“Sumqayıt” akademiyasının yeni direktoru iddialıdı
Hakan Sünal: “Cenk Tosun və bir çox adını çəkmədiyim oyunçu rəhbərliyim altında top qovub”
Xəbər verdiyimiz kimi, “Sumqayıt” Futbol Akademiyasının direktoru vəzifəsinə Hakan Sünal təyin olunub. Bununla bağlı dünən “Kapital Bank Arena”nın mətbuat konfransı salonunda adı çəkilən mütəxəssisin təqdimat mərasimi keçirildi. Tədbiri “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov açıq elan etdikdən sonra söz klub prezidenti Riad Rəfiyevə verildi. Rəfiyev öz növbəsində Sumqayıtın idman şəhəri olduğunu, idmanın müxtəlif sahələrində dünya və Avropa çempionları yetişdirdiyini söyləməklə yanaşı, klubun yeni direktorunun təyinatından danışdı: "İdman şəhəri olan Sumqayıtda klubumuzun akademiyası bu gündən etibarən yeni mərhələyə qədəm qoyur. Avropa təcrübəsi olan Hakan Sünal növbəti iki ildə akademiyamızın rəhbəri vəzifəsində çalışacaq. Bu gündən plan üzrə işlərimizə start verəcəyik. Bildiyiniz kimi, bu yaxınlarda AFFA tərəfindən klublara uşaq futbolunun inkişafı üçün vəsait ayrılıb. Ölkədə ilk olaraq bu işə biz start verdik. Bir müddət əvvəl 5 məşqçimiz Avropanın öndə gedən futbol akademiyalarından olan "Altınordu"da təcrübə keçdi. Bu bir daha ona sübutdu ki, "Sumqayıt" AFFA-dan gələn vəsaiti məhz uşaq futboluna yönəldir. Əsas prinsiplərimizdən biri də "Sumqayıt" Futbol Akademiyasının yalnız "Kapital Bank Arena"dan ibarət olmamasıdı. Yaxın gələcəkdə şəhərin müxtəlif ərazilərində akademiyamızın bölmələrini açmağı düşünürük. Bizim aşağı yaş qruplarımız növbəti mövsümdən etibarən şəhərin müxtəlif ərazilərində də cəmləşəcək. Bu sistem valideynlərin işini bir qədər də asanlaşdıracaq. Əsas prinsiplərimizdən biri də yaxın illər ərzində "Sumqayıt"ın əsas komandası və yığmalar üçün futbolçu yetişdirməkdi. İstəyimiz odu ki, ən azı 5 ildən sonra əsas komandamızın böyük hissəsini akademiyamızın futbolçuları tutsun. Daha bir vacib məsələyə toxunum. Ötən həftə "Sumqayıt" Futzal Məktəbinin açılışı haqda məlumat verdik. Düşünürəm ki, futzal futbolçuların böyük futbola gəlməsində önəmli rol oynayır. Məsələn, deyə bilərəm ki, bu gün bir neçə dünya ulduzu məhz futzaldan böyük futbola qədəm qoyub. Futzal məktəbinin yaradılması layihələrimizin bir hissəsini təşkil edəcək. Ümumilikdə layihələr çoxdu, bu işləri pillə-pillə həyata keçirməyə çalışacağıq. Yekunda bildirim ki, Hakan Sünala inamımız sonsuzdu, onunla əl-ələ verib bu işləri zamanla həyata keçirəcəyimizə inanıram".
Rəfiyevin ardından söz yeni direktora verildi. Sözə tədbir iştirakçılarının Novruz bayramını təbrik etməklə başlayan mütəxəssis klub rəhbərliyinə bu şansa görə təşəkkürünü bildirdi. Karyerası barədə məlumat verən Sünal “Sumqayıt”da məşqçilərlə birlikdə istedadlı futbolçuların yetişdirilə biləcəyini vurğulamaqla yanaşı, əsas iş sistemi və gələcək planlarından danışdı: "İlk öncə klubun rəhbəri Riad Rəfiyevə mənə inanıb bura dəvət etdiyi üçün minnətdarlığımı bildirirəm. Özüm haqda qısa məlumat verim. 38 yaşındayam, 2001-ci ildən məşqçi karyerasına başlamışam. “Ayntraxt Frankfurt”, “SG Rosenhöhe”, “SpVgg Oberroad 05” və “FSV Frankfurt” klublarında çalışmışam. Son iki mövsümdə “FSV Frankfurt” klubunun U-19 komandası ilə uğurlu nəticələrə imza atmışam. Bu müddət ərzində klubun əsas komandasına 12 futbolçu verdiyimi deyə bilərəm. Əsas hədəfimiz "Sumqayıt"da sağlam akademiya mühiti yaratmaqdı. Görüləcək işlər həddən artıq çoxdu. Lakin bunu mən tək bacara bilmərəm. Birlikdə, məşqçilərimizlə bu işlərin öhdəsindən gələcəyimizə inanıram. Üç həftə əvvəl bura gəldim, şərait və akademiya ilə tanış olandan sonra bu şəhərdə uğur qazanacağımı anladım. Yaxın gələcəkdə "Sumqayıt" akademiyasını Azərbaycanın sayılıb-seçilən akademiyalarından birinə çevirəcəyimizə inanıram. İlk öncə düzgün struktur qurmağı planlaşdırırıq. Daha sonra pilləli şəkildə futbol fəlsəfəmizi aşılamaqla düzgün iş qurmalıyıq”.
Daha sonra klub rəhbərliyi və Hakan bəy media mənsublarının suallarını cavabladılar.
- “Sumqayıt”la müqavilə bağlamamış bu şəhərin futbolu barədə məlumat toplamısız?
- H.S.: 3 həftə öncə Sumqayıta gəlmişdim. İnternet üzərindən də çox araşdırma aparmışam. Topladığım bilgiyə əsasən Sumqayıtda nəinki futbol, başqa idman növləri də çox məşhurdu. Bu şəhərdən yetərincə tanınmış futbolçu və idmançı çıxıb. Konkret futbola gəlincə, hazırda klub inkişaf mərhələsindədi və qarşıdakı 5-6 ildə daha yüksək zirvələrə qalxa bilər. Rəhbərlik də bu yöndə çox iş görmək istəyir ki, bu da məni çox həvəsləndirdi.
- Müqavilənin müddətini bilmək istərdik və burda çalışdığı dönəmdə Hakan bəyin qarşısına konkret hansı məqsədlər qoyulub?
- R.R.: Müqavilənin müddəti iki il olacaq. Ancaq ola bilər ki, sonradan daha bir neçə illik uzadılsın. Onun qarşısına əsas komandaya futbolçu yetişdirmək, bundan başqa, akademiyada çalışan məşqçilərə də öz bilik və bacarığını aşılamaq vəifəsi qoyulub. Biz həm perspektivli uşaqlar yetişdirmək, həm də savadlı kadrlara sahib olmaq istəyirik. Hakan bəy uzun illər Almaniyada müxtəlif yaş qruplarında çalışıb. Bu sahədə böyük təcrübəyə malikdi. Özünüz də bilirsiz ki, Almaniyanın müxtəlif yaş qrupları üzrə yığmaları həmişə dünyada sayılıb-seçilənlərdən olub. Bundan başqa, onun köməyi ilə yeni struktur da formalaşdırmaq niyyətindəyik. Sabahdan etibarən akademiyanın yeni direktoru məşqçilərlə görüşəcək. Onlardan başqa Sumqayıt şəhərində digər klub və məktəblərdə çalışan məşqçiləri də bir araya gətirmək fikirimiz var.
- Bildirdiz ki, artıq akademiyanın yüksək səviyyədə fəaliyyət göstərməsi üçün hər cür şərait var. Şəraitdən başqa maliyyə resursları da olmalıdı ki, görülən işlər effekt versin. Məsələn, məşqçilər ölkə xaricində təcrübə keçsinlər, müxtəlif yaş qrupları xaricdə təşkil olunan turnirlərə qatılsınlar. Akademiya üçün ayrıca büdcə ayırmaq fikriniz var?
- R.R.: Çox gözəl sualdı. “Sumqayıt”ın büdcəsi premyer-liqanın başqa təmsilçiləri ilə müqayisədə azdı. İndi konkret rəqəmlərə toxunmaq istəmirəm. Ümumi büdcənin də 20 faizi akademiyaya sərf olunur. Ötən ilin noyabrında AFFA uşaq futbolunun inkişafı üçün nəzərədə tutulan layihə çərçivəsində klublara təxminən 1 milyon manata yaxın vəsait ayırdı. Elita klubları arasında həmin məbləği məhz istiqaməti üzrə ilk xərcləməyə başlayan da biz olduq. Və eyni yolla da davam edəcəyik. Komandalarımızın müxtəlif turnirlərdə iştirakını təmin edəcəyik, ildə iki dəfə məşqçilərimiz təcrübə toplamaq üçün başqa ölkələrə yollanacaqlar. Bu haqda da Hakan bəylə söhbətimiz olub. Plana əsasən yayda əməkdaşlarımız Almaniyaya gedəcək. Növbəti mövsüm üçün daha bir neçə layihəmiz olacaq. Onlardan biri də qapalı manejin qurulmasıdı. Uzunluğu 60, eni 40 metr olan arenanı elə öz ərazimizdə quraşdıracağıq.
- Burda görüdüyünüz şərait sizə yeni güclü futbolçular yetişdirməyə imkan verəcək? Ümumiyyətlə, bir futbolçunu sıfırdan yetişdirmək üçün öncə nələr tələb olunur? Məsələn, Almaniyada “Leyptsiq” klubu hər il uşaq futboluna 30 milyon avro xərcləsə də, heç bir nəticə əldə edə bilmir.
- H.S.: Onu çox düzgün qeyd etdiz ki, hər şey pula bağlanmır. Düzdü, maddiyyat çox şey deməkdi, ancaq ondan düzgün istifadə olunmayınca, görülən işlər heç bir bəhrə verməz. İlk işimiz bəlli bir futbol fəlsəfəsini müəyyənləşdirməkdi. U-10-dan başlayaraq, U-19-a kimi bütün işlər planlı şəkildə görülməlidi.
- Sizin üçün nəticə önəmli olacaq, yoxsa futbolçu yetişdirmək? Bizdə, adətən, klub rəhbərləri hər nə qədər açıqlamalarında aşağı yaş qruplarından nəticə tələb etmədiklərini bildirsələr də, bağlı qapılar arxasında məşqçilərin qarşısına turnir cədvəlini qoyub hesab istəyirlər.
- H.S.: Təbii ki, futbol nəticə tələb edən idman növüdü. Ancaq bu əsas komandaya aiddi. Aşağı yaş qruplarında nəticə heç də önəmli deyil. Düzdü, bəzən görülən işi bilmək üçün kimlərsə tabloya baxır. Ancaq əminəm ki, həyata keçirəcəyimiz planlar reallaşınca, uşaqlar futbol fəlsəfəmizi mənimsədikcə, nəticə də olacaq.
- 20 ildi məşqçilik etdiyinizi bildirdiz. Bu gün də 38 yaşınız var. Belə çıxır ki, heç vaxt böyük futbol oynamamısız və uşaq futbolundan sonra birbaşa məşqçiliyə başlamısız. Bu sizə işinizdə mane olmur ki?
- H.S.: Erkən yaşlarımda başa düşdüm ki, məndən peşəkar futbolçu olmayacaq. Ona görə də məşqçiliyə üz tutdum. Qarşıma peşəkar futbolçular yetişdirmək məqsədi qoydum. Bu gün hamınızın tanıdığı Cenk Tosun və bir çox adını çəkmədiyim oyunçu rəhbərliyim altında top qovub. Böyük futbol oynamamağım heç vaxt işimə mane olmayıb, bu məsələ mənə çətinlik yaratmayıb. Heç də hər zaman böyük karyeraya malik tanınmış futbolçular uğurlu məşqçi karyerası qura bilməyiblər. Ortada yetərincə belə faktlar var.
- Yəqin ki, sizdən əvvəl “Sumqayıt” Futbol Akademiyasında Frenk Bernard adlı almanın çalışdığından xəbəriniz var. O da idman direktoru vəzifəsini icra edirdi, üstəlik təqdimat mərasimində sizin kimi gözəl fikirlər səsləndirmişdi. Lakin sonda məlum oldu ki, onun çalışdığı dönəmdə akademiyada heç bir iş görülməyib. İki il boşuna gedib...
- H.S.: Mənim ondan fərqli ən böyük üstünlüyüm türk dilində, yəni hamının başa düşdüyü dildə danışmağımdı. Alman dostumuz bəlkə də buranın mentallığına uyğunlaşa bilməyib, məşqçilərlə ətraflı danışmaqda çətinlik çəkib. Bu üzdən işləri düz getməyib. Mən isə türk oğlu türkəm və bir-birimizi çox gözəl anlayırıq. Mən burdakı həyata tez uyğunlaşacam, buna heç şübhəm yoxdu. Hamını da qardaş gözündə görürəm.
- Akademiyanın kadr siyasəti necə olacaq? Məçqçilərdən tələbləriniz nədən ibarətdi?
- H.S.: Hamısı ilə birgə işləyəcəm. Bir əlin nəyi var? Heç nəyi. Ancaq iki əlin səsi var. Heç şübhəsiz, təkbaşına heç nə edə bilmərəm. Növbəti həftədən etibarən onlarla söhbət edəcəm, futbol fəlsəfəmi anlatmağa çalışacam, mənə lazım olan informasiyanı alacam. Əl-ələ verib yolumuza davam edəcəyik. Hamımız bura “Sumqayıt” Futbol Akademiyasının inkişafı naminə toplaşmışıq.
RƏŞAD

Son xəbərlər

"Futbolçular özlərini peşəkar və soyuqqanlı apardılar” - Qurban Qurbanov

Şahruddin ən çox seyv edən qapıçılar siyahısında - Avroliqa

Avropa liqasında həftənin ən yaxşısı adına namizədlər açıqlandı

Millimiz dünya çempionatında ilk oyununa çıxır

"Qarabağ" yenə Azərbaycanın əmsalını artırdı

"Deməyə sözümüz yoxdu" - "Olimpiakos"un futbolçusu

"Belə bir turnirdə səhv edəndə bədəlini ödəyirsən" - Miçel Qonzales

"Bu qalibiyyət hələ heç nə demək deyil" - Qurban Qurbanov

"Qarabağ"ın Pirey fəthi - VİDEO

"Qarabağ" Yunanıstandan böyükhesablı qələbə ilə dönür - YENİLƏNİB

"Dinamo"dan Mahirlə bağlı açıqlama

"Roma"dan Mourinyo qərarı

''Hall Siti'' uğursuz seriyanı bitirdi

Manenin ''Qızıl top'' üçün favoriti kimdi?

“Napoli”də yeni müqavilə

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə azarkeşlər arasında dava - VİDEOLAR

"AFFA İcraiyyə Komitəsi fərqli qərar veribsə, daha nə edək?" - Ağasəlim Mircavadov

Qvardiola Holann ilə bağlı təkzib verdi

“Səbail” yataqxana qalmaqalına aydınlıq gətirdi - AÇIQLAMA

“Çelsi”nin tarixinə düşdü

FIFA Mahir Emrelini cəzalandırdı

Sabiq əfsanələr Ronaldoya görə mübahisə etdi

“Yaşıl meydanlarda zəif olsalar da, AFFA ideoloqları kabinet savaşlarında yığmaya iddialılardan daha güclüdülər” - Tahir Süleymanov

AFFA rəsmisi De Byazi ilə səfərə çıxır

1765 günlük həsrətə son qoydu

Messini arxada qoyub 2-ci yerə çıxdı

Kalabriya ilə Kyaerin aqibəti məlum oldu

Suaresin yeni klubu müəyyənləşdi

Şahin Diniyev İcraiyyə Komitəsinin qərarını düzgün sayır

''Liverpul'' ''Qalatasaray''ın bu oyunçularını izləyir

Klubu ilə yenidən anlaşdı

"Qəbələ" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Gəncəli futbolsevərlərə şad xəbər

Maşallah Əhmədov İqor Ponomaryovun Qurban Qurbanovla bağlı iddiasına cavab verdi

Azı yarım illiyə sıradan çıxdı

UEFA-dan Rauf Cabbarova növbəti təyinat

UEFA Azərbaycanın 7 klubuna ödəmə etdi

Alkaras və Sventek hamıdan öndədi - SİYAHI

“Afinanın küçələrində üzərində “Azərbaycan”, “Qarabağ” yazılan köynəklərdə gəzirik”

“Elçe”də gözlənilən istefa baş tutdu

“Bursaspor”un Namik Ələskərova nə qədər borcu var?

Ukrayna DÇ-2030-u təşkil etmək fürsəti qazandı

Yığmanın baş məşqçi postuna De Byazidən başqa kim namizəd olub? - Vaqif Sadıqov açıqladı

Stankoviç A seriyasına qayıdır

ASCO "Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirdi

Bütün xəbərlər