Sizin reklam burada

U-17 Vüqar Məmmədə tapşırıldı

Baxış Sayı:433

U-17 Vüqar Məmmədə tapşırıldı
Məlum olduğu kimi, elit mərhələ başa çatandan sonra Vüqar Məmməd U-19-dan ayrılacaqdı. Belə də oldu və artıq sözügedən yığma Samir Əliyevin ixtiyarındadı. Əslində Əliyevin təyinatı hələ ötən ilin dekabrında gerçəkləşmişdi. Sadəcə, o, bir yaş aşağı komanda ilə çalışırdı. Vüqar bəyin isə U-17-nin "sükanı arxasına" keçəcəyi haqda bir neçə gün öncə informasiya almışdıq. Elit mərhələdən qayıtdıqdan sonra ona bu haqda sual ünvanladıqda, "AFFA rəhbərliyi hansı qərarı versə, ona da əməl etməyə hazıram" demişdi. Bizə çatan məlumat doğru imiş və dünən təyinat gerçəkləşdi. Belə ki, Vüqar bəyin U-17-ni çalışdıracağı rəsmən açıqlandı.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR