
Eltac dünya kubokuna vəsiqə qazandı
Şimali Makedoniya Respublikasının paytaxtı Skopyedə keçirilən şahmat üzrə Avropa çempionatına dünən yekun vuruldu. Son tur ərəfəsində yarışa qatılan 7 təmsilçimizdən yalnız Eltac Səfərli uğurlu sonluğa yaxın idi. O, son turu da qələbə ilə başa vursa da, yekun sıralamada 11-ci oldu. Bununla belə, Səfərli ilk “23-lüy”ə düşməklə dünya kubokuna vəsiqə qazandı.
11-ci tur
Eltac Səfərli (2662) - Matias Blyuebaum (Almaniya, 2616) 1:0
Loran Fressinye (Fransa, 2652) - Ülvi Sadıqov (2488) 0,5:0,5
Rauf Məmmədov (2701) – Qabriel Qehviler (İsveçrə, 2414) 1:0
Mirça-Emilian Parliqras (Rumıniya, 2657) - Abdulla Qədimbəyli (2404) +-- (təmsilçimizə texniki məğlubiyyət verilib)
David Qavrilesku (Rumıniya, 2467) - Kənan Qarayev (2368) +-- (təmsilçimizə texniki məğlubiyyət verilib)
Alparslan İşık (Türkiyə, 2180) - Məhəmməd Muradlı (2444) 0,5:0,5
Aleksandr Konstantinov (Şimali Makedoniya Respublikası, 2079) - Cahandar Azadəliyev (1863) 0:1
Yekun sıralama: 1. Vladislav Artemyev (Rusiya) – 8,5, 2. Nils Qrandelius (İsveç) – 8,5, 3. Kasper Piorun (Polşa) – 8… 11. Səfərli – 8, 135. Məmmədov – 6, 154. Sadıqov – 6, 198. Muradlı – 5,5, 236. Qarayev – 5, 244. Qədimbəyli – 5, 304. Azadəliyev - 4.