra Elvin cərimə meydançasında Rəşada qarşı kobud oynadı və hakim penalti təyin etdi. Deviçin vuruşundan sonra Rıbka topu qaytarsa da, özünü yetirən Vanderson toru silkələdi. Düzdü, qalan dəqiqələrdə "Səbail"in hesab arasındakı fərqi azaltmaq imkanları oldu. Lakin Ağabala üzbəüz epizodda, Akpoveta isə başla fərqlənə bilmədi. Beləliklə, "Sabah" uzun fasilədən sonra qələbə qazandı.
FARİZ

Gözdən qaçmadı
* Start fitindən öncə Essyen dəhlizdən ehtiyat oyunçular skamyasına qədər "Səbail" azarkeşlərinin alqışlarını eşitdi və fanatlar müxtəlif dillərdə - türkcə, azərbaycanca, ingiliscə ona sevgilərini dilə gətirdilər.
* Qara köynəkdə olan Aftandil Hacıyev fasilədən sonra üstdən sarı rəngli tərlik geyməli oldu.
* Oyunun sonlarına yaxın "Səbail" azarkeşlərinin yer aldığı tribunada qarışıqlıq yarandı. Daha doğrusu, polislə fanatlar arasında münaqişə baş verdi. Vəziyyət o həddə çatdı ki, texniki zonanı tərk edən Aftandil Hacıyev və bəzi futbolçular asayiş keşikçilərinə öz iradlarını bildirib, tərəfdarlarını müdafiə etdilər. Yalnız bundan sonra ara sakitləşdi.
* Matçı izləyənlər arasında "Zirə"nin baş məşqçisi Samir Abasov da var idi.
* "Sabah"ın paltardəyişmə otağında bayram ab-havası hökm sürürdü. Onların qələbə sevincləri uzun müddət dəhlizdə eşidildi.

Reaksiyalar
Aftandil Hacıyev: "Bu gün qələbəyə layiq olan bir komanda vardısa, o da "Sabah" idi. Baxmayaraq ki, qol imkanlarımız oldu. Heç-heçə olsaydı belə, buna sevinməyəcəkdim. Çünki futbolçularımız lazımınca mübarizə aparmadılar. Görünür, bizi vaxtından əvvəl Avroliqaya göndərənlər var. Həm futbol ictimaiyyəti, həm də oyunçular bu ab-havadadılar. Bu oyun bizə dərs oldu və daha da məsuliyyətli olamağa çağırır. Futbolçularla söhbət olacaq. Deşünürəm ki, bu cür oyunun təkrarı olmayacaq... Ruslan Qurbanov özünü piss hiss edirdi. Halı yaxşı deyildi. Dünən də məşqdə olmayıb. Jarjue isə məşqdə nizam-intizamı pozduğuna görə əvəzedici heyətə göndərilib. Ancaq bu gün peşman olduğunu dedi. Onun məsələsinə sabah "Neftçi"ylə matçın hazırlığına başlayanda baxacağıq... Maykl Essyen? Uzun müddət oynamayıb. İkinci həftədi bizimlədi. Daha yaxşı görünməyə başlayır. Get-gedə start heyətində görünəcək. Ancaq hələ konkret deyə bilmərəm ki, bu, hansı oyunda olacaq. Bu gün 30 dəqiqə oynamağa hazır idi, belə qərar verdik. "Səbail" daha çox komanda oyununa üstünlük verir. Ancaq əlbəttə, Mayklın təcrübəsindən yararlanmaq istəyirik. Həm topla oyunu və ötürmələri, həm də meydanda davranışlarından. Essyen bizə lazımlı futbolçudu. Çalışacağıq ki, onun köməyindən, təcrübəsindən faydalanaq... Nədənsə bu gün oyunda həddən artıq ajiotaj vardı. Rəqib oyuna ciddi hazırlaşmışdı. Hətta qarşımızı kəsən maşınlar da oldu. Bizim azarkeşlərə qarşı polis fiziki güc göstərmişdi. Həm futbolçularımızı, həm də azarkeşlərimizi qorumağa borcluyuq. Onların həmişə arxasında dayanmışıq, çünki onların dəstəyinə ehtiyacımız var".
Elşad Əgmədov: "Maraqlı oyun keçdi. Erkən qol buraxmağımıza baxmayaraq, özümüzə gəldik, komanda toparlandı. Hiss olunurdu ki, ilk hissədə fərqlənə biləcəyik. Futbolçularımız istəkli oynadı. Oyunda keyfiyyət görünürdü. Marko Deviçin meydanda olmasının bizə faydası dəydi. Bizim üçün ən uğursuz dövrə 3-cü oldu. Ancaq ən yaxşı buna hazırlaşmışdıq. Üç transferimiz oldu. Ola bilər ki, nədəsə səhv etdik. Tədricən daha yaxşı oynamalıyıq. Demirəm ki, bundan sonra bütün matçlarda qalib gələcəyik. "Səbail"dən həmişə əks-hücumlarda qol buraxırıq. Ona görə 3 mərkəz müdafiəçisi ilə oynadıq. Cinahlardan hücumlar qurmalıydıq. Şakir perspektivli futbolçudu, gələcəkdə bizə kömək edəcək. Mükafat? Bəli, rəhbərlik paltardəyişmə otağına daxil oldu və futbolçularımızı təbrik etdi. Ayrıca mükafat olacağını dedilər. Mükafatın nə qədər olduğunu bilmirəm".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR