Hakimlər də “Xəzər Cənub”u dayandıra bilmədi
Çərşənbə axşamı futzal üzrə yüksək liqada 24-cü turun oyunları keçirildi. İlk matçda lider autsayderlə üz-üzə gəldi. “Araz”ın “Yasamal” İSK ilə görüşdə böyükhesablı qələbə qazanacağı gözlənilən idi. Elə fasiləyə qədər vurulan qollar da proqnozları doğrultdu. “Yasamal” İSK son çempiona cəmi 4 dəqiqə müqavimət göstərə bildi. Düzdü, “Yasamal” İSK, hesabdan göründüyü kimi, mübarizəsiz təslim olmadı. Debütant gücü çatdığı qədər müqavimət göstərdi. İlk hissədəki hesabın gətirdiyi rahatlıq, eləcə də autsayderin ikinci yarının əvvəlində irəli atılması fərqin 7 topa enməsinə şərait yaratdı. Sonrakı dəqiqlərdə “Araz” topa nəzarət edən və hücumlar quran tərəf olsa da, rəqib torunu 33-cü dəqiqədə silkələyə bildi. Son dəqiqələrdə isə qarşılıqlı qollara şahid olduq və beləliklə, “Araz” 12:3 hesabı ilə qalib gələrək, liderliyini möhkəmləndirdi. Əslində “Araz” “Yasamal” İSK üzərində qələbə ilə yox, “Yasamal” MFK-ya verilən texniki məğlubiyyətə görə 3 xal önə çıxdı. “Araz”la yanaşı, “Ekol” da “hazıra nazir” oldu. Yasamallıların yarışdan uzaqlaşdırılması İntizam Komitəsinin dünən baş tutan iclasında rəsmiləşdi.
Turun mərkəzi oyununda “Ekol” və iddialılara “qan udduran” “Xəzər Cənub” üz-üzə gəldi. Hər iki komanda, demək olar, meydana optimal heyətlə çıxmışdı. Yalnız “Ekol”dan Ramiz Çovdarov cəzalı olduğuna görə matçı buraxırdı. Tərəflər arasında cari mövsümdə baş tutan əvvəlki üç oyunda bərabərlik hökm sürürdü. Belə ki, “Ekol” 4:3, “Xəzər Cənub” 5:2 hesabı ilə qələbə qazanmış, ikinci dövrədəki duel isə 3:3-lük “sülh”lə yekunlaşmışdı. Oyuna “Ekol” fəal başladı və ilk ciddi hücumda rəqib torunu silkələdi. Fərid Atakişiyev fərqləndi. Sonrakı dəqiqələrdə nominal meydan sahibləri nisbətən üstün oynasa da, Lənkəran təmsilçisi “status-kvo”nu bərpa edə bildi. Şahnazi 14-cü dəqiqədə Eminin də inamsız oynadığı epizodda bərabərliyə nail oldu. Az sonra Əsgər Abasovun kobud oynamasından sonra hakim penalti təyin etdi ki, Surqalı dəqiq oynamaqla komandasını hesabda önə keçirdi. “Xəzər Cənub” tezliklə üstünlüyünü iki topa çatdıra bilərdi. Ancaq 16-cı dəqiqədə təyin olunmuş 10 metrlik zərbəni Kürdov geri qaytardı. O, Rəşidin də təkrar zərbəsini zərərsizləşdirməyi bacardı. 17-ci dəqiqədə bu dəfə Radik Əhmədov 10 metrlik fürsətdən toru silkələyə bilmədi. Oynayan məşqçi az sonra daha bir standart vəziyyəti də boşa verdi. Yeri gəlmişkən, matçın 18-ci dəqiqəsində hakimlər absurd qərarla yadda qaldılar. Qarışıqlıq zamanı Azad Hüseynov sağa-sola vərəqə paylarkən, “Xəzər Cənub”un və çempionatın bombardiri Hadi Rizvana ikinci “sarı”, avtomatik “qırmızı” göstərib meydandan kənarlaşdırdı. Halbuki iranlının hesabında vərəqə yox idi. Hər kəs elə bildi ki, Hadiyə birbaşa “qırmızı” verilib. Üçüncü hakim, FİFA referisi Ramil Namazov da qeydiyyat aparmırdı. Beləliklə, “Xəzər Cənub” fasilə ərəfəsində son 1 dəqiqə 40 saniyəni azlıqda mübarizə aparmalı oldu. Yaxşı ki, bu arada “Ekol” fərqlənə bilmədi, yoxsa rüsvayçılığın miqyası artacaqdı. Yeri gəlmişkən, İntizam Komitəsi artıq məsələyə baxıb. Qərarda göstərilir ki, “oyunun protokoluna baxdıqda futzalçının oyun ərzində iki sarı vərəqə almadığı müəyyən olunub. Futzalçıya göstərilən sarı vərəqənin birinci olmasını və oyunun hakiminin İntizam Komitəsinə raport yazaraq, səhvə yol verməsi ilə bağlı etirafı nəzərə alınaraq, qırmızı vərəqə ləğv olunur”.
Qayıdaq oyuna. İkinci hissənin əvvəlində “Xəzər Cənub” üstünlüyünü iki topa çatdırdı. Behzad 25-ci dəqiqədə baxımlı qol vurmaqla adını tabloya yazdırdı. Bundan sonra “Ekol” rəqibini təzyiq altında saxlasa da, fərqi minimuma 36-cı dəqiqədə endirə bildi. Təcrübəli Namiq Məmmədkərimov 39-cü dəqiqədə hesaba tarazlıq gətirəndə artıq çoxları oyun belə başa çatacağını, tərəflərin xal bölgüsünə razılaşacağını düşünürdü. Qonq səsinə 27 saniyə qalmış Şahnazi vurduğu qolla “Ekol”u şoka saldı. “Şirkət təmsilçisi” özünə gəlməmiş Behzad dublunu rəsmiləşdirdi və beləliklə, debütant çempionluğa iddialı rəqibi üzərində mövsümdə ikinci qələbəsini qazandı.
Tura liderin ən yaxın izləyicisi “Neftçi” və aşağı pillədə qərarlaşmış “Liman”ın qarşılaşması ilə yekun vuruldu. Böyükhesablı qələbə “Neftçi”yə mövqeyini qorumaq imkanı yaratdı. Hazıbala Abdullazadənin komandası Lənkəran təmsilçisinin qapısından 23 top keçirərək, məhsuldarlığını xeyli yaxşılaşdırsa da, bu baxımdan pley-offa vəsiqə qazanan rəqiblərindən hələ də geri qalır.
24-cü tur
Araz – Yasamal İSK 12:3 (9:1)
Araz: 1. Kamran Hacıyev, 7. Əli Mikaili, 8. Rizvan Fərzəliyev (k), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov; 12. Rövşən Hüseynli, 11. Xətai Bağırov, 13. Hüseyn Seyidəbülfəz, 14. Məsud Nəsirzadə, 15. Məhəmmədtaha Neməti, 18. Adil İsmayılov, 19. Sadiq Cavid, 20. Emil Həsənzadə.
Baş məşqçi: Joze Alesio da Silva.
Yasamal İSK: 23. Namaz İsmayılov, 5. Vüsal Səfərov (k), 11. Amil Əlimirzəyev, 3. Məhərrəm Orucov, 10. Məhəmməd Eyniyev; 1. Ceyhun Nağıyev, 19. Nirat Şahtaxtinski, 2. Anar İsayev, 6. Davud Bağıri, 9. İbad Məmmədov, 13. Nihad Mahmudov, 14. İmran Təhmirazlı.
Rəhbər: Azər Əmənov.
Qollar: O.Rüstəmli, 4 (1:0). M.Nəsirzadə, 6 (2:0). S.Cavid, 7 (3:0). M.Neməti, 7 (4:0). M.Nəsirzadə, 9 (5:0). O.Rüstəmli, 10 (6:0). O.Rüstəmli, 12 (7:0). N.İsmayılov, 13 (8:0). X.Bağırov, 13 (9:0). V.Səfərov, 20 (9:1). M.Eyniyev, 22 (9:2). M.Neməti, 33 (10:2). E.Həsənzadə, 39 (11:2). E.Həsənzadə, 40 (12:2). İ.Məmmədov, 40 (12:3).
Vərəqə: A.İsayev, 38 – sarı.
Hakimlər: Rahin Heybətov, Anar Fərəcov, Vüsal Balaşov.
2 aprel. Bakı İdman Sarayı.

Ekol – Xəzər Cənub 3:5 (1:2)
Ekol: 99. Emin Kürdov, 4. Fərid Atakişiyev, 10. Samir Həmzəyev, 11. Namiq Məmmədkərimov (k), 17. Fərid Ələkbərov; 1. İntiqam Babayev, 2. Radik Əhmədov, 5. Sərxan Məstiyev, 9. Əsgər Abasov, 14. Zaur Fərziyev, 33. Ələsgər Ələsgərli, 77. Faiq Əliyev.
Məşqçi: Radik Əhmədov.
Xəzər Cənub: 24. Həmid Rəşidi, 9. Fərid Məzahiri, 11. Şahab Şahnazi, 13. Əmir Şocayi, 20. İsaq Surqalı; 1. Əli Xadimi, 33. Rza Təbrizi, 7. Hadi Rizvan, 10. Mehdi Pənahande (k), 12. Raşid Qalapur, 78. Behzad Şebli, 99. İlkin Mirzəyev.
Menecer: Tuğsal Eliz.
Qollar: F.Atakişiyev, 3 (1:0). S.Şahnazi, 14 (1:1). İ.Surqalı, 15-p. (1:2). B.Şebli, 25 (1:3). F.Əliyev, 36 (2:3). N.Məmmədkərimov, 39 (3:3). Ş.Şahnazi, 40 (3:4). B.Şebli, 40 (3:5).
Vərəqə: F.Ələkbərov, 3. B.Şebli, 10. R.Qalapur, 14. Ə.Abasov, 15. N.Məmmədkərimov, 17. H.Rəşidi, 19. H.Rizvan, 19 – sarı.
Hakimlər: Ramiz Məhərrəmov, Azad Hüseynov, Ramil Namazov.
2 aprel. Bakı İdman Sarayı.

Neftçi – Liman 23:2 (11:0)
Neftçi: 23. Seyidəhməd Yaqubi, 7. Rəcəb Fərəczadə , 10. Rüfət Balakişiyev (k), 14. Vitali Borisov, 94. Oruc Baxşəlizadə; 1. Samir Mehtiyev, 6. Salar Şahnazi, 8. Vahib Xocayev, 13. Əjdər Əjdərov, 17. Tural İsmayılov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Liman: 12. Əli Delyo, 27. Vahid Ansari (k), 13. Elsevər Əliyev, 14. Paşa Tanırverdiyev, 3. Anar Abbasov.
Rəhbər: Fariz Əkbərov.
Qollar: R.Balakişiyev, 1 (1:0). R.Balakişiyev, 2 (2:0). R.Balakişiyev, 2 (3:0). V.Borisov, 3 (4:0). O.Baxşəlizadə, 4 (5:0). S.Şahnazi, 5 (6:0). V.Xocayev, 8 (7:0). V.Borisov, 10 (8:0). V.Borisov, 11 (9:0). S.Şahnazi, 13 (10:0). S.Şahnazi, 16 (11:0). S.Şahnazi, 22 (12:0). P.Tanrıverdiyev, 22 (12:1). R.Fərəczadə, 25 (13:1). V.Borisov, 25 (14:1). R.Balakişiyev, 26 (15:1). T.İsmayılov, 30 (16:1). P.Tanrıverdiyev, 31 (16:2). Ə.Əjdərov, 32 (17:2). T.İsmayılov, 33 (18:2). R.Balakişiyev, 34 (19:2). T.İsmayılov, 34 (20:2). T.İsmayılov, 38 (21:2). V.Xocayev, 38 (22:2). S.Şahnazi, 39 (23:2).
Vərəqə: yoxdu.
Hakimlər: Fuad Həsənov, Kənan Məlikov, İsgəndər Əliyev.
2 aprel. Bakı İdman Sarayı.
1. Araz 21 15 4 2 157-48 49
2. Neftçi 21 15 1 5 141-59 46
3. Xəzər Cənub 21 13 3 5 196-68 42
4. Ekol 20 13 3 4 174-57 42
5. Yasamal MFK 20 6 1 13 95-107 19
6. Liman 20 2 0 18 65-275 6
7. Yasamal İSK 21 2 0 19 67-281 6
Bombaridlər: Hadi Rizvan (Xəzər Cənub) – 67, Namiq Məmmədkərimov (Ekol) – 49, Xətai Bağırov (Araz) – 31.

Son xəbərlər

"Qəbələ" Türkiyəyə yollandı

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Madriddən Pireyə yollandı

Millimizin oyunlarının vaxtı bəlli oldu

Millimiz Superfinalda!

“IronWind 70.3” yarışının qalibləri müəyyənləşib

İtaliya futbolu tarixində ilk

Mirabdulla ilə Fəhminin taleləri necə olacaq? - AÇIQLAMA

Ağır xəstəliyə məğlub oldu…

İspaniya klubu 40 yaşlı futbolçu ilə müqavilə imzaladı

O da “İnter”dən “Montsa”ya keçdi

"Zirə" Sərtanla davam edir

Superkubok matçı harda keçiriləcək?

Ronaldo ÇL-də oynamaq istədiyi üçün...

Türkiyə klubu "Qarabağ"ın əsas üzvünü transfer etmək istəyib

Həsrət Məmmədyarov: "Komandamla fəxr edirəm"

Sampaolinin xələfinin kimliyi bilindi

Ruan Renato buna söz verdi

Cavid Hüseynov serb məşqçini yanında istəyir - ÖZƏL

Cenk 3-cü dəfə ''Beşiktaş''a gəldi

Tayson məhbəs günlərindən danışdı

"Qarabağ" rəsmisi səhmlərin 300 minə satılmasına etiraz etdi

"Fənərbaxça"nın Avstriya toplanışına kimlər aparılmadı?

"Araz-Naxçıvan" "Sabah"ın hansı futbolçularını transfer edir? - AÇIQLAMA

Yokiç MBA tarixinə düşdü

“Qalatasaray” yeni anlaşma ilə rekord qıracaq

Bu şəxs "Sumqayıt"ın yeni idman direktoru olacaq

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

"Formula-1"in sabiq rəhbərinin Putin sevgisi

Moldova millisinin üzvü Azərbaycan klubunda - ÖZƏL

“Trabzonspor” Nvakaemenin boşluğunu onunla dolduracaq

“Kəpəz” 3 legionerlə güclənir: 2 gürcü, 1 iranlı - ÖZƏL

Jurnalistlər arasında komanda şəklində şahmat çempionatı keçiriləcək

Pyaniç ümidləri doğrulda bilməməsini nə ilə izah etdi?

Nurlan İbrahimovun vəkili bu quruma məktub göndərəcək

Hemiltonun Britaniya “Qran-pri”sində iştirakına qadağa qoyula bilərmiş

Qurban Qurbanov: "Hazırlığımızdan tam razı qala bilmərəm" - VİDEO

Amerikalı jurnalistdən rusiyalı idmançı ilə bağlı şok təklif

Millimiz Maltaya uduzdu

Güləşçimiz Avropa çempionatının finalında

Karpin ilə müqavilə yeniləndi

Ozan Tufan rəsmən ''Hall Siti''nin oyunçusu oldu

Cüdoçularımızdan Avropa turnirin ilk günündə 5 medal

Tanınmış türkiyəli forvard 4-cü divizionda oynayacaq

Ayxan Abbasov komandanı Tovuza aparır

Bütün xəbərlər