Xəbər verdiyimiz kimi, futzal yığmamız apreldə 10 günlük təlim-məşq toplanışında olacaq. Joze Alesio da Silvanın komandası aprelin 8-də bir araya gələcək və Bakıda ikigünlük hazırlığın ardından 8 günlük turneyə çıxacaq. Əsas milli ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində milli 4 yoldaşlıq görüşü keçirəcək. Aprelin 11-i və 12-də Latviya, 15-i və 16-da isə Serbiya ilə oyun razılaşdırılıb. Hələlik millinin heyəti açıqlanmayıb. Çox güman, Alesio 23-cü turdan sonra qarşıdakı oyunlara aparacağı heyət üzvlərinin adını elan edəcək. Görünür, braziliyalı mütəxəssisin yerli oyunçu seçimi ilə bağlı müəyyən tərəddüdləri var və bu axşam son qərarını vermək istəyir.
Heyət açıqlanmasa da, dəvət göndərilən “milliləşdirilən” futzalçıların adı bizə məlumdu. Belə ki, Alesio Litvayla Serbiyaya qarşı oyunlarda həmyerlilərindən Tyaqo, Qallo, Fineo və Conatan Luisin xidmətindən yararlanmaq niyyətindədi. Artıq onlar toplanışla bağlı xəbərdar ediliblər. Yalnız Edunun məsələsi açıq qalır. Aprelin 1-nə kimi legionerlər üçün biletlər alınacaq.
MİRAĞA