Sizin reklam burada

Futbolçular mükafatlarına qovuşmayıb

Müəllif: football Tarix: 29-03-2019, 22:54 460 Baxış
Futbolçular mükafatlarına qovuşmayıb
Təmkin Xəlilzadə: "Soyuq, isti demədən çalışırıq, qaçırıq"
Yığmanın Litva ilə oyuna görə mükafat alması böyük müzakirələrə səbəb oldu. Demək olar, hamı bu fikirdədi ki, AFFA-nın həmin qərarı yanlışdı. Əvvəla, söhbət yoxlama matçından gedir. İkincisi, heç-heçə qeydə alınsa da, komanda heç də yaxşı oynamadı və nəticəni də ürəkaçan saymaq olmaz. Çətin ki, dünyanın hansısa ölkəsində bu şərtlərdə komandaya mükafat verilsin.
Bəs görəsən, futbolçular bu haqda nə düşünür? Hər halda, müzakirə olunan məsələ birbaşa onlara ayrılan vəsaitlə bağlıdı. Hətta bəziləri belə düşünür ki, AFFA mükafat versə də, milli üzvləri bundan imtina etməliydi. Ancaq bu bir qədər utopik səslənir. Çünki bizim futbolçulardan kiminsə "bəy verən at"dan imtina etməsi heç də inandırıcı deyil. Həmçinin AFFA-nın əlini geri çevirənin yığma karyerası da sual altına düşə bilər. Loru dillə desək, "sən özünü məndən ağıllı hesab edirsən, pul verirəm, almırsan" ifadəsini heç kim eşitmək istəməz.
Bir sözlə, dünən bəzi futbolçuların bu haqda fikirlərini öyrənmək istəsək də, cəhdimizin elə də uğurlu alındığını demək olmaz. Mirabdulla Abbasov "bu haqda heç bir fikir bildirmək istəmirəm. Mükafatla bağlı sualı zəhmət olmasa, AFFA-nın mətbuat xidmətinə ünvanlayın" deməklə kifayətləndi. Təmkin Xəlilzadə isə bunları dedi: "Mükafat söz veriblər, amma rəqəm söhbəti olmayıb. Dedilər ki, uşaqları sevindirəcəyik. Hələ almamışıq. Futbolçu niyə almamalıdı ki? Bu bir qədər yanlış fikirdi. Futbolçu da soyuq, isti demədən çalışır, qaçır. Hə, razıyam, Litvanı udmalıydıq. Həmi qarşılaşmada qələbə qazanmağı bizdən çox heç kim istəməzdi. İstəyirdik qalib gələk, ancaq alınmadı. Düzdü, Xorvatiya ilə oyundan sonra bir qədər yuxarıdan danışmağa başlamışıq. Vallah, belə deyil. Çox güclü qrupa düşmüşük, bütün komandalar bizdən bir baş üstündü. Litva ilə görüşdə də üstün idik, vuruşduq, ancaq son nöqtəni qoya bilmədik. Yeni məşqçi gəlib, inşallah, zamanla hər şey düzələcək".
FARİZ
SON XƏBƏRLƏR