Ağatahir Əzimovun komandasını meydan sahibləri də kötəklədi
“İrad bildirəndə oyunçu deyir ki, məni keçmədilər ki, filankəsin oyunçusu idi”
Avropa çempionatı
Əsas mərhələ, 2-ci qrup
Azərbaycan (U-19) – Sloveniya (U-19) 1:9 (0:5)
Azərbaycan: 1. Vladislav Reznov, 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli; 12. Niyaz Əhmədov, 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə.
Baş məşqçi: Ağatahir Əzimov.
Sloveniya: 12. Maks Vidmar, 3. Matiç Qoznik, 6. Tilen Qayser, 10. Timotey Debelyak (k), 13. Ceremi Bukoveç; 1. Yuri Vetrik (q), 2. Matey Axçin, 4. Maks Vesel, 8. Vanç Floryançiç, 11. Marko Belçeviç, 14. Marko Moxoriç, 15. Tod Çiuxa.
Baş məşqçi: Andrey Doboviçnik.
Qollar: M.Qoznik, 1 (0:1). M.Belçeviç, 12 (0:2). T.Qayser, 15 (0:3). T.Debelyak, 16 (0:4). M.Moxoriç, 19 (0:5). T.Çiuxa, 28 (0:6). M.Belçeviç, 30 (0:7). V.Floryançiç, 32 (0:8). T.Qayser, 39 (0:9). İ.Pənahov, 40 (1:9).
Vərəqələr: İ.Pənahov, 23. N.Quluzadə, 35 – sarı.
Hakimlər: DAMİAN YARUŞEVİÇ (Polşa), Marko Rotenfluh (İsveçrə), İvo Tsenov (Bolqarıstan).
Hakim-inspektor: Antonio Xose Fernandes Kardoso (Portuqaliya).
UEFA nümayəndəsi: Sena Dipple (İngiltərə).
30 mart. Sloveniya. Podçetrtek İdman Sarayı.
Şənbə günü 19 yaşadək futzalçılar arasında ilk dəfə keçirilən Avropa çempionatının əsas mərhələsinə yekun vuruldu. İlk iki turda üzümüzü qaraldan yığmamız meydan sahibi Sloveniya ilə son oyunda da biabırçı yenilgiyə məruz qaldı. Artıq 26-cı saniyədən etibarən Ağatahir Əzimovun komandasını “qol yağışı”na tutan meydan sahibləri ilk yarını 5:0 öndə bitirdi. Fasilədən sonra da yeniyetmələrimizi kötəkləməyə davam edən Sloveniyanın sonuncu – 9-cu qolundan sonra U-19 təsəlli qolunu vurdu. Kapitan İqbal Pənahovun final fitinə 39 saniyə qalmış təşkilatçı ölkə təmsilçisinin qapısına vurduğu qol “ucuz təsəlli”dən başqa bir şey deyil. Beləliklə, U-19 keçirdiyi 3 oyunun hamısında darmadağına məruz qaldı.
Qrupun digər oyununda Hollandiya və Cənubi Kipr üz-üzə gəldi ki, rəqibini 4:1 hesabı ilə məğlub edən hollandlar qrup qalibi kimi final mərhələsinə vəsiqə qazandı. Yeri gəlmişkən, Latviyada təşkil olunacaq final mərhələsinə Hollandiyadan başqa İspaniya, Portuqaliya, Rusiya, Ukrayna, Polşa və Xorvatiya yığmaları vəsiqə əldə etdi.
Yığmamızın baş məşqçisi Ağatahir Əzimov Futzal Federasiyasının rəsmi saytına oyunla bağlı bunları deyib: “Final mərhələsinə Hollandiya vəsiqə qazansa da, Sloveniyanı qrupumuzun ən güclü komandası hesab edirəm. Anlaya bilmirəm ki, Hollandiyaya necə uduzdular. Hiss olunur ki, bu komandanın üzvləri məktəb keçiblər, uzun müddətdi bir yerdə oynayırlar. Qarşılaşmaya gəlincə, fikrimdə qalıram, yaxşı oyun gözlədiyim uşaqlar ümidləri doğrultmadılar. Bəziləri rəqibdən çəkindilər, bəziləri isə mübarizə aparmağa çalışdılar. Biz yalnız fiziki göstəricilərə görə yox, digər komponentlərdə də onlardan geri qalırdıq. Ustalığımız çatmırdı. Təkbətək epizodlarımız oldu, amma istifadə edə bilmədik. 4-5 qolu isə uzaqdan vurulan zərbələrdən sonra buraxdıq. Bir oyunda qapıçımız yaxşı dayanır, komandaya kömək edir, əvəzində oyunçularımız zəif çıxış edir. Digər qarşılaşmada isə əksinə olur. Komanda şəklində hələ formalaşmamışıq. İrad bildirəndə oyunçu deyir ki, məni keçmədilər ki, filankəsin oyunçusu idi. Belə düşünmək olmaz. Biz meydanda bir-birimizi “sığortalamalıyıq”. Bu Hollandiya ilə 2 il əvvəl U-17 səviyyəsində qarşılaşmışdıq. Müqayisə apardıqda nə qədər inkişaf etdiklərini görürük. Biz də gərək çox işləyək, fasilə verməyək. Bu işə başlamışıqsa, davam etməliyik. Bir məqama da toxunum. Bizim heyətin 9 üzvü 2001, rəqibin futzalçıları isə 2000 təvəllüdlüdülər. Bir yaş fərqi çox şey deməkdi. Bizim hazırkı heyətin 9 üzvündən növbəti seçmə mərhələnin oyunlarında da istifadə etmək olar”.
1. Hollandiya 3 3 0 0 15-6 9
2. Sloveniya 3 2 0 1 19-6 6
3. Cənubi Kipr 3 1 0 2 8-11 3
4. Azərbaycan 3 0 0 3 3-22 0
MİRAĞA

Son xəbərlər

“Çelsi” “Lester”in oyunçusu ilə razılığa gəldi

“Komandamın ifasında aqressiv futbol görmək istəyirəm” - Laurentsiu Regekampf

“Qollardan sonra toparlanmaq çətin idi” - Yaşar Vahabzadə

Solmaz Adilova: “Valideynlərin dəstəyi qadın güləşçilərimiz üçün vacibdi” - LAYİHƏ

“Neftçi” - “Kəpəz” matçında qol yağışı - YENİLƏNİB

“İnter” oyunçusunu icarəyə verdi

İngiltərədən İtaliyaya yollandı

“Qarşıdakı turlarda daha yaxşı komanda görəcəyik” - Elmar Baxşıyev

“Barselona” oyunçusunu “Valensiya”ya yolladı

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

“Neftçi”də ciddi itki

Millimiz məğlub oldu - KONYA-2021

Şöhrətin zirvəsindən dəmir barmaqlıqlar arasına!

De Byazi bu gün Bakıda olacaq

“Füzuli”nin prezidenti “Neftçi”nin futbolçusunu təhqir etdi

Bernardo Silva “Mançester Siti”dən ayrılacaqmı? - MÜSAHİBƏ

"Liverpul"da yeni müqavilə

Kostiç "Yuventus"da

"Sampdoriya"dan yeni transferlər

"Latsio" 2 futbolçusunu icarəyə göndərdi

“O mənim paltar dolabımda olan alt paltardan və köynəkdən daha artıq tutul qazanıb” - Yulian Nagelsmann

Provedelin yeni klubu müəyyənləşdi

Ançelotti DÇ-2022-dəki favoritlərini açıqladı

Voleybolçularımız yarımfinalda dayandı - KONYA-2021

Yaradıcılıq uğursuzluğu, ancaq iflas yox - YAZI

Qurban Qurbanovdan kömək istəyin - YAZI

Almanlar Qətəri pisləməkdə davam edir

Ulduz futbolçu ölüm təhdidi aldığı üçün komandadan ayrıldı

''Girəsunspor'' ''Qalatasaray''a dejavü yaşatdı

Ronaldo ten Haqın əlini sıxmadı

PFL-in yeni mətbuat katibi kim olacaq? - AÇIQLAMA

"Bu gün üçün “Misli” ilə aramızda belə razılaşma yoxdu" – Aslan Şahgəldiyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

DÇ-2022-nin açılış tarixi dəyişdi

"Kifayət qədər keyfiyyətli oyunçularımız var" - "Viktoriya"nın futbolçusu

“Traktor”la problem yaşadı, yenidən “Sumqayıt”a döndü - ÖZƏL

"Barselona"nı tərk etmək istəmir

Menecerlər “Viktoriya”nı çətin, amma keçiləsi rəqib sayır - AÇIQLAMALAR

DÇ həyəcanı: 1-dən 22-yə qədər

"Barselona"da növbəti ayrılıq

Messinin PSJ-dəki taleyinə aydınlıq gəldi

"Yuventus"dan "Mançester Yunayted"ə

"Viktoriya" "Qarabağ"la oyun öncəsi qələbə qazandı

"Turan Tovuz" ilk qələbəsini belə qazandı - VİDEO

Renat Dadaşov qol vurdu, komandası lider oldu - VİDEO

Bütün xəbərlər