Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yanvarın 31-də start götürən tiraj-satış oyunları aprelin ilk günündə əcaib qərarla başa çatdı. Guya müsabiqəyə yalnız ictimai-siyasi qəzetləri buraxacaqları bəhanəsi ilə bir neçə dəfə şərtləri dəyişdilər və sonda belə qərar verdilər ki, ölkənin ən populyar idman nəşrini maliyyələşdirməyə dəyməz. KİVDF-də oturanların və onlara bu göstərişi verənlərin istisnasız “Futbol+”i mətbuat aləmindən uzaqlaşdırmaq niyyəti güddüyü hətta orta məktəb təhsili görməyən adama da aydındı. Odu ki, birbaşa və məhz “Futbol+”ə qarşı yönəlmiş bu qərarın pərdəarxası məqamlarını bir daha araşdırmağa dəyər.
KİVDF 2019-cu ilin 1-ci rübündə 32 qəzetə maliyyə yardımı ayırmışdısa, bu dəfə say 25-ə enib və “kəsilənlər” sırasında “Futbol+” də var. Tam haqlı olaraq soruşa bilərsiz ki, 7 qəzet kənarda qalıbsa, niyə yalnız siz atdanıb-düşürsüz? Cavab verim, zatən bizim oxucudan gizli sirrimiz yoxdu. Nəzərinizə çatdırım ki, “kəsilən” 7 qəzetdən dördü - “Ekspress”, “Bizim yol”, “Reytinq”, “İqtisadiyyat” elə yanvarın 31-də yeni şərtlər açıqlanan kimi fəaliyyətini dayandırmışdı. “Olimpiya dünyası” ilə bağlı məsələ aydındı – Milli Olimpiya Komitəsinin qəzetidi, bu quruma kimin rəhbərlik etdiyini bilirsiz, deməli, maliyyə problemi yaşaması mümkünsüzdü. Vaxtilə məhz “Futbol+”ə alternativ kimi yaradılan uğursuz dublikatımıza gəlincə, hansı səviyyədə olduğunu, son illər isə yalnız KİVDF-dən yardım almaqdan başqa (özü də ayda 6666 manat!) heç nəyə yaramadığını oxucu kütləsi bilir. Maraqlıdı ki, KİVDF yardımı dayandıran kimi bu qəzet də tarixə qovuşdu. Yaxşı, kollektivləri varsa, nəyəsə haqlarının çatdığını düşünürlərsə, niyə etiraz etmirlər?
Beləliklə, “Futbol+” meydanda tək qalıb. Bizi neytrallaşdırmaq üçün “Futbol+qol” ilə “Olimpiya dünyası”nı da kənarda qoyublar ki, bunların müqayisəsini sizin öhdənizə buraxıram. Sadəcə, KİVDF-də oturanların daha bir böyük ayıbı var. Adamların başı Prezident İlham Əliyev cənablarının mediaya ayırdığı pulu bölüşdürməyə necə qarışıbsa, məsti-xumarlıqdan “Oxu məni”, “The Business Times” və “Hərbi and” qəzetlərini də “ictimai-siyasi nəşrlər” qrupuna aid ediblər.
Çox namərdcəsinə verilən və heç nə ilə əsaslandırılmayan qərarla üz-üzəyik. Biz artıq aylardı oxucuya bu yöndə bütün həqiqətləri anladırıq, dəfələrlə ölkə başçısına və KİVDF-yə müraciət etmişik. Ona da yüzdəyüz əminik ki, Prezidentin imicini zədələmək istəyən bir qrup müraciətlərin ona çatmasına imkan vermir. Böyük həvəslə gözlədik ki, bu ölkədə dərdimizi anlayan, bizə cavab verən tapılacaq. Lakin olmadı və indi “Futbol+”in 15 nəfərlik kollektivi hər cür radikal qərarlar vermək ərəfəsindədi. Sabahdan etiraz aksiyalarımız başlayır. Əvvəlcə KİVDF-ni, ardından Prezident Aparatını və Mətbuat Şurasını ziyarət edəcəyik. Sonra sıra ABŞ-ın ölkəmizdəki səfirliyinə, insan haqlarının qorunması ilə məşğul olan başqa qurumların ofislərinə çatacaq. Açığı, kollektiv üzvlərinin haqsızlığa etirazın üsulları ilə bağlı ən müxtəlif təklifləri var ki, onları dilə gətirmək belə vahiməlidi. Bir qəti həqiqəti qoy hamı bilsin: bu yolda ölmək var, dönmək yox! Haqqa sığınan, ədalətsizliyə göz yummayan hər kəsi yanımızda olmağa, səsimizə səs verməyə çağırırıq. Bizi eşit, Prezident!

Son xəbərlər

Dadaşovun komandası böyükhesabla məğlub oldu

"Qarabağ"ın rəqibi "Bavariya"nı qabaqlayaraq 2-ci pilləyə yüksəldi

“Şamaxı” “Sabah”a, “Sumqayıt” “Kəpəz”ə qarşı - YENİLƏNİR

Məşhur portal Bakı təmsilçisini erməni klubu olaraq göstərdi

Kadi qolunu yeni doğulan qızına həsr etdi - AÇIQLAMA

"Qarabağ" "Neftçi"yə belə qalib gəldi - VİDEO

Xarakterini dəyişməsə, yığmanın qapısı üzünə bağlanacaq - AÇIQLAMA

Sialmas “Qarabağ”ın Yunanıstanda uduzacağını düşünür

"Bu komandaya qarşı oynamaq mənim üçün çox xoş oldu" - Qurban Qurbanov

"Bu oyun bizim üçün yaxşı dərs olmalıdı" - Regekampf

"İlk yarıda da qələbəni haqq edən biz idik" - Qara Qarayev

"Qəbələ" - "Hayduk" matçının biletləri satışa çıxarıldı

“Olimpiakos”da müdafiəçi problemi yaşanır

Novruz Əzimovun komandası məğlub oldu

De Byazi Azərbaycan futbol ictimaiyyətindən üzr istəməlidi - YAZI

UEFA Maksimi təbrik etdi

Türkiyə səfiri Azərbaycan derbisində

De Byazi təklifləri nəzərdən keçirir

“Real” 5 futbolçu ilə bağlı plan qurub

Futbolçu idi, basketbolçu oldu!

“Nant” – “Qarabağ” oyununa ən ucuz bilet 36 avrodu

Alleqri keçmiş xanımını məhkəməyə verib

“Neftçi” “davam” deyəcək, yoxsa... - KÖŞƏ

Oksleyd-Çemberleyn ziyana düşdü

Sneyderin Türkiyəyə gəlməsinin səbəbi bəlli oldu

"Ağdamlılar ikinci heyətlə oynayanda da qarşısıalınmazdı" - Hüseyn Məhəmmədov

Morata hamını arxada qoydu

Sentyabrın ən yaxşı oyunçusu seçildi

Oyuna saatlar qalmış Acun Şotanı qovdu!

Albon trassa qayıdır

Emin İmaməliyev "Qarabağ"ı Avropa səviyyəli klub adlandırıb "Neftçi"dən üstün hesab etdi

"Qarabağ"ın rəqibi sabiq futbolçusunu geri qaytardı

“Xərçəng”ə qurban getdi...

"Nant"ın qapıçısı "Qarabağ"la oyunda hansı səhvləri etdiklərini bilir

“Qarabağ” azarkeşi “Neftçi”nin daha da güclənməsini istəyir

"Neftçi" Belçika, Almaniya, Niderland klubları ilə qarşılaşacaq - VİDEO

Azərbaycanlı 3 boksçu Avropa çempionatının yarımfinalında

Şəhriyar FİDE reytinqində ilk "10-luğ"u tərk etdi

Azərbaycan derbisində kim üstündü? - TƏHLİL

Krivotsyuk oynadı, "Visla" qələbə qazandı

Mükafatlar "Mançester Yunayted"lilərə çatdı

Federasiya prezidenti naxçıvanlı boksçularla görüşdü

Millimizin üzvünün komandası qələbəni aon anda əldən verdi

"Qarabağ"ın rəqibində növbəti itki

Qurban Qurbanov şəhid övladını sevindirdi

Bütün xəbərlər