Region Liqasında gərginlik artır
Vüqar Nadirov “Uğur”a uğur gətirmədi
Aprelin 6-da Region Liqasında ikinci pley-off mərhələsinin cavab oyunları keçiriləcək. İlk görüşlərdən sonra heç bir komandanın yarımfinala vəsiqə baxımından inamlı addım atdığını söyləmək olmaz. Çempionluğa iddialı “FC Baku”nun “doğma divarlar” arasında “Füzuli” ilə 1:1 oynaması ilk baxışdan sürpriz nəticə kimi görünsə də, ötən mövsümün bürünc mükafatçılarının heç də zəif olmadığını qeyd etmək lazımdı. Ancaq matçdan sonra mətbuata açıqlama verən paytaxt təmsilçisinin oyunçuları ilk qarşılaşmada qeydə alınan hesabın təsadüf olduğunu, Horadizdə baş tutacaq cavab görüşündə rəqibi yenib yarımfinala yüksələcəklərini qeyd ediblər.
Bu mərhələdə Ağdaşa səfər edən “Şahdağ” da ilk görüşdə qol vura bilməyib. Yerli “Şirvan”la görüş ərəfəsində qusarlılar favorit göstərilsə də, meydan sahibləri inamlı oyun nümayiş etdirərək, matçın taleyini cavab qarşılaşmasına saxlamağı bacarıb. Yeri gəlmişkən, onu da xatırladaq ki, birinci pley-off mərhələsində Kamran Əlibabayevin komandası iki oyunun nəticəsinə görə “Göyəzən”in qapısından 9 qol keçirməklə yadda qalmışdı. Siyəzəndə keçiriləcək cavab qarşılaşmasından kimin gülə-gülə ayrılacağını isə zaman göstərəcək.
Bu mərhələdə yeganə qləbə qazanan komanda “Energetik” oldu. Mingəçevir təmsilçisi öz meydanında, mindən çox azarkeşin gözü qarşısında liqanın ötənilki qalibi “Uğur”u 3:1 hesabı ilə udmağı bacardı. “Nur şəhəri”nin təmsilçisinin heyətində vaxtilə “Qarabağ”dakı çıxış ilə azarkeşlərin yaddaşında qalan Zaur Qarayev meydana çıxmışdısa, sumqayıtlılar “FC Baku”dan ayrılan Vüqar Nadirovu rənglərinə bağlamaqla yadda qalmışdılar. Ancaq görünür, Vüqarın ideal formada olmaması bu dəfə də sözünü deyib. Şənbə günü Sumqayıtda, “Kapital Bank Arena”da keçiriləcək oyunun gərgin məcrada keçəcəyini əminliklə vurğulamaq olar. Hər halda, liqanın ilk çempionu olan “Uğur” “doğma divarlar” arasında 2 topluq fərqi aradan qaldırıb, 90 dəqiqənin tamamında sevinən tərəf olmaq üçün ilk dəqiqələrdən rəqibin üzərinə gedəcək.
RƏŞAD

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər