• Dil seçimi
    • Rus dilində
    • Azərbaycan dilində
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

© 2019 FUTBOL+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

FUTBOL+

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • RU
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
backend

“Yasamal” MFK fəaliyyətini dayandırdı

30 mar, 19 - 01:11722

“Yasamal” MFK fəaliyyətini dayandırdı
Orxan Allahverdiyev: “Ayda komandaya 10 min manat xərcləyirdik”
Bu gün futzal üzrə yüksək liqada növbəti turun oyunları keçiriləcək. Bakı İdman Sarayında keçiriləcək 23-cü turun oyun cədvəlini və təyinatları qəzetimizin ötən saylarından birində nəzərinizə çatdırmışıq. Sadəcə, bir qaranlıq məqam var. Məlum olduğu kimi, “Yasamal” MFK mübarizəni dayandırıb. Reqlamentə görə, çempionat ərzində üzürlü səbəb olmadan 3 oyuna gəlməyən komanda avtomatik yarışdan kənarlaşdırılır. Ötən turda “Araz”la oyuna gəlməməklə “Yasamal” MFK 3-ü haqladı. Komanda üçüncü dövrənin ilk iki turunda “Araz” və “Ekol”la görüşlərdə də iştirak etməmişdi. Baxmayaraq ki, sonradan özlərində güc tapıb 4 oyuna çıxmışdılar. “Yasamal” MFK-nın məsələsinə bir daha qayıtmağımız səbəbsiz deyil. Məsələ burasındadı ki, federasiyanın rəsmi saytı turun təqviminə “Yasamal” MFK – “Ekol” matçını da daxil edib. Hətta oyun saatı və təyinatlar da açıqlanıb. Saat 12.30-a təyin olunan oyunu Mehman Mahmudov, Elmir Quluzadə və Elvin Ağayevdən ibarət briqada idarə etməlidi. Bəlkə “Yasamal” MFK-ya güzəşt olunub? Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovu dinləyək: “Böyük ehtimalla “Yasamal” MFK-nın məsələsi məlumdu. Yəqin yenə oyuna gəlməyəcəklər. Həmin oyunu qrafikə salmamaq olardı. Ancaq biz İntizam Komitəsinin rəsmi qərarını gözləməliyik. Fasilə olduğuna görə İK-nın növbəti iclası gələn həftə baş tutacaq. Soruşduq, dedilər ki, qərar yoxdusa, oyun təqvimdən çıxarılmamalıdı. Bəlkə “Yasamal” MFK elə səbəb göstərəcək ki, İK onu üzürlü sayacaq”.
Əslində federasiyanın rəsmi sənədə əsaslanması normaldı. Amma oxucularımız durumdan tam hali olsun deyə, məsələnin sonuna qədər getdik. Belə ki, axtarıb “Yasamal” MFK-nın rəhbəri Orxan Allahverdiyevi tapdıq və “Ekol”la oyuna çıxıb-çıxmayacaqlarını soruşduq: “Artıq fəaliyyətimizi dayandırmışıq. Federasiya da durumdan xəbərdardı. Maddi vəziyyət yaxşı deyil. Davam etmək iqtidarında deyilik. Komanda dağılıb, iranlıları gətirə bilmirik. Əslində 3-4 nəfərin müqaviləsinin müddəti mövsümün sonuna qədərdi. Tələb etsək, gəlib son dövrəni yola verə bilərlər. Amma onları gətirib maddi xərclərini qarşılaya bilmirik. Legioner gətirirsənsə, ona ev tutmalısan, başqa məişət qayğılarını həll etməlisən, maaş verə bilməsən də, mükafat ayırmalısan. Çünki iranlı gəlib burda qidalanmalı, ailəsinə pul göndərməlidi, ya yox? Dekabrın pulunu öz cibimdən verdim, yanvarda imkanım olmadı. Onlar da çıxıb getdilər. Oyun saatı, təyinatların açıqlanması formal xarakter daşıyır, oyuna gəlməyəcəyik və bunu yuxarılar da bilir. Bu illik fəaliyyətimizə son vermişik. Bəlkə yayda vəziyyət dəyişdi, növbəti mövsüm yenidən qayıtdıq”.
Qeyd edək ki, “Yasamal” MFK-nın əvəzediciləri birinci liqada çıxış edir. Bəs onların taleyi necə olacaq? Allahverdiyev ikinci komandanı saxlayacağını deyir: “İkinci komanda ilə bağlı problem yoxdu. Orda heyət genişdi, 20 futzalçı sifariş etmişik. Komanda ortabablardandı. Nəticəsi bizi tam qane etməsə də, yolumuza davam edəcəyik. Əslində reqlament imkan vermir, yoxsa ordan bir neçə nəfəri əsas komandaya götürüb mübarizəni davam etdirərdik. Əsasnaməyə görə, ikinci komandadan 2 nəfəri yüksək liqada oynada bilərik. Əsas komandada isə cəmi 2 yerli futzalçımız var. Birlikdə say 4 edir, yəni bir “beşlik” belə düzəlmir. Səhv özümüzündü, komandanı formalaşdıranda iranlıların sayını azaldıb yerlilərdən bir neçəsini əlavə etməliydik. İndi belə problemlə qarşılaşmazdıq. Bilmirdik ki, vəziyyət belə alınacaq. 10-12 iranlı gətirmişdik, onların 5-6-nı bizim klublar ələ keçirdi, 1-i İranda özünə klub tapdı”.
Fürsətdən yararlanıb Orxan bəydən komandanın yüksək liqadakı xərclərini də öyrəndik: “Klubu 2014-cü ildə təsis etmişik. 2016/17 mövsümündə 4-cü, 2017/18-də 6-cı yeri tutduq. Ötən mövsüm sponsorumuz var idi. Ayda komandaya 10 min manat xərcləyirdik. Bu il isə bu məbləğ bir neçə dəfə az oldu. Konkret bu mövsüm futbolçulara ödənilən məbləğ və başqa xərclər 2200-2500 aralığında dəyişirdi. Tutaq ki, 2-ci və ya 3-cü yeri tutdum, yenə büdcəmə təsir etməyəcək. Legionerlərin transferindən də heç nə əldə etmədim. Mənə qalan əziyyət oldu. Sonluq da belə alındı, mübarizəni davam edə bilmədik, adımıza xələl gəldi. Federasiyaya kömək üçün müraciət etmədim. Kiməsə yük olmağı xoşlamıram. Belə baxanda mövsümün əvvəlində bizə eşitdirmişdilər ki, federasiyadan nəsə gözləməyin”.
MİRAĞA

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Araz” kubokda uduzduğu əzəli rəqibinə qarşı
backend
Fasilə derbi ilə başa çatacaq
backend
İddialılar tər tökmədən 3 xal qazandı
backend
Mərkəzi oyun canlı yayında
backend
“Yasamal” MFK yüksək liqadan kənarlaşdırılacaq
backend
Tur sabah başlayıb 10 gün sonra bitəcək
backend
“Olimpik Star”da liderlik savaşı
backend
Kubok çempionatın qrafikini dəyişdi
backend
Kubokun püşkü atıldı
backend
Püşkatmanın vaxtı dəqiqləşdi
backend
Zal dəyişdi, canlı yayın olmayacaq
backend
“Neftçi” iranlı legionerini oynada bilməyəcək
backend
Növbəti tur ertələndi
backend
Beşgünlük tura təyinatlar açıqlandı
backend
“Araz”ın yeni transferinin debütü gecikəcək
backend
Təqvim açıqlandı, amma...
backend
“Qış çempionu” kim olacaq?
backend
“Liman” - “Neftçi” üçün dərman!
backend
İlk dueli “Xəzər Cənub” qazandı
backend
Bakı İdman Sarayında zirvə savaşı
backend
“Araz” üçün vahid lider olmaq fürsəti
backend
"Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq
backend
Bir oyun təxirə salındı, məkan dəyişdi
backend
Lider başlayacaq, çempion bitirəcək
backend
Mərkəzi oyun Səmədliyə tapşırıldı
backend
FİFA referiləri normativdən qorxdu, Stuxlik təyinatları ləğv etdi
backend
Təyinatlar açıqlandı
backend
Yüksək liqanın təqvimi açıqlandı
backend
“Yasamal”ın saytı fəaliyyətə başladı
backend
Püşk atılacaq
backend
Çempionata yekun vuruldu
backend
“Qızıl” “Obolon”un, “gümüş” VİP-in oldu
backend
Təxirə salınan oyunların vaxtı dəqiqləşdi
backend
Ölkə kubokunun püşkü atıldı
backend
Tura çempion start verəcək
backend
Elçin Səmədli üçün bir turda iki oyun
backend
Elçin Məmmədov yenidən iş başında
backend
Mərkəzi oyun “CBC Sport”da
backend
Yüksək liqa "Olimpik Star"a köçdü
backend
“Yasamal” – “Araz” oyunu canlı yayında!

GÜNÜN XƏBƏRİ

backend
Milliyə çağırılan ilk qapıçı məlum oldu
22 may, 22 - 19:13323

XƏBƏR LENTİ

Lətif Novruzov: “UEFA Fuad Musayevə təklif etdi ki, sizə ya ofis binası tikək, ya da stadion...” - LAYİHƏ
23:3622 may
“Mbappe, sən nə idmançısan, nə də kişi”
23:0022 may
PFL ötən gün nə qədər medal paylayıb? - AÇIQLAMA
22:3522 may
Bölgə təmsilçisində “yarpaq tökümü” - ÖZƏL
22:1722 may
"Onların mənə çatmağına illər var, Rövşən bunu unutmasın" - ÖZƏL AÇIQLAMA
22:0122 may
Yazıcı “Lill”ə dönmək istəmir
21:4222 may
“Turan Tovuz” qapıçı ilə razılaşıb, gəncləri... - ÖZƏL
21:2722 may
Soçi mərhələsinin əvəzinə yarış olmayacaq
21:1022 may
“Los Anceles Qalaksi” ilə razılığa gəldi
20:5122 may
İsayev 3-cü oldu
20:2022 may
“Baş məşqçi seçimində qərarı tək mən vermirəm” – Oqtay Abdullayev
20:0822 may
“Zenit”dəki 7 illik karyerasını başa vurdu
19:4922 may
Bu futbolçu “Şamaxı”nı tərk edir - ÖZƏL
19:3122 may
Milliyə çağırılan ilk qapıçı məlum oldu – ÖZÜ AÇIQLADI
19:1322 may
“Şamaxı”nın yeni baş məşqçisi məlum oldu - ÖZƏL
19:0022 may
“Bu qədər əcnəbiyə şans verib, perspektivli gənclərimizi ofsaydda saxlayanda, təbii ki, qapıçı yetişməyəcək”
18:4622 may
Paytaxt klubunda 100-cü qolunu vurdu
18:2422 may
Mövsümün ən yaxşı gənc oyunçusu seçildi
18:0022 may
Premyer-liqanın mükafatlandırma mərasimində yaşanan maraqlı anlar - VİDEO
17:3322 may
Çempionlar Liqasında 8-ci dəfə çempion oldular
17:1822 may
Mbappe PSJ-də qaldı, Leonardoya isə qapı göstərildi!
16:1922 may
Ramin Quliyevin ölkə futbolu ilə maraqlanmaq üçün vaxtı yoxdu, görəsən vicdan əzabı çəkir?
16:1422 may
Eriksen hansı qərarı verəcək?
15:3622 may
“Arpaçay” da “Araz Naxçıvan”ın ədalətsizliyə yol verdiyini açıqladı - AÇIQLAMA
15:3622 may
Son 15 ildə ən zəif göstərici ilə yadda qaldı
14:5222 may
AFFA "Sabah"a güzəşt edib? - AÇIQLAMA
14:3322 may
Laos dünya rekorduna adını yazdı!
14:1622 may
"Qəbələ" üç futbolçu ilə müvaqilə müddətini uzatdı
13:5522 may
''Anadolu Efes'' tarix yazdı
13:4122 may
Şahruddin 100-ə çatdı
13:1822 may
Fariz Məmmədov "Motivator Azerbaijan"ın gözü ilə
12:5322 may
Orkun Kökçü Türkiyədə hansi kluba azarkeşlik edir?
12:2722 may
Çakır adını futbol tarixinə yazdıra bilmədi!
11:5922 may
Mahir Emreli mükafatlandırıldı
11:3222 may
“Mançester Siti”, yoxsa “Liverpul”? Qvardiola, yoxsa Klopp?
11:2122 may
Bakıda tanrı kimi yaşayan De Byazi, süniləşən meydanlarımız... - KÖŞƏ
11:0022 may
Qapıçını kim öldürüb?
10:3422 may
Millinin heyəti açıqlandı - SİYAHI
10:1922 may
Sərxoş Füridən növbəti qalmaqal
09:5822 may
Simeone məhkəməyə üz tutmağı düşünür
23:5721 may
Qeyri-təvazökar agent - YAZI
23:3121 may
Bütün xəbərlər

© 2021 Futblol+ - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə